61
əzilərək, bir neçə dəfə soyudulmuş asetonla işlənir.
Bu zaman yağabənzər
maddələr və s. kənar edilir. Belə işlənmiş material qurudulduqdan sonra bircinsli
toza çevrilir. Sonuncudan da bufer məhlulu və ya başqa həlledici ilə fermentli
ekstrakt alınır. Ekstraktdan fermenti ayırmaq üçün zülallar aşağı teperaturda
spirtlə, asetonla və duz məhlulları (ammonium sulfat və s.) ilə çökdürülür.
Fermentlərin ayrılmasında
adsorbisiya hadisəsindən, gelfiltirasiya, elektro-
forez və xromatoqrafiya üsullarından da istifadə olunur.
Ayrılmış fermentlərin bircinsliyi və təmizlik dərəcəsi həll olmalarına görə,
elektroforez,
xromatoqrafiya üsulu ilə, ultrasentrifuqa etməklə və fəallıqlarının
təyininə görə müəyyənləşdirilir.
Fermetlərin öyrənilməsində K. S. Kirxhofun böyük xidməti olmuşdur.
O,1814-cü ildə səməni ekstraktında nişastanı maltozaya qədər parçalayan
maddənin olduğunu müəyyən etmiş, ona amilaza adı vermişdir. 1833-cü
ildə isə
Fransa alimləri A. Payen və J.Perso arpanın cücərtilərindən amilazanı ayırmaqla
ilk ferment preparatını əldə etmişlər. Daha sonra bu sahədə XIX əsrin ikinci
yarısında E. Buxner, M. Manasseina, A. Lebedev və b.
böyük tədqiqat işləri
aparmışlar. Fermentlərin öyrənilməsinə dair XX əsrin birinci yarısında İ. Pavlov,
A. Bax, C. Samner, D. Nortop, H. Eyler, V. Engelhard, Varburq və başqaları da
çox işlər görmüşlər. Bu alimlərin işləri sayəsində fermentlərin kimyəvi tərkibinin
və bioloji xüsusiyyətlərinin öyrənilməsində yeni dövr açıldı.
Dostları ilə paylaş: