144
sini dayandırır, qlikoneogenezi ləngidir. Adrenalin isə bunun əksinə təsir göstərir,
yəni qlikogenin qlükozaya çevrilməsində iştirak edir, qanda süd turşusunu artırır.
Tiroksin və hipofizin hormonları əzələlərdə olan qlikogeni qlükozaya
çevirir. Ona görə də diabetogen hormonlar sayılır. Bunun əvəzində azotsuz üzvi
birləşmələrdən karbohidratların sintezini sürətləndirir. Kortikoidlər (kortizon,
kortikosteron və s.) insulinin əksinə təsir edir, qaraciyuərdə qlikoneogenezi sürət-
ləndirir, qlükozanın mübadiləsini zəiflədir.
Qanda qlükozanın miqdarının nizamlanması uzunsov beyində şəkər mərkə-
zinin iştirakı ilə həyata keçirilir.
Qanda qlükozanın miqdarının sabitliyi pozulduqda – yəni hipoqlikemiya
zamanı qanda qlükozanın miqdarı azaldıqda (istifadə artdıqda, qəbulu azaldıqda və
s.) heksokinazanın fəallığı azalır, toxumalar, xüsusilə mərkəzi sinir sistemi qlükoza
ilə təmin olunmur, bihuşluq baş verir. Hiperqlikemiyada (qanda qlükozanın miqda-
rının çoxalması) heksokinazanın fəallığı artır, qlükozadan tam istifadə olunmur,
sidiklə 8–10% qlükoza ifraz edilir. Hiperqlikemiya diabet zamanı, hipofizin,
qalxanvari və böyrəküstü vəzilərin hiperfunksyası nəticəsində baş verir.
Dostları ilə paylaş: