Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə16/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Kolaminfosfatidlər (kefalinlər). Kolaminfosfatidlərə kefalin adı verilməsi 
onun ilk dəfə olaraq baş beyində aşkar olunması ilə əlaqədardır. Onlara həmçinin 
qaraciyərdə, böyrəkdə, yumurta sarısında və paxlalı bitkilərin meyvəsində rast 
gəlmək olur.
Kolaminfosfatidlərdə xolinin əvəzinə etanolamin (və ya kolamın) 
NH
2
─CH
2
─CH
2
─OH olur.
Kolaminfosfatidlərin nümayəndələri kefalinlərdir. Bunlara fosfatidiletanol-
aminlər də deyilir. Kefalinlərin tərkibində bir mole-
α CH
2
OCOR
1
│ 
β CHOCOR
2
│ O OH CH

│ ║
α CH
2
O─P─O─CH
2
─CH
2
─N─CH
3
│ │
OH CH

α-Lesitin 
α CH
2
OCOR
1
│ O OH CH

│ ║
β CHO─P─O─CH
2
─CH
2
─N ─ CH
3
│ │
│ OH CH

α CH
2
OCOR
2
β-Lesitin 
downloaded from KitabYurdu.org


28 
kul qliserinin, iki molekul yağ turşusunun, bir molekul fosfat turşusunun və 
bir molekul da kolaminin qalığı vardır.
Kefalinlər də iki: α- və β- formada olur.
Kefalinlər ağ rəngli bərk maddələrdir, xloroformda, benzolda, petrol 
efirində, həm də lesitinlərdən fərqli olaraq asetonda və etil spirtində həll olur.
Serinfosfatidlər də yuxarıdakı fosfatidlərə bənzəyir. Lakin onlardan 
tərkibində azotlu maddə aminturşu serinin (CH
2
OHCHNH
2
COOH) olması ilə 
fərqlənir. Serinfosfatidlərin kimyəvi tərkibi aşağıdakı kimidir: 
Serinfosfatidlərin (və ya fosfatidilserin) tərkibində bir molekul qliserinin, 
fosfat turşusu, serin aminturşusunun qalığı və iki molekul yağ turşusu olur.
Serinfosfatidlərdə sərbəst karboksil qrupu olduğundan turş xassəyə malikdir. 
Təbiətdə tapılmış serinfosfatidlərin tərkibində qliserin qalığında olan birinci 
karbon atomuna stearin, ikinci karbon atomuna isə olein turşusu qalığı birləşmiş 
halda rast gəlinir. 
Lesitinlər, kefalinlər və serinfosfatidlər mübadilə prosesində bir-birinə 
çevrilə bilirlər. Serin karboksizləşərək kolaminə, kolamin isə metilləşərək xolinə 
çevrilirlər. Bu da onlar arasında genetik əlaqənin olmasına sübutdur. Serinfos-
fatidlər heyvanlarda bitkilərə nisbətən çoxdur. Son zamanlar müəyyən edilmişdir 
ki, fosfatidilserin rodopsinlə birləşərək onun hidrofob əhatəsinə şərait yaradır, 
membranda müəyyən vəziyyət almasını təmin edir.
CH
2
OCOR
1
│ 
CHOCOR
2
│ OH NH

│ │ │ 
CH
2
O─P─O─CH
2
─CH─COOH 
║ 

Fosfatidilqliserin 
CH
2
OCOR
1
CH
2
OCOR
1
│ O 
β CHOCOR
2
║ 
│ O β CHO─P─O─CH
2
─CH
2
─NH

│ ║ │ 
α CH
2
O─P─O─CH
2
─NH
2
OH 
│ CH
2
OCOR

OH 
α-Kefalin β-Kefalin 
downloaded from KitabYurdu.org


29 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin