Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Fosfolipidlər (xolinfosfatidlər, kolaminfosfatidlər, serinfosfatidlər



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə15/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

5. Fosfolipidlər (xolinfosfatidlər, kolaminfosfatidlər, serinfosfatidlər, 
inozitfos fatidlər, asetalfosfatidlər, sfinqofosfatidlər), tərkibi, bioloji rolu
Mürəkkəb lipidlərə aid olub, yağabənzər maddələrdir. Yağabənzər maddələrin 
tərkibində də triqliseridlər vardır. Lakin yağlardan fərqli olaraq bunlarda əlavə 
fosfat turşusu və s. maddələr də (xolin, kolamin, serin, inozit və s.) olur. 
Fosfatidlər yağ həlledicilərinin çoxunda (benzol, efir, xloroform) həll olur
lakin asetonun təsirindən çöküntü verir və hiqroskopikdir. Suda şişərək kolloid 
məhlul əmələ gətirir. Bunlar optik aktiv olub, polyarizasiya müstəvisini sağa 
fırlayır (d-izomer). 
Fosfatidlər insanların və heyvanların hüceyrələrində və toxumalarında (sinir 
toxumasında, qaraciyərdə, böyrəklərdə, ağciyərdə, ürəkdə və s.) olmaqla eyni 
miqdarda paylanmır. Fosfatidlərə mitoxondriyalarda, mikrosomlarda da təsadüf 
edilir. Onlara orqanizmin bütün orqan və toxumalarında rast gəlmək olar. Beyin 
toxuması, ürək, qaraciyər, yumurta sarısı və balıq kürüsü fosfatidlərlə daha 
zəngindir. Fosfatidlər zülallarla birlikdə biokomplekslər əmələ gətirərək hüceyrə 
orqanoidlərinin (nüvə, endoplazmatik tor, ribosom, mitoxondrilər) əsasını təşkil 
edir. Müxtəlif maddələrin bir toxumadan digərinə daşınmasını təmin edir. 
Tərkibində olan spirtin növünə görə fosfatidlər aşağıdakı yarımqruplara bölü-
nürlər: 
Xolinfosfatidlər (lesitinlər), kolaminfosfatidlər (kefalinlər), asetilfosfatidlər 
(plazmogenlər), serinfosfatidlər, inozitfosfatidlər və sfinqofosfatidlər.
Xolinfosfatidlər. Xolinfosfatidlər həm bitki, həm də heyvan toxumalarında 
rast gəlmək olur. Bunlar beyin toxumasının və periferik sinirlərin tərkibinə 
daxildir. Qanda və digər toxumalarda da xolinfosfatidlərə rast gəlinir.
Xolinfosfatidlərin nümayəndəsi lesitinlərdir. Bunlara fosfatidilxolin də 
deyilir. Lesitinlər bir molekul qliserindən, iki molekul (biri doymuş, digəri 
downloaded from KitabYurdu.org


27 
doymamış) yağ turşusundan, bir molekul fosfat turşusundan və bir molekul da 
xolindən əmələ gəlir. Odur ki, hidroliz olunduqda göstərilən maddələrə ayrılır: 
Lesitinlər xolinfosfatın qliserinin hansı karbon atomunun yanında 
olmasından asılı olaraq α-β- formada təsadüf edilir. α-lesitində fosfat 
turşusunun və xolinin qalığı qliserinin α-karbonu, β-lesitində isə β-karbonu ilə 
birləşirlər. 
Lesitinlər ən çox yumurtanın sarısında və soyada olur. Bunlar etil spirtində 
yaxşı həll olur, havada tündləşir, buna səbəb tərkibində olan yağ turşularının 
oksidləşməsidir.
Lesitin molekulundakı doymamış yağ turşusu hidroliz edildikdə lizolesitin 
adlanan yüksək hemolitik təsirə malik olan maddələr əmələ gəlir. İlan zəhərinin 
tərkibində göstərilən prosesi kataliz edən spesifik fermentlər vardır. İlan sancmış 
adamın qanında eritrosidlərin hemolizə uğraması həmin fermentin fəaliyyəti nəti-
cəsində hemolitik təsirə malik lizolesitinin miqdarının artması ilə izah olunur.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin