Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Böyrəküstüvəzilərin qabıq hissəsində



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə52/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30-a qədər hormonun 
varlığı müəyyənləşdirilmişdir. Bunların hamısı sterinlərin ketoörəmələridir, 
steroidlərdir. Misal olaraq kortikoste-ron, kortizon, kortizol (oksikortikosteron) və 
s. göstərilə bilər. 
Böyrəküstü vəzinin qabıq maddəsində sintez olunan hormonların 
quruluşlarının əsasını tsiklopentanperhidrofenantrenin törəmələri olan preqnan və 
allopreqnan təşkil edir. Böyrəküstü vəzilərin ümumi çəkisinin 5%-ə qədəri 
xolesterinin payına düşür. Ondan kortikosteroidlər sintez olunur.
Bu hormonlar zülalların, karbohidratların, yağların və mineral maddələrin 
(düzların, suyun) mübadiləsində əsas rol oynayır. 
Mineral maddələrin mübadiləsində iştirak edənlərə mineralokortikoidlər 
deyilir. Məsələn, aldosteron, dezoksikortikosteron və s. Bunların təsirilə 
hüceyrələrdə və bioloji mayelərdə natrium və kalium ionlarının paylanması 
nizamlanır.
Qlükokortikoidlər (kortizon, kortikosteron, pksikortikosteron və s.) 
karbohidratların mübadiləsində iştirak edir. Bu vəzilərin xəstəliyi nəticəsində 
xroniki kaxeksiya və zəiflik müşahidə olunur, dəridə piqmentasiya pozulur. Buna 
bürünc və ya Addison xəstəliyi deyilir. 
5. Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Mədəaltı vəzi 
(pankreas) qarşıq, yəni həm ekzokrin, həm də endokrin funksiyalı vəzilərdəndir. 
Onun axacağı onikibarmaq bağırsağa tökülür.
Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuzda 60 q, və 
qoyunda 40 q-dır.
Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqlarında beta-hüceyrə-
lərdə əmələ gəlir. İnsulinin öyrənilməsinə təxminən 50 il bundan əvvəl Minkovski, 
L. Sobolyov, F. Bantinq və Ç. Best tərəfindən başlanmışdır. Hazırda müəyyən 
edilmişdir ki, insulin sadə zülaldır. Qeyri-fəal 84 aminturşusunun qalığından ibarət 
downloaded from KitabYurdu.org


92 
proinsulin şəklində istehsal olunur. Fəallaşdıqda iki hissədən parçalanaraq, 31-63-
cü amin turşusunu itirmiş proinsulin fəal formaya-insulinə keçir. İnsulinin 
tərkibində 51 aminturşusunun qalığı vardır. Bunlar 2 polipeptid zəncirində birləşir, 
zəncirin birində 21 amin türşusunun, digərində 30 aminturşusunun qalığı vardır.
İnsulinin nəinki kimyəvi tərkibi, hətta quruluşu da bizə məlumdur. Hazırda o 
sintez də edilmişdir. Müxtəlif heyvanların insulini 21 aminturşusundan ibarət 
polipeptid zəncirində (A) 8-10-cu aminturşularına görə fərqlənir. Belə ki, 
qaramalda və qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda, 
atda, itdə, adadovşanında izoleysindir. Deməli, insulin növ xüsusiyyətinə malikdir. 
İnsulin karbohidratların mübadiləsində iştirak edir. O adrenalinin əksinə təsir 
göstərir, yəni qanda şəkərin miqdarını azaldır. Heksokinazanın fəallığını artırır, 
qlükozanın qlikogenə çevrilməsini sürətləndirir. 
İnsulin piroüzüm turşusundan qlükozanın sintezini kataliz edən fermentlər 
sisteminin aktivliyini azaltmaqla, qlikonegenez prosesinə ləngidici təsir göstərir. 
Onun təsirindən peptidlərin sintezi artır, zülalların parçalanmasını ləngidir, 
qaraciyər hüceyrələrində karbohidratlardan lipidlərin sintez olunmasını 
sürətləndirir. İnsulin hüceyrə divarlarında osmotik təzyiqə təsir edərək Na
+

K
+
,PO
4
3-
ionlarının, həmçinin qlükozanın hüceyrələrə daxil olmasını sürətləndirir. 
İnsulinin orqanizimdə yarımparçalanma dövrü 40 dəqiqədir. Onun toxumalarda 
parçalanmasında iki ferment iştirak edir. Əvvəlcə qlütation-insulin-transhid-
rogenaza fermentinin təsiriilə A və B polipeptid zəncirləri bir-birindən ayrılır. 
Bu prosesdən sonra sərbəst hala keçən A və B polipeptid zəncirləri 
insulinaza fermentinin təsiri ilə hidroliz prosesinə uğrayır. 
Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələrində əmələ gəlir, 
tərkibində 29 aminturşusunun qalığı vardır. 
Müəyyən edilmişdir ki insan və heyvan qlükaqonun birincili quruluşu bir-
birindən fərqlənmir (hindquşundan başqa).
Qlükaqon mədəaltı vəzidən başqa bağırsaq divarında da sintez olunur. Bu 
hormon qlükogenolitik təsirinə görə adrenalinə bənzəyir lakin qlükaqon 
adrenalindən fərqli olaraq arterial təzyiqi yüksəltmir. Onun təsir obyekti qaraciyər, 
miokard və piy toxuması hüceyrələridir. Qlukaqon göstərilən hüceyrələrdə 
adenilatsiklaza frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir. 
Qlukaqon orqanizmdə karbohidratların parçalanma məhsullarından lipidlərin 
sintez olunmasını ləngidir və qlükonogenez prosesini sürətləndirir. Onun təsirindən 
piy toxumasından qliserinin və yağ turşularının azad olaraq qana keçməsi 
sürətlənir. Qaraciyər lipazasının aktivliyi yüksəlir. Toxumalarda qlükoza, fruktoza 
adrenalin
Qlikogen qlükoza 
insulin 
downloaded from KitabYurdu.org


93 
və sirkə turşusunun yağ turşularına və xolesterinə çevrilməsinə mane olur. 
Bunların nəticəsində toxumalarda enerji hasilatı artır və orqanizmin oksigenə qarşı 
təlabatı yüksəlir.
Lipokain. Bu polipeptiddir. O vəzin xırda axarlarının epitelisində əmələ 
gəlir. Lipokain yağ turşularının oksidləşməsinin, fosfastidlərin mübadiləsini 
sürətləndirir, lipotrop amillərin (xolin, metionin) təsirini stimullaşdırır. Onun 
çatışmamazlığı insan və heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.
Bunlardan əlavə mədəaltı vəzdə daha 4 hormonun sintez olunduğu aşkar 
edilmişdir – somatostatin, vaqotonin, sentropnein və pankreatik polipeptid. Bu 
hormonların hər birinin özünün funksyaları var. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin