Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə57/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Tənəffüs əmsalı. Heyvan orqanizmində qida maddələri tədricən oksidlə-
şərək, mübadilənin son məhsulları olan karbon qazına, suya və digər kiçikmole-
kullu kimyəvi birləşmələrə çevrilir; bu prosesi üzvi maddələrin zəif sürətlə 
yanmasına bənzətmək olar. Qida maddələri orqanizmin daxilində karbon qazına və 
suya qədər oksidləşdikdə, onların orqanizmdən xaricdə yanması zamanı ayrılan 
istiliyin miqdarına bərabər enerji əmələ gəlir. Buna görə də, orqanizmin sərf etdiyi 
oksigenlə ondan xaric olan karbon qazının həcminə əsaslanaraq, bədəndə əmələ 
gələn enerjinin miqdarı haqqında mühakimə yürütmək mümkündür.
Bədəndən xaric olunan karbon qazının həcminin sərf edilən oksigenin 
həcminə nisbəri tənəffüs əmsalı adlanır. 
 
2
2
O
CO
RQ 
Burada RQ tənəffüs əmsalının rəmzidir.
Tənəffüs əmsalının qiyməti oksidləşən maddələrin tərkibindən asılıdır. 
Karbohidratların oksidləşməsi zamanı sərf edilən oksigenin həcmi əmələ gələn 
karbon qazının həcminə bərabər olur. Aydındır ki, əgər orqanizmin qəbul etdiyi 
downloaded from KitabYurdu.org


103 
oksigenin hamısı yalnız karbohidratların oksidləşməsinə sərf edilərsə, onda 
tənəffüs əmsalı vahidə bərabər olur.
C

H
12 
O

+ 6O

→ 6CO
2
+ 6H
2

1
6
6
2
2


O
CO
RQ
.
Yağların tərkibində oksigen atomlarının miqdarı karbohidratlardakına 
nisbətən azdır. Yağlar oksidləşdikdə həm karbon qazının əmələ gəlməsi, həm də 
hidrogen atomlarının oksidləşməsi üçün oksigen sərf edilir. Odur ki, yağların 
oksidləşməsi zamanı tənəffüs əmsalı vahiddən aşağı (0,7) olur. Zülalların oksidləş-
məsinin tənəffüs əmsalı 
≈ 0,8-ə bərabərdir. 
Qarışıq qidalanma şəraitində insanların tənəffüs əmsalı 0,7 ilə 1,0 arasında 
tərəddüd edir (orta hesabla 0,83-0,87). Qida qarışığında karbohidratların nisbi 
miqdarı nə qədər çox olarsa, tənəffüs əmsalı da bir o qədər yüksək olur. 
Tənəffüs əmsalının qiymətinə və udulan oksigenin həcminə əsaslanaraq, 
müvafiq cədvəllər vasitəsilə orqanizmdə əmələ gələn istiliyin miqdarını müəyyən 
etmək olar. Tənəffüs əmsalı şəraitdən asılı olaraq dəyişə bilər. Aclıq halında 
orqanizmin karbohidrat ehtiyatı tükəndiyinə görə, yağlar oksidləşməyə başlayır və 
tənəffüs əmsalı 0,7-yə yaxınlaşır. Kökəlmə zamanı isə bunun əksi müşahidə edilir, 
yəni toxumalarda, karbohidratlardan yağlar sintez edilir və tənəffüs əmsalı 
yüksəlir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin