Keçmişdə universitetləri din və təqvadan ayırmaqda məqsəd
Keçmişdə universitetlərin din, təqva və bəndəlikdən uzaqlaşmasına səy göstərilirdi. İran xalqının düşmənləri tərəfindən planlanan bu hiylədə məqsəd ali təhsilli və ziyalı nəslin laqeyd olub böyük amallara qarşı sevgisini əldən verməsi, dəyərsiz istəklərin və şəxsi qazancın əsiri olması idi. Şərəfli universitet mənsubları, dindar müəllim və tələbələr o çətin mühitdə həmişə bu şeytani hiyləyə qarşı mübarizə apardılar.430
Keçmiş rejim tərəfindən cəmiyyətdə dinə zidd tərbiyə ilə yanaşı olan təlim
Dedilər ki, keçmişdə bircəhətli idi; təlim vardı, təbriyə isə yox idi. Mən əlavə etmək istəyirəm ki, bəli, bəlkə də təlim-tərbiyə qurumlarında belə idi, amma bütün cəmiyyətdə ikicəhətli idi; bir cəhəti təlim, bir cəhəti də dinə zidd tərbiyə. Keçmiş rejimdə belə idi. Bütün amillər beyinlərin din əleyhinə tərbiyəsinə yönəlmişdi. Hər şey gənci ehtirasa, laqeydliyə və veyilliyə dəvət edirdi. Məgər gəncə vəzifə tapşırmaq və ondan iş istəmək olardı?! Biz nə üçün elm və əməlin bütün sahələrində bu qədər geridə qaldıq? Çünki gənclər laqeyd və hövsələsiz idilər. Sonra hər bir misi qızıla çevirən inqilab kimi bir alov saçdı. İnqilabın xarakteri belədir, belə böyük möcüzələr edir. İnqilab bizə gəncləri dini yönümdə tərbiyə etmək şəraiti yaratdı. Gənclərlə məşğul olun, əcrinizi də Allah verəcək.431
Dostları ilə paylaş: |