Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Suda həll olan (B qrupu vitaminləri, C vitamini) vitaminlər, tərkibi



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə44/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

4. Suda həll olan (B qrupu vitaminləri, C vitamini) vitaminlər, tərkibi, 
bioloji roluB
1
vitamini (və ya tiamin) rəngsiz, acı kristalik maddədir, suda yaxşı 
həll olur, temperatur və turş mühitdə davamlıdır. Zəif qələvi mühitdə tez pozulur. 
Tərkibində həm kükürd, həm də amin qrupu olduğuna görə B
1
-vitamininə tiamin 
də deyilir. Tiamin (və ya anevrin) primidin nüvəsi ilə tiazol halqasından əmələ 
gəlmişdir. Bu vitaminin kimyəvi quruluşu Vilyams və Vandaus tərəfindən 
aydınlaşdırılmışdır. 
B
1
vitamini tiaminxlorid formada turş mühitdə mövcuddur.
Neytral və qələvi mühitdə bu quruluş dəyişir, tiamin molekulunda sərbəst 
aldehid və sulfhidril qrupları yaranır. Bu vitamin insan və heyvanların 
orqanizmində tiamin pirofosfst formasındadır, sərbəst şəkildə olmur. 
B
1
vitamini lipotiamindifosfat (LTDF) formasında piroüzüm, quzuqulaq-
sirkə, alfa-ketoqlutar turşularının oksidləşməklə, dekarboksilləşməsini kataliz edən 
fermentlərin dehidrogenazaların tərkibinə daxil olur. 
İnsan və heyvanlarda B
1
vitamin çatışmadıqda beriberi (sinqalezcə-
bacarmıram deməkdir) xəstəliyi və ya polinevrit əmələ gəlir. Bu xəstəlik, əsasən 
ürəyin və sinir sisteminin fəaliyyətinin pozulması ilə xarakterlənir. 
Xəstə müvazinətini itirir, çox arıqlayır. Orqanizimdə karboksilaza azalır, 
toxumalarda piroüzümturşusunun miqdarı çoxalır, oksidləşmə-reduksiya proseslə-
ri pozulur. Buna sinir toxuması çox həssasdır və polinevrit də bununla əlaqədardır. 
B
1
vitaminin yemdə çatmazlığına at, donuz, it və adadovşanı daha çox həs-
sasdır. 
Gövşəyən heyvanların B
1
vitamininə təlabatı azdır. Çünki olnların mədə 
önlüklərindəki mikroflora bu vitamini sintez edir. Quşlarda və təkkameralı hey-
vanlarda anevrin əsasən kor bağırsaqda sintez olunur.
B
1
vitamini müxtəlif bitkilərin ayrı-ayrı orqanlarında müxtəlif miqdardadır.
Bitkidə B
1
vitamini yetişmə fazasında yarpaq və gövdədən toxuma keçir. 
Buğdanın dənini yetişmə dövründə onda 2,4 mq/kq, tam yetişmədə 5,4 mq/kq 
tiamin olur. Tiamin dənli-paxlalı bitkilərin (düyü, noxud, buğda, vələmir və s.) 
qabığında daha çoxdur (0,02-0,06 mq %). Buğda dənində 1-1,5 mq % B
1
vitamini 
var. 
downloaded from KitabYurdu.org


79 
B
1
vitamini heyvan məhsullarından ən çox qaraciyərdə, böyrəklərdə, ürəkdə, 
daha çox isə pivəmayasında mövcuddur. 
B

vitamini-
B
2
vitamini və ya riboflavin metilləşmiş izoalloksazinlə ribitol 
spirtindən əmələ gəlir. O, süni halda da sintez edilmişdir. 
Bu vitaminin kimyəvi adı 6,7 dimetil-9-ribitilizoalloksazindir. 
B
2
vitamini sarı kristalik maddə olub, suda yaxşı həll olur, 2,92
0
C tempe-
raturda əriyir. Temperatur və ultrabənövşəyi şüaların təsirinə davamsızdır. İşığın 
təsirilə ribitola və dimetilizoalloksazinə parçalanır. 
B
2
vitamin heyvan orqanizmində sərbəst və zülallarla birləşmiş formada-
kompleks şəklində olur. 
Riboflavin asan fosforlaşır. Riboflavin fosfat efiri formasında aminturşuları 
oksidazasının, ksantinoksidazanın, müxtəlif dehidrogenazanın da tərkibinə daxil- 
dir. Sarı tənəffüs fermenti də riboflavinin fosfat efiri ilə zülaldan ibarətdir.
B
2
vitamini çatışmadıqda insan və heyvanlarda hemoqlobinin, oksireduk-
tazaların sintezi, boy və inkişafla əlaqədar olan oksidləşmə prosesləri pozulur, 
dermatit əmələ gəlir, boy prosesi və qanın regenerasiyası ləngiyir, gözlər 
xəstələnir, tüklər tökülür. 
Riboflavinin çatmazlığına donuz, it və quşlar daha həssasdır. B
2
vitamininin 
sintezi həm işıqda, həm də qaranlıqda gedir. Onun miqdarı toxum cücərməyə
başlayandan çiçəkləmə fazasına qədər artır. Bu vitamin cavan orqanlarda daha 
çoxdur. 
Bitkilərdə B
2
vitamini sintez olunduqda onların azot ehtiyatı çoxalır. B
2
vitamini bitkinin dənində, xüsusən kəpəyində daha çox olur. Buğdanın qabığında 
0,5 mq % və dənində isə 0,1 mq % B
2
vitamini vardır. Bu vitaminin miqdarı 
tərəvəz bitkilərində 0,03-0,1 mq % arasında dəyişir.
Heyvan məhsullarından B
2
vitamini böyrəklərdə, qaraciyərdə (3,4 mq%), 
süddə (0,03-0,3 mq%), pendirdə, ətdə (0,3mq%) və yumurtada, pivə mayasında 
çoxdur. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin