Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Nuklein turşularının və zülalların mübadiləsi arasında əlaqə



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə94/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   96
kitabyurdu org biokimya-muhazireler compressed

2. Nuklein turşularının və zülalların mübadiləsi arasında əlaqə: Nuklein 
turşularının biosintezi aminturşu və zülalların mübadiləsindən asılıdır. Bu əlaqə 
onunla izah olunur ki, nukleoziddifosfatların, nukleozidtrifosfatların, həmçinin 
nuklein turşularının əmələ gəlməsi zülal-ferment (DNT və RNT polimerazalar
həmçinin purin və pirimidin əsaslarının biosintezini kataliz edən fermentlər) 
ansamblının hüceyrədə miqdarından və onların katalitik təsirindən asılıdır.
Bundan başqa bəzi aminturşular (asparagin-primidin nukleotidlərinin, qlisin, 
qlutamin turşusu isə purin nukleotidlərinin) purin və pirimidin həlqəsini yığılma-
sında vasitəçi (aparıcı) rol oynayırlar.
3. Nuklein turşularının və karbohidratların mübadiləsi arasında əlaqəBu 
əlaqə bir çox hallarda özünü göstərir. Karbohidratların apotomik parçalanmasından 
alınan riboloza-5-fosfat molekulu purin və pirimidin əsaslarının biosintezi üçün 
əvəzedilməz birləşmədir. Karbohidratların parçalanma məhsulları eləcədə onları 
kataliz edən fermentlər (elektron köçürməni kataliz edən) ATF-in NT-sintezində 
mühüm rol oynayırlar. Tənəffüs prosesinin nizamlanması, intensivləşməsi NT-in 
biosintezindən asılıdır. 
Həmçinin NT-in parçalanma məhsulları, daha doğrusu purin və pirimidin 
əsaslarının hidroliz məhsulları olan riboza molekulu riboza-5-fosfata çevrilir. Bu 
maddədən də apotomik parçalanmada qlükoza-6-fosfat əmələ gəlir ki, bu maddə də 
karbohidratların sintezində mərkəzi (əsas) metabolit rolunu oynayır.
Karbohidratların biosintezi bir çox hallarda əhəmiyyətli dərəcədə NT-in 
mübadiləsindən asılıdır. Belə ki, uridintrifosfat turşusu uridindifosfatqlükozanın 
biosintezində istifadə olunur. Axırıncı isə oliqo və polisaxaridlərin biosintezində 
vacib maddələrdəndir.
4. Nuklein turşularının və lipidlərin (triqliseridlərin) mübadiləsi arasında 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin