Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Dərsdə lazım olan materiallar və ya dərsin təchizi



Yüklə 0,88 Mb.
səhifə55/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   49   50   51   52   53   54   55   56   57
Biologiyanın tədrisi metodikası

Dərsdə lazım olan materiallar və ya dərsin təchizi.

Dərsin gedişi zamanı lazım olan-kiçikdən tutmuş böyüyə qədər nə lazımdırsa hamısı hazırlanır, yazı masasının üstünə qoyulur.(Sinif jurnalı, qələm, ağ kağız, təbaşir, yazı lövhəsini təmizləmək üçün silgi, plakat, göstərici-çubuq və digər təcrübə materialları)



Dərsin üsulu: Müəllim bu işdə müstəqildir. O, burada bələdçi rolunu oynayır. Şagirdlər istiqaməti və bilikləri müstəqil əldə edirlər.

II. Dərsə verilən tələblər

Əslində təlim prosesində hər bir dəs yaradıcı pedaqoji bir prosesdir bu prosesin icraçısı müəllimdir. Müəllim kecəcəyi hər bir dərsə qabaqcadan hər tərəfli hazırlaşır. Ən əvvəl dərsin mövzusunu, məqsədini, onun necə təşkil edib kecəcəyini öz təfəkkür süzgəncindən keçirir, sonra isə icmal tərtib edir. Ona görə hər bir dərsin özü də müəllimin yaradıcı əsəri hesab olunur. Çünki, bu əsərin quruluşcu rejisoru, rəssamı yazanı müəllimin özüdür. Bu baxımdan müəllimin özü də bir yazıçı rolunu oynayır, çünki hər bir dərs onun düşünülmüş, həyata keçirilmiş əsəridir. Bu baxımdan hər bir dərsin qarşısında aşağıdakı tələblər durur. 1) Hər bir dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır; 2) Dərsdə bütün dərs boyu şagirdlərin müstəqil fəaliyyəti, sərbəstliyi təmin olunmalıdır; Şagirdlərin müstəqil axtarışlar aparmağı öyrətmək, bir sözlə, oyrənməyin yollarını oyrətmək; 3) Dərs metodiki baxımdan müxtəlif üsullarla aparılmalıdır, həmdə seçilmiş üsul şagirdlərin yaşına və dinamik inkişafına uyğun olmalıdır; 4) Dərsdə dərsə verilən vaxtdan səmərəli istifadə olunmalıdır; 5) Dərs həyatla əlaqələndirilməlidir; 6) Dərs tərbiyəvi, xarakter daşımalıdır; şagird bərabər hüquqlu subyekt kimi qəbul edilməlidir; 7) Dərsdə ekoloji tərbiyə verilməlidir; 8) Dərs milli zəmn ruhunda aparılmalıdır; 9) Dərs və vətənə bağlılıq, onu sevmək ruhunda aparılmalıdır; 10) Dərs müasirlikdən xəbər verməlidir və s. 11) Dərs inkişaf etdirici aspektdə aparılmalı, differensiallaşdırma və fədiləşmədən istifadə olunmalıdır.

Dərsin təlim işində daha artıq səmərə verməsi, yəni şagirdləri möhkəm bilik, bacarıqla silahlandırılması, onlara müstəqil işləmək bacarığı aşılanması və tərbiyəvi vasitələri daha yaxşı həyata keçirilməsi üçün, onun bir sıra pedaqoji tələblərə uyğun keçirilməsi lazımdır. Ən yaxşı dərslər 1-ci növbədə təlim prinsiplərinin dolğun surətdə həyata keçirildiyi dərslərdir. Bu mənada: 1) Dərsin materialı əmək quruculuğu ilə əlaqələndirilməli; 2) Dərsdən tərbiyə vəzifələrini-xüsusən ideya tərbiyəsini həyata keçirmək üşün istifadə etməli; 3) Dərsdə əyanilikdən istifadə etməli materialın şüurlu və möhkəm mənimsənilməsinə çalışmalı; 4) Dərsdə bilik və vərdişlər sistemi şagirdin yaş səviyyəsinə uyğun şəkildə şərh olunmalıdır.

Bundan başqa dərs bir sıra başqa tələblərə cavab verməlidir: 1) Hər bir dərs məntiqi və psixoloji cəhətdən tam olmalı; 2) Şagirdin fəallığı təmin olunmalı; 3) Müxtəlif üsuldan istifadə olunmalı; 4) Dərsdə kollektiv iş fərdi işlə uzlaşdırılmalı; 5) Vaxtdan səmərəli istifadə olunmalıdır.




III. Müəllimin dərsdəki təlim fəaliyyəti

Təlimdə hər bir dərs təşkilat forması olduğu kimi müxtəlif tipdə olur və müəllimin rəhbərliyi ilə sinif şəraitində aparılır. Şagirdlərin dərsdə fəaliyyəti, yəni möhkəm bilik və bacarıqla silahlandırılması sərbəst işləmək bacarığının aşılanması və tərbiyəvi işlərin həyata keçirilməsi lazımdır. Hər bir müəllimin dərsdəki təlim fəaliyyətində müasirlik önəmli hal sayılır. Çünki əvvəlkilərdən fərqli olaraq müasir dərs elə qurulmalıdır ki, hər bir şagird 45 dəqiqədən 60-80% -ni fəaliyyətdə olsun. Bu prosesdə müəllimin izahına, şərhinə suallarına, düzəlişlərinə, bir sözlə müdaxiləsinə dərs vaxtının 3- dən f-i olsun. Daha doğrusu, bu dərsin 5-15 dəqiqəsini əhatə edir. Bütün bunlar müəllimin dərsə hazırlanmasından çox asılıdır. Digər tərəfdən müəllimin sinifdə fərdi iş aparmağa istiqamətini yönəldir. Hər şeydən əvvəl müəllim şagirdlərə bazis proqramına əsaslanaraq öyrətməkdən çox öyrənməyin yollarını aşılayır. Odur ki, təhlil aparanda müəllimin təlim fəaliyyətində dərsin analizində aşağıdakılara diqqət yetirilir: 1)Dərs prosesində dərsin elmi səviyyəsinin gözlənilməsi; 2)Təlim metodları və üsullarının düzgün seçilməsi, onların şagirdlərin yaş səviyyələrinə və inkişaf səviyyələrinə uyğunluğu; 3) Təlimin inkişafetdirici funksiyasının tətbiqi, bilik, bacarıq və vərdişlərin şagirdlərə aşılanması səviyyəsi;



IV.Dərsin əlaməti

Dərs müəllimin rəhbərliyi altında möhkəm şagird heyyəti olan siniflə, sabit cədvəl üzrə keçilən kollektiv məşğələyə deyilir. Bu tərifdən göründüyü kimi, hər bir məşğələyə dərs demək olmaz. Məşğələnin dərs adlandırılması üçün onun aşağıdakı əlamətlərə malik olması lazımdır: 1) Dərs müəllimin rəhbərliyi altında keçilir; 2) Dərs sinif şəraitində keçilir; 3) Dərsdə, məcburi məşğələ kimi, bütün sinif şagirdləri iştirak edir; 4) Dərs sabit məşğələ cədvəli üzrə keçilir. Bu cəhətdən ekskursiya sinifdən kənarda keçirildiyi üçün ona dərs demək olmaz. Həmçinin bir çox əmək məşğələləri yarımqrup tərkibində və emalatxanada keçirildiyi üçün ona da dərs məfhumuna daxil etmək olmaz. Deməli, dərs, əmək məşğələlərindən başqa yerdə qalan bütün fənlərin təlimində əsas təşkilat forması hesab edilir. Buna səbəb aşağıdakı 3 cəhətdir: a) Proqram materialı əsasən dərsdə keçilir; b) Şagirdlərin təlim fəaliyyəti, dərsdə daha səmərəli təşkil edilir; v) Müəllimin şagirdlər üzərində rəhbərliyi dərsdə daha əlverişli şəraitdə həyata keçirilir.




V. Dərsin tipləri

Dərslər, daşıdığı əsas konkret təhsil məqsədinə görə tiplərə ayrılır. Əgər dərsin əsas təhsil məqsədi yeni bilik verməkdirsə, ona “yeni bilik öyrədən dərs” əsas təhsil məqsədi keçmiş bilikləri təkrar etməkdirsə, ona “təkrarlama dərsi”, əsas təhsil məqsədi bilikləri tətbiq etməkdirsə “tətbiq etmək dərsi ”, əsas təhsil məqsədi vərdişlər qazandırmaqdırsa “çalışma dərsi”, nəhayət, əsas təhsil məqsədi yoxlama isə “yoxlama dərsi” adını daşıyır.

Bu dərs tipləri bir-birindən öz təhsil məqsədləri üzrə fərqləndikləri kimi, quruluşları, yəni mərhələlərinin tərkibi və ardıcıllığı etibarı ilə də seçilirlər. Mərhələ (etap) dərsin tətbiq edilən iş qaydası ilə fərqlənən kiçik kiçik hissəsi deməkdir: məsələn, dərsdə yeni biliyi şərh etmək mərhələsi, sorğu mərhələsi, keçmiş mövzunu təkrar etmək mərhələsi, yeni mövzunu möhkəmlətmək mərhələsi, ev tapşırıqları vermək mərhələsi və s. Mərhələlər olur. Bunlar müəyyən tərkibdə və özlərinə məxsus ardıcıllıqla bir-birini əvəz etməklə dərsin quruluşunu (strukturasını) müəyyən edir. Hər dərs tipinin özünə məxsus ümumi quruluşu olduğu kimi, bir dərs tipi daxilində də bu quruluş müxtəlif ola bilər.

Qeyd etmək lazımdır ki, dərslər əsas təhsil məqsədinə görə aşağıdakı tiplərə ayrılır. Dərsin əsas təhsil məqsədi ilə yanaşı qeyri əsas təhsil məqsədi də olur. Dərsin müasir dövrdə tipləri aşağıdakılardır. 1) Yeni bilik verən dərs 2) Təkrarlama dərsi; 3) Təbiq etmək dərsi 4) Çalışma dərsi; 5) Yoxlama dərsi. Bu dediklərimiz dərsin daşıdığı məqsədə görə tiplərə bölünməsidir.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin