Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə40/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

ƏDƏBİYYAT 
1. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. 
Bioloji kimya. Bakı 1989. 
3. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 
2000. 
downloaded from KitabYurdu.org


70 
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - 
Москва. Медицина. 2003. 
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 
2008. 
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə. 
Araz, 2010. 
Biokimyadan mühazirələr. 
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu 
MÖVZU 7. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR, TƏSNİFATI. YAĞDA VƏ
SUDA HƏLL OLAN VİTAMİNLƏR. ANTİVİTAMİNLƏR 
 
 
P L A N
 
 
1. Vitaminlər və kofermentlər haqqında ümumi məlumat 
2. Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları 
3. Yağda həll olan (A, D, E, K, F, Q) vitaminlər, tərkibi, bioloji rolu 
4. Suda həll olan (B qrupu vitaminləri, C vitamini) vitaminlər, tərkibi, bioloji rolu 
5. Antivitaminlər, tərkibi, bioloji rolu 
downloaded from KitabYurdu.org


71 
1. Vitaminlər və kofermentlər haqqında ümumi məlumat: Vitaminlər
hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. 
Onlar qidanın əvəzolunmaz komponentləridir. Vitaminlərin çoxusu insan və 
heyvan orqanizmində sintez olunmurlar. Bitkilərdə və mikroorqanizmlərdə amin-
turşulardan (triptofan, β-alanin, valin, serin və s.), karbohidratlardan (qlükoza, 
qalaktoza və s.) və qeyri-üzvi birləşmələrdən sintez olunurlar. Vitaminlər bir çox 
fermentlərin tərkibinə daxildir, bioloji katalizdə mühüm rol oynayır. Onlar 
orqanizmdə fermentlərin zülal olmayan hissələrinin-koferment və prostetik 
qruplarının qurulmasında iştirak edir. Onlar bitkilərin, heyvanların və insanların 
boy və inkişafında da mühüm rol oynayır. 
 
Vitaminlərin mübadiləsi (biosintezi, parçalanması) bitkilərin və heyvanların 
orqanlarında müxtəlif intensivlikdə getməklə onların yaşından, xarici mühit 
amillərindən (günün uzunluğu, temperatur, havanın rütubəti, təzyiq, şüalanma və 
s.) və onların orqanizmindən də asılıdır.
Viataminləri öyrənən elm sahəsi vitaminologiya adlanır. Hazırda 50-yə 
qədər vitamin müəyyən edilmişdir. Onların əksəriyyəti bitkilərdən süni surətdə 
sintez üsulu ilə alınmışdır.
Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən əlavə vitaminəbənzər 
maddələr də mövcuddur. Onların bioloji rolu hələlik yaxşı tədqiq edilməmişdir. 
Belə maddələrə xolin, inozit, linol turşusu, I-vitamini (S-metilmetionin), B
15
-
vitamini (panqam turşusu), orot turşusu, ubixinon, paraaminbenzoy turşusu
karnitin, linol, linolein, araxidon turşuları aiddir. Müəyyən edilmişdir ki, onların 
qidada çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin