47
monlar bioloji aktiv maddələrdir, onlar xüsusi vəzilərdə sintez olunaraq qana daxil
olur və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.
İnsulin hormonu qanda qlükozanın miqdarını tənzimləyir və qlükozanın
qlikogenə çevrilməsini təmin edir.
Zülal reseptorları hüceyrə membranında zülalların qurulmasında iştirak
edirlər. Onlar bu funksyanı yerinə yetirdikləri zaman hər hansı bir kimyəvi birləş-
məni özünə birləşdirmək üçün hətta öz quruluşlarını da dəyişməyə qadirdirlər.
Orqanizmə yad zülallar və ya mikroorqanizmlər (antigenlər) daxil olduqda
orqanizmin özündə bəzi müdafiə xarakterli (antigellər)
zülallar sintez olunur ki,
həmin zülallar antigenlərlə əlaqəyə girərək onları məhv etmək funksyalarına
malikdirlər.
Müdafiə funksyası daşıyan fibrin zülalı fibrinogendən əmələ gəlir və
qanaxmanın qarşısını alır.
Qısa əzələlərin xüsusi zülalları (aktin və miozin) hüceyrənin və orqanizmin
bütün hərəkətlərinin yerinə yetirilməsində iştirak edir. Aktin və miozin
təkhüceyrəlilərdə və çoxhüceyrəlilərdə əzələ qısalması prosesində iştirak edir.
Həmçinin bu zülallar bitkilərdə yarpaqların hərəkət proseslərində və s. iştirak edir.
Bu funksyaları ehtiyatda olan zülallar yerinə yetirir. Ehtiyyat zülalları enerji
ehtiyatı yığır. Hemoqlobinin parçalanmasından ayrılan
dəmir ionu orqanizmdən
xaric olunmur, orqanizmdə qalaraq bəzi zülallarla ferritin tərkibli komplekslər
əmələ gətirir.
Orqanizmdə karbohidratlar və lipidlər azlıq təşkil etdikdə bəzi zülallar
parçalanaraq enerji kimi istifadə edilir. Bir qram zülalın parçalanmasından 17,6
KCoul enerji alınır. Zülallar əvvəlcə aminturşulara
sonra isə son məhsul olaraq
CO
2
, NH
3
və H
2
O parçalanırlar.
Bir çox qlobulyar zülallar ferment kimi funksyaya malikdir. Ferment zülallar
biokimyəvi reaksiyaları kataliz edir, onları sürətləndirir. Fermentə birləşərək
reaksiyanın sürətini dəyişən molekula –
substrat adlanır.
Substratın fermentə birləşən hissəsi fermentin aktiv mərkəzi adlanır.
Aktiv
hissə bir neçə aminturşu qalığından ibarət olur ki, onlar
katalitik aminturşular
adlanır.
downloaded from KitabYurdu.org