3. Fermentlərin quruluşu və kimyəvi tərkibi: Bütün fermentlər qlobulyar
zülallar tipinə aiddir.
1963-cü ildə ribonukleazanın və lizasomun, 1964-cü ildə isə α─ximo-
tripsinin birinci quruluşu (aminturşu ardıcıllığı) müəyyən olundu. 1965-ci ildə
rentgenostruktur analiz üsulu ilə lizosimin üçüncü quruluşu açıldı.
Kimyəvi təbiətlərinə görə fermentlər 2 qurupa: birkomponentli və
ikikomponentli fermentlərə bölünür. Birkomponentli fermentlər yalnız sadə
zülallardan ibarətdir. İkikomponentli fermentlər isə sadə zülallarla zülal təbiətli
olmayan birləşmələrdən əmələ gəlir.
Zülal təbiətli olmayan maddələrə (kofaktorlarla) vitaminlər (məsələn:B
1
; B
2
;
B
6
; B
12
; PP və s.), müxtəlif metallar (sink, dəmir, molibden, mis və s.), nukleo-
tidlər adinozin üç fosfat, adenozindifosfat, uridinüçfosfat, uridindifosfatqilikoza,
quanozindifosfatmannoza və s.) birləşmələr aiddir. Bunlar termostabildir.
Fermentin zülal hissəsinə apoferment, zülal olmayan hissəsinə koferment
deyilir. Koferment üzvi kofaktordur. Sononcu zülalla kovalent rabitə ilə
birləşdikdə prostetik qrup da adlanır. Koferment fermentə fəallıq, apoferment isə
spesfiklik verir. Məsələn, karboksilazanın kofermenti tiaminpirofosfat olub,
kokarboksilaza da adlanır.
Kobalamin fermentlərinin kofermentləri B
12
vitamininin törəmələridir.
downloaded from KitabYurdu.org
62
Piruvatkarboksilazanın (piroüzüm turşusunu oksalatsirkə turşusuna çevirir)
kofermenti biotindir.
Kofermentə apofermentlə birlikdə xloferment (yunanca tam deməkdir)
deyilir.
Birkomponentli fermentlərə hidrolazaları, ikikomponentli fermentlərə isə
oksidoreduktazaları misal göstərmək olar.
Hazırda müəyyən edilmişdir ki, eyni təsirə malik olub, fiziki-kimyəvi və
qeyri xassələri ilə (elrktroforetik hərəkətliyinə, kinetik xassələrinə, inqibitorlara,
aktivatorlara münasibətinə, aminturşu tərkibinə və s. görə) fərqlənən fermentlər də
vardır. Bunlara izofermentlər (izoenzimlər) və ya izozimlər də deyilir.
İzofermentlər ayrı-ayrı fermentlərin formalarıdır. Müxtəlif bioloji
materiyallarda 50-yə yaxın fermentin izozimləri müəyyən edilmişdir. Bunlardan
laktatdehidrogenazanı, fosfatazanı, esterazanı, aminotransferazanı, leysinamino-
peptidazanı və s. göstərmək olar. Laktatdehidrogenazanın 5─forması, izofermenti
(LD
1─5
) bəllidir. Bunların hamısının molekul kütləsi 134000-ə yaxındır.
Tərkiblərində hər birinin molekul kütləsi 33500 olan dörd polipeptid zənciri
(subvahid) vardır. Bu polipeptid zəncirləri iki tipdə olur. Onlardan biri M (ingilis
dilində əzələ deməkdir), digəri H (ingiscə ürəkdə sözündəndir) zənciri adlanır. Bu
zəncirlərdən laktatdehidrogenazanın müxtəlif formaları (LD
1
; LD
2
;
LD
3
; LD
4
və
LD
5
) əmələ gəlir. Bunlardan bir 4 M (M
4
və ya LD
5
) zəncirindən, digər üç M və bir
H (M
3
H) zəncirindən, üçüncüsü iki M və H (M
2
H
2
) zəncirindən, dördüncüsü bir M
və üç H (MH
3
) zəncirindən, beşincisi isə yalnız dörd H (H
4
və ya LD
1
) zəncirindən
əmələ gəlmişdir. Bu polipeptid zəncirləri aminturşu tərkiblərinə görə fərqlənir və
təklikdə fermentativ fəallıqları yoxdur.
M
4
və M
2
H izofermentləri əsas enerji mənbəyi qlükoliz olan toxumalarda
(ağ skelet əzələlərində, embrion tozumalarında), MH
3
və H
4
isə aerob mübadilə ilə
xarekterlənən toxumalarda çox olur.
İzofermentlər molekullarının quruluşuna və müxtəlif orqanlarda miqdarına
görə də fərqlənir. Bütün orqanlarda laktatdehidrogenazadan ən çox M
4
forması
vardır. Güman edilir ki, hüceyrələrdə nəinki izofermentlər, hətta zülallar da
müxtəlif formalarda ola bilər. Odur ki, bu məsələlərin tədqiqinin hüceyrə
diferensasiyasının və morfogenezinin molekulyar əsaslarının öyrənilməsində də
çox böyük əhəmiyyəti vardır.
Fermentlərin bəzi növləri birlikdə kompleks əmələ gətirir, multienzimlər
adlanır-bu növ fermentlər eyni zamanda ardıcıl bir neçə biokimyəvi reaksiyanı
kataliz edir. Ferment kompleksi adlanan üç növ fermentdən təşkil olunmuş
multifermentim molekul kütləsi 4.500.000 Daltondur, piroüzüm turşusunun
oksidləşməsini və dekarboksizləşməsinin kataliz edir.
downloaded from KitabYurdu.org
63
Son zamanların tədqiqatları göstərir ki, RNT-nin bəzi növləri zülallarla
əlaqəli şəkildə katalitik funkisiya daşıyırlar. Bunlar ribozimlər adlanır. Ribozimlər-
pepdid rabitəsinin hidrolizini, sintezini, polinukleotidlərin fosfoefirləşməsini,
mononukleotidlərin polimerləşməsini sürətləndirir. Ribozimlərin katalitik aktiv-
liyə malik olan əsas 12-13 oliqonukleotid olan hissəsidir ki, bunlar minozimlər
adlanır. Ribozimlərdə ribonukleotidlərin dezoksiribonukleotidlərlə əvəz olunması
nəticəsində hibrid quruluşlu- nukleozimlər alınır. Nukleozimlərin aktivliyi ribozim-
lərdən üstündür.
Ribozimlərin və nukleozimlərin yeni növlərinin sintezi biokatalizatorların
evalyusiyasının başlanğıcı olacaq və gələcək nəslin sağlam inkişafını təmin
edəcəkdir.
Dostları ilə paylaş: |