Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Müstəqil müşahidələrin aparılması



Yüklə 0,88 Mb.
səhifə42/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   38   39   40   41   42   43   44   45   ...   57
Biologiyanın tədrisi metodikası

4.Müstəqil müşahidələrin aparılması

Canlı aləmin, bitgi və heyvanların öyrənilməsinin ən sadə üsullarından birisi müstəqil müşahidələrdir. Şagirdlər bitgi və heyvanlar üzərində həm dərsdə, həm də sinifdən kənar vaxtda müstəqil müşahidələr apara bilərlər. Lakin dərsdə aparılan müşahidələr qısa müddətdə və kiçik həcmdə başa çatdırılır. Ona görə də müstəqil müşahidələrin çoxunu sinifdənkənar vaxtda canlı təbiət guşəsində, tədris-təcrübə sahəsində, bağda, bostanda, çöldə və evdə aparmalıdırlar. Təcrübə göstərir ki, şagirdlər biologiyadan sinifdən kənar vaxtda müstəqil müşahidələr aparmadıqda botanika, zoologiya və ümumi biologiya fənni üzrə bəzi materialları kifayət qədər mənimsəyə bilmirlər. Qeyd etmək lazımdır ki, müstəqil müşahidələrin aparılması üçün əvvəlcədən müəyyən hazırlıq işləri görülməli və hər bir müşahidənin aparılması texnikası başa salınmalıdır. Müstəqil müşahidə və təcrübələrin səmərəli aparılması ona aid tapşırıqların yaxşı tərtib olunmasından da çox asılıdır. Müşahidəyə aid suallar və həmçinin müstəqil müşahidələrin aparılması və nəticələri “müşahidə dəftərin”də qeyd olunmalıdır. Hətta lazım gələrsə, müşahidəyə məxsus şəkillər də həmin dəftərdə qeyd olunmalıdır və yeri gəldikdə şəkillər çəkilməlidir. Müşahidələrin mövzuları orta məktəb proqramı əsasında müəyyənləşdirilir. Hətta yerli bitgi və heyvanların üzərində fenoloji müşahidələr aparmaqla onların həyatında baş verən mövsum hadisələrini öyrənmək olar.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin