Məktəbdə və həmçinin evdə şagirdlərin biologiyaya aid apardıqları müstəqil müşahidə və təcrübələr onları daha mürəkkəb işlər görməyə hazırlayır. Belə iş formalarından biri də şagirdlərin praktik olaraq əməli i.lərdə çalışmalarıdır. Şagirdlərin əməli işləri həm forma və həm də məzmunca müstəqil müşahidə və təcrübələrdən müəəyən qədər fərqlənir. əməli məşğələlərdə şagirdlərin fiziki əmək fəaliyyəti daha mühüm yer tutur. Bundan başqa əməli məsələlərin başa çatdırılması üçün geniş sahə və çox vaxt tələb olunur. Məktəblərimizdə istehsalat təlimi əsasları hənnlərinin keçilməsi iləb əlaqədar olaraq şagirdlərin müəyyən ixtisaslar üzrə hazırlanmaları təmin edilir. Bu məqsədlə yerli iqlim və təsərrüfat şəraitini nəzərə alaraq əməli işlər görülür. Ona görə də biologiyadan aparılan əməli işlərdə bütün şagirdlər hökmən iştirak etməlidirlər. Şagirdlərin biologiya fənnləri üzrə apardıqları əməli işlərin əksəriyyəti yay mövsümünə təsadüf edir. Yay tətili müddətində şagirdlərin böyük bir hissəsi bitgi becərmək, heyvan saxlamaq və s. işlərlə məşğul olur. Elə buna görə də yay tapşırıqlarının yerinə yetirilməsində bütün şagirdlərin iştirak etməsi vacindir. Yay tapşırıqları məzmun və forma etibari ilə müxtəlif olmalıdır. Yay tapşırığı verərkən bütün sinfə eyni şeyi tapşırıq vermək məsləhət görülmür. Yay tapşırıqları təxmini olaraq aşağıdakı şəkildə təşkil edilə bilər: 1) Əvvəlcə şagirdlərə veriləcək tapşırıqlar düzgün dəqiqləşdirilməlidir; 2) Tapşırıqlar şagirdlərin qüvvəsinə müvafiq və mümkün qədər çox vaxt tələb etməyən olmalıdır; 3) Tapşırığın səmərəli başa çatdırılması üçün müəllim onun yerinə yetirilməsi qaydası haqqında təlimatı izahat verilməlidir; 4) Şagirdlərin apardıqları müşahidələr mütləq qeydə alınmalıdır. Tapşırığın necə icra olunması yoxlanmalıdır; 5)Yay tətili qurtaran kimi, hər bir şagird yay tapşırığının icrası haqqında hesabat verməlidir. Müəllim yay tapşırıqlarını yoxlamalı və müvafiq qiymət verməlidir. Qiymətləndirmə işin həm kəmiyyətinə və həm də keyfiyyətinə görə olmalıdır. Tapçırığa əməl etməyən şagirdlər payızda dərs başlanandan bir neçə həftə müddətində onu onu yerinə yetirməyə borcludur. Nümunəvi yay işləri məktəb sərgisində nümayiş etdirilməli və biologiya kabinetində saxlanmalıdır.