96
HO─
─CH
2
─CH
2
─NH
2
NH
aminturşu qalığı daxil olan polipeptiddir. Onun molekulunun birinci quruluşu
adrenokortikotrop hormonunun molekul zəncirinin ilk 13 aminturşu qalığından
ibarət olan hissəsi ilə eynidir. Lakin α-melanotropin molekulunun N-terminal
hissəsində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş şəkildə olur,
onun C-terminal hissəsində olan 13-cü aminturşu isə valin turşusunun amididir.
Hipofizin arxa payının hormonları. Yuxarıda göstərilmişdir ki, hipofizin
arxa payının hormonları – vazopressin və oksitosin hipotalamus nüvələrindəki
neyrosekretor hüceyrələrdə əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri
vasitəsilə hipofizin arxa payına gətirilir. Burada vazopressin və oksitosin
neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisimciklərində)
toplanır. Beləliklə, hipofizin arxa payı bu hormonlar üçün rezervuar vəzifəsi
daşıyır. Q. Olivekronun (1957) məlumatına görə, vazopressin hipotalamusun
supraotik, oksitosin isə paraventrikulyar nüvələrində əmələ gəlir.
Vazopressin və oksitosin, kimyəvi tərkiblərinə görə, nonapeptiddirlər. Onlar
bir-birindən iki aminturşu qalığı ilə fərqlənirlər. Belə ki, oksitosinin molekulunda
leysin və izoleysin qalığı olduğu halda, vazopressinin molekul zəncirinin həmin
aminturşulara müvafiq gələn hissəsində arginin və fenilalanin qalıqları yerləşir.
Hamiləliyin erkən dövrlərində oksitosin uşaqlığa təsir göstərmir. Sonralar
uşaqlığın oksitosinə qarşı həssaslığı yüksəlir və doğuş dövründə maksimal
səviyyəyə çatır. Estrogenlər uşaqlığın oksitosinə qarşı həssaslığını yüksəldir, sarı
cismin hormonu (prohesteron) isə azaldır. Oksitosin süd yollarının miopitelial
hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili təzyiqini yüksəldir və
südvermə prosesini stimulə edir. Təmiz oksitosin vazopressinin, təmiz vazopres-
sinin isə oksitosinin bəzi təsir xüsusiyyətlərini cüzi dərəcədə özündə əks etdirir.
Oksitosin qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə
parçalanır.
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyarların daralmasına
səbəb olur ki, bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir. Vazopressin tac
damarları daraldaraq, ürək çatışmazlığı əlamətləri göstərə bilər. Lakin qeyd etmək
lazımdır ki, qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları
(antidiuretik təsir göstərən dozada bir neçə min dəfə artıq) tətbiq olunmalıdır.
Vazopressin qısamüddətli təsir göstərir. Bədənə yeridilmiş vazopressinin aktivliyi
1 – 3 dəqiqə müddətində 2 dəfə azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə
parçalanır, 8 – 10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-
zmdən xaric olur.
Dostları ilə paylaş: