Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə60/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

4. Bioloji oksidləşmə, mexanizmi: Hələ XVIII əsrin ikinci yarısında M. V. 
Lomonosov və A. L. Lavuazye sübut etmişlər ki, yanma yanan maddənin havanın 
oksigeni ilə birləşməsidir. Üzvi maddə yandıqda karbon qazı və su əmələ gəlmək-
lə, sərbəst istilik enerjisi də ayrılır. İnsanların və heyvanların tənəffüsü də bunun 
eynidir. Orqanizmə daxil olmuş havanın oksigeni hüceyrələrdəki maddələri karbon 
qazı və suya qədər oksidləşdirir, enerji ayrılır. Son iki əsr ərzində bioloji oksidləş-
mənin bir çox cəhətləri: fermentlərin iştirakı, mərkəzi sinir sisteminin, hormon-
ların, vitaminlərin rolu, enerjinin çevrilmələri və s. öyrənilmişdir. Bioloji oksidləş-
mə bütün toxumalarda getdiyindən toxuma tənəffüsü və ya oksidləşməsi də 
adlanır.
Əvvələr toxuma tənəffüsünə oksidləşən maddəyə oksigenin birləşməsi kimi 
baxırdılar. Oksigenin çıxmasını isə maddənin reduksiya olunması hesab edirdilər. 
Elmin son nailiyyətləri bu anlayışı dərinləşdirmişdir. Oksidləşmə maddə atomunun 
elektron verdiyini, reduksiyalaşma isə onun qəbul edilməsini göstərir.
Ona görə də oksidləşmiş atomun mənfi yükü azalır və ya müsbət yükü 
çoxalır. Neytral atomlar oksidləşdikdə müsbət yüklü ionlara çevrilir. Oksidləşmə 
reaksiyalarında elektronların verilməsi ilə müsbət, reduksiyalaşmada isə elektron-
ların birləşməsi ilə mənfi yüklülük çoxalır.
EO 

2e

½
O
2
E
0
E
+2
+ O
2-
downloaded from KitabYurdu.org


107 
Oksidləşmə və reduksiyalaşma reaksiyaları həmişə birlikdə gedir, qarşılıqlı 
əlaqədədir və biri digərini tamamlayır. Odur ki, oksidləşmə-reduksiya prosesi 
iştirak edən bütün maddələrlə birlikdə o k s i d l ə ş m ə-r e d u k s i y a sistemi 
adlanır.
Bioloji sistemlərdə də oksidləşən maddə elektron və ya proton (məsələn: 
hidrogün ionu) verməklə d o n o r, reduksiyalaşan maddə isə elektron və ya proton 
almaqla a k s e p t o r adlanır. 
Bu reaksiyada difosfoqliserin aldehidi özündən iki hidrogen ionu verməklə 
oksidləşərək difosfoqliserin turşusuna, piroüzüm turşusu isə özünə iki hidrogen 
ionu birləşdirməklə reduksiya olunaraq süd turşusuna çevrilir. Beləliklə, difosfo-
qliserin aldehidi d o n o r, piroüzüm turşusu isə a k s e p t o r rolunu oynayır.
Oksidləşmə-reduksiya reaksiyalarının əksəriyyəti, yanma prosesi kimi enerji 
ayrılması ilə gedir.
Bioloji oksidləşmə prosesinin mahiyyətini izah edən bir sıra nəzəriyyələr 
mövcuddur. Onlardan birincisi keçən əsrin axır-ları və XX əsrin əvvələrində (1908 
– 1912-ci illərdə) meydana gəlmiş V. İ. Palladin və Villand nəzəriyyəsidir.
V. İ. Palladin nəzəriyyəsinə görə bioloji oksidləşmənin əsasını oksidləşən 
maddənin hidrogensizləşməsi, yəni onun molekulundan hidrogen atomunun 
ayrılması təşkil edir. Ayrılan hidrogen atomu oksigenə birləşərək su əmələ gətirir. 
Burada oksigen akseptor rolunu oynamaqla, ikinci dərəcəli əhəmiyyətə malikdir. 
Bu reaksiya oksidazalarla kataliz olunmaqla, sxematik belə göstərilir: 
R─H
2
+oksidaza→R+oksidaza─H

oksidaza─H
2
+
½
O
2
→oksidaza+H
2

Buna misal spirtlərin və turşuların oksidləşməsini göstərmək olar. 
Deməli, oksidləşmənin son məhsulları su və karbon qazıdır.
CH
2
OPO
3
H
2
CH
3
CH
3
CH
2
OPO
3
H

│ │ │ │ 
CHOH + CO → CHOH + CHOH
│ │ │ │ 
HO─CH─O─PO
3
H
2
COOH COOH O═C─OPO
3
H
2
Difosfoqliserin Piroüzüm Süd Difosfoqliserin 
aldehidi turşusu turşusu turşusu 

CH
3
CH
2
OH + ½O → CH
3
─ C + H
2


Etil spirti Sirkə aldehidi 
 
HCOOH + ½O → CO
2
+ H
2

Qarışqa turşusu 
downloaded from KitabYurdu.org


108 
Bu aerob oksidləşmədir, yəni oksigenin iştirakı ilə gedir.
Viland V. İ. Palladinin fikrini inkişaf etdirməklə təcrübələrlə konkretləşdiril-
mişdir. O, sübut etmişdir ki, müxtəlif maddələrin, o cümlədən sirkə aldehidinin 
oksidləşməsi mürəkkəb proses olub, əvvəlcə suyun birləşməsi ilə onun hidratına 
çevrilir. Sonuncu isə metilen göyünün iştirakı ilə hidrogensizləşməklə oksidləşir. 
Bu anaerob oksidləşmə sayılır. Çünki oksidləşmə oksigenin iştirakı olmadan 
gedir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin