57
DNT molekulunda mononukleotidlərin düzülüş qaydasının belə asılılığı komple-
mentarlıq (tamamlama) prinsipi adlanır.
DNT molekullarında nukleotidlər arasındakı məsafə 0,34 nm–dir. Spiralın
hər bir dövrəsində qarşı-qarşıya yerləşmiş 10 cüt nukleotid olur. Hər bir dövrənin
tamamlanması üçün 3,4 nm məsafə lazım gəlir. İkiqat spiralın eninə diametri 2,1
nm, fosfat atomu ilə DNT spiralının mərkəzi oxu arasındakı məsafı isə 1,2 nm-dir.
Spiralların komplementarlıq prinsipi ilə bir-birini tamamlaması çoxlu sayda
hidrogen rabitələri hesabına baş verir.
DNT molekulundan fərqli olaraq RNT molekulu bir polinukleotid
zəncirindən əmələ gəlmişdir. RNT-in ikincili quruluşu fəzada polipeptid zəncirinin
natamam spiral şəkilini (50%-ə qədər) almasıdır. Onun yalnız bəzi hissələri
adeninlə timin arasında olan iki və quaninlə sitozin arasında əmələ gələn üç
hidrogen rabitəsi hesabına qısa və natamam spiral şəkli alır.
RNT molekulunda polinukleotid zəncirlərinin burulma yerlərindən DNT
molekulunda olduğu kimi komplementarlıq prinsipi ilə bir-birini tamamlamır.
Dostları ilə paylaş: