120
vəzifəsini daşıyır. Sintez olunan DNT-nin xüsusiyyətləri ilk götürülmüş
“səbəbkar” DNT molekulunda nukleotidlərin yerləşmə ardıcıllığı ilə əlaqədardır.
DNT-nin sintezi zamanı gedən reaksiya sxematik olaraq aşağıdakı tənliklə ifadə
edilir:
Bu reaksiya zamanı dezoksinukleozidtrifosfatlar matrisa vəzifəsini daşıyan
DNT zənciri üzərindəki azot əsasları ilə komplementarlıq prinsipi üzrə qarşı-
qarşıya yerləşir, bir-birinin qonşuluğunda yerləşən dezoksinukleozidtrifosfatların
tərkibində olan dezoksiriboza qalıqları arasında 3,5-fosfodiefir rabitələri əmələ
gəlir və iki fosfat turşusu qalığı – pirofosfat turşusu şəklində ayrılır. Tənlikdən
aydın olur ki, DNT molekullarının sintezinə sərf olunan DATF və DQTF-in
miqdarı müvafiq olaraq, DQTF və DSTF-in miqdarına bərabərdir. Bu fakt DNT
molekullarının kimplementar quruluşu (A – T; Q – S) haqqında Uotson və Krik
tərəfindən irəli sürülən müddəaları bir daha təsdiq edir.
Dezoksinukleozidtrifosfatdan pirofosfat turşusunun ayrılması zamanı alınan
enerji biosintez proseslərinə sərf olunur.
Canlı orqanizmdən xaricdə molekul zənciri nəzərdə tutulan ardıcıllıqla
yerləşmiş nukleotid qalıqlarından ibarət olan DNT molekulunun sintez edilməsi
çox çətin problemdir. Son vaxtlarda aslimlər alanin aminturşusunun nəqliyyat
RNT-nin genin (Q. Xorana) və E. Coli bakteriyalarını yoluxdurmaq qabiliyyətinə
malik olan faqların bir növünü (Kornberq) sintez etməyə müvəffəq olmuşlar.
Hemoqlobin molekulundakı aminturşu qalıqlarının yerləşmə aedıcıllığı haqqında
informasiyaya malik olan genin sintez edilməsi bioloji kimyanın ən yeni nailiyyət-
lərindən biridir.
Zülalların, RNT-nin və DNT-nin biosintezini şərti olaraq, 3 mərhələyə
bölürlər: i n i s i a s i y a (təşəbbüs, biosintez prosesinin başlanması üçün verilən
göstəriş), e l o n q a s i y a (sintez olunan polinukleotid zəncirlərinin uzunluğunun
artması) və t e r m i n a s i y a (biosintez prosesinin sona çatması) mərhələləri.
Dostları ilə paylaş: