İmansız elmin nəticələri
Mənim əzizlərim! Avropa tarix boyu qanlı soyqırımların, müharibələrin mərkəzi olmuşdur. Bu qitə german, anqlosakson və bu kimi digər bir neçə məşhur irqin məskənidir. Avropa elmə yiyələndikdə dünyada böyük və bənzərsiz müharibələr baş verdi. Onun iki nümunəsi birinci və ikinci dünya müharibələridir. Başqa heç bir yerdə qısa müddət ərzində belə müharibələr baş verməyib. Bu hadisələr imansız elmin nəticələridir.198
Dinə zidd olan elmə yiyələnmiş sivilizasiyalar
Mən Qurani-kərimdə çox maraqlı bir ayə ilə rastlaşdım. Biz elə düşünürük ki, elmin dindən ayrılması son əsrlərə aiddir, lakin bu ayə göstərir ki, keçmişdə də belə olmuşdur. Şərafətli ayə "Qafir" surəsindəndir:
"Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi?! Onlar bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları onlara bir fayda vermədi. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər".199 Qədim İran, Roma, Yunan mədəniyyətləri, miladdan əsrlər öncənin məşhur Hellin mədəniyyəti müəyyən həddə elmdən bəhrələnib. Bu elm xalqın ixtiyarında olmaqdan daha çox padşahların, güclülərin və hakimlərin ixtiyarında olub. Onlar da peyğəmbərlərin ən pis düşmənləri sayılıblar. Peyğəmbərlər din gətirəndə onların elmi göz və qulaqları önündə maneəyə çevrilirdi və dəvətə əhəmiyyət vermirdilər. Deyirdilər ki, bizim üçün elm kifayətdir, sizin dininizə ehtiyacımız yoxdur. Qarunun əhvalatı da bu məzmundadır. Quranın digər yerlərində də oxşar ayələr var. Amma bu bir ayə çox aydındır.200
Dostları ilə paylaş: |