104
Balans üsulu insan və heyvanların müxtəlif maddələr olan təlabatının
miqdarca təyininə imkan verir. Bu üsulla keyfiyyət təlabatını müəyyən etmək
olmur.
Nişanlanmış atomlar üsulundan istifadə etməklə orqanizmə daxil olan
maddənin tərkibində (aminturşusunda, yağ turşusunda, hormonda, vitamində,
duzlarda və s.) atomlardan biri (məsələn, karbon, kükürd, fosfor, azot, və s.)
nişanlanır-yəni mədəyə radioktiv izotopu olan element daxil olur. Radioktiv
elementə
görə orqanizmdə, ayrı-ayrı orqan, toxumalarda yoxlanan maddənin
vəziyyəti izlənir. Bu üsul aralıq mübadilənin ətraflı öyrənilməsinə imkan verir.
Angiostomiya üsulunda müxtəlif orqanların aralarına, arteriya və vena damarlarına
fistula qoyularaq istənilən vaxtda qan, öd və başqa nümunələr götürülür, kimyəvi
təhlil aparılır. İ. P. Pavlov, J. S. London tərəfindən təklif edilmiş bu üsul müxtəlif
maddələrin (məsələn, karbohidratların, zülalların və s.) ayrı-ayrı
orqanlarda
mübadiləsini-yəni çevrilmələrini öyrənməyə imkan verir.
Təcrid edilmiş orqanlar üsulu Klod Bernar tərəfindən təklif edilmişdir. Bu
üsulla mübadilə proseslərini öyrənmək üçün ayrı-ayrı orqanlar bədəndən-
orqanizmdən təcrid edilmiş və mübadilə prosesləri həm müəyyən orqan çıxarılmış
orqanizmdə, həm də çıxarılan orqanın özündə öyrənilir. Bu yollarla aparılan
tədqiqatlar biri digərini tamamlayır. Qanda qlükozanın miqdarının sabit saxlanıl-
masında, sidik cövhərinin əmələ gəlməsində qaraciyərin rolu İ. P. Pavlov, M. V.
Nenski və Q. Embden tərəfindən bu üsulla müəyyən edilmişdir. Elektron mikros-
kopiyası üsullardan, sürətli sentrifuqalardan, polyaroqrafiya,
xromatoqrafiya,
elektroforez və s. ilə birlikdə hüceyrədə (mitoxondriyalarda, ribosomlarda, nüvədə
və s.) maddələr mabadələsinin öyrənilməsində geniş istifadə olunur.
Biopsiya və ya orqanostomiya üsulunda ayrı-ayrı orqanlardan kəsiklər
götürülərək, onlarda maddələrin kimyəvi təhlili aparılır və ona əsasən də maddələr
mübadiləsi öyrənilir. Bu məqsədlə O. Varburq aparatından və s. cihazlardan
istifadə olunur. Hidrokimyəvi üsulda müayinələr histoloji kəsiklərdə aparılır.
Maddələr mübadiləsini öyrənmək üçün fraksiyalarından və homogenatlardan
da istifadə edilir. Bu üsul mübadilə proseslərinin lokalizasiyasının (yerləşməsini)
müəyyənləşdirməyə imkan verir. Zülalların ribosomlarda sintez olunması və s. bu
üsulla öyrənilmişdir.
Bütün bu üsullar maddələr mübadiləsini ətraflı öyrənməyə və onu istənilən
istiqamətdə dəyişdirməyə, heyvanların məhsuldarlığını artırmaq, onların keyfiyyə-
tini yaxşılaşdırmaq, xəstəliklərinin qarşısını almaq yollarını
müəyyən etməyə
imkan verir.
Maddələr mübadiləsinin tipi, intensivliyi bir sıra amillərdən: heyvanın
növündən, yaşından, qidasından, ilin fəslindən, temperaturdan, təzyiqdən və s-dən
asılıdır. (Q. E. Vladimirov, P. P. Radıkov, V. V. Kovalski, H. İ. Səfərov, Q. B.
downloaded from KitabYurdu.org
105
Xəlilov və b.). Mübadilə prosesinin gedişində sinir sisteminin
və daxili sekresiya
vəzlərinin nizamlayıcı rolu da mühüm əhəmiyyətə malikdir. (İ. P. Pavlov, K. M.
Bıkov, A. İ. Qarayev, H. İ. Səfərov, Q. B. Xəlilov və b.). Bütün bu məsələləri
ətraflı öyrənməklə, maddələr mübadiləsini heyvandarlığın inkişafına şərait
yaradacaq istiqamətə yönəltmək olar.
Dostları ilə paylaş: