İnqilabdan qabaqkı dövrdə inkişaf yolu
Son 100-150 ildə ölkəmizdə islahat, inkişaf və tərəqqi iddiası edib bizi doğrudan da səhv yola çəkənlər bu böyük günahı etdilər. Biz bu 150 ildə həm məqsədə çatmadıq və geri qaldıq, həm də vaxtımız tələf oldu. Ardıcıl bir neçə nəsil gəlib tələf oldu, bu biyabanda sərgərdan qaldı, nəticə hasil olmadı. Nəhayət, bir nəsil səhv etdiyini gördü və qayıdıb yenidən hərəkətə başladı. Cəmiyyətləri səhv yola çəkənlərin günahı budur ki, onların vaxtlarını, ömürlərini və fürsətlərini tələf edirlər.
Bir zaman bizim cəmiyyətimizə inkişafın qərbliləri yamsılamaqda olduğunu başa salmışdılar; özü də elm öyrənməkdə yamsılamaq yox, zahiri işlərdə yamsılamaq: qadınlarımız hicabsız olsunlar, kişilərimiz filan cür papaq qoyub, filan cür paltar geyinsinlər.
Bilirsiniz ki, bir zaman ölkəmizdə Pəhləvi papağı adlı xüsusi bir papağı qoymaq icbari oldu. Bu papaqdan qoymayan cihayətkar sayılırdı. Sonra bir addım irəliyə gedib dedilər ki, ya Pəhləvi papağı, ya da şlyapa. Çünki qərblilər - avropalılar şlyapa qoyurdular. Qərbdən gəlmiş vahid geyim formasının yayılmasından ötrü ölkədə geyilən müxtəlif növ və yerli paltarların hamısı qadağan olundu. Nə üçün? İnkişaf üçün.
Ölkənin inkişafını bunda gördülər ki, insanlarımız kostyum geyinsinlər, qalstuk bağlasınlar, qadınlarımız hicabsız olsunlar, qərblilərin adət-ənələrini öyrənsinlər. Görün bunlar bir ölkə üçün nə qədər ziyanlı, nə qədər utandırıcıdır! O zaman isə nəinki xəcalət çəkmir, üstəlik fəxr edir və uca səslə fəryad qoparırdılar. Bu, səhv yoldur, yanlış inkişaf nüsxəsidir. Prinsiplər bu səhvlərin qarşıya çıxmaması üçündür.425
Dostları ilə paylaş: |