"Biz bacarırıq!" şüarı
Bu gün görürük ki, hamıda “biz bacarırıq” düşüncəsi var. Əgər "dünyanın ən dəqiq və ən zərif sənaye sahiblərini keçə bilərsinizmi?" - desələr, siz deyərsiniz ki, bəli, iradə ilə çalışsaq, bacararıq. İslam Respublikasında alim və müsəlman gənc özünü hər bir işə qadir bilir. İnqilabın əvvəlində isə belə deyildi. Öncəki tərbiyələr buna tam zidd idi. Hansı işi görmək lazım olurdusa, deyirdilər ki, biz bacarmarıq. "Cənab, filan şeyi düzəldin!" Deyirdilər ki, biz bacarmarıq.579
Fars vilayəti - elmi üstünlüyə rəğmən, utancaq vilayət
Bu vilayət yüksək istedadlara rəğmən, utancaq və həyalı vilayətdir; çoxlu savadı və dəyəri olan, lakin danışmaqla, göstərməklə, fikir bildirməklə çox da arası olmayan insanlar kimi. Burada bu hiss olunur. Bu qədər qədim və yeni nailiyyətlər var. Mən dünən elm, ədəbiyyat və iş adamlarını, cəmiyyət üçün istər zehin, istər əməl baxımından faydalı şəxsiyyətləri görüb həzz aldım. Eyni zamanda Şirazdakı bütün bu istedadları təbliğ etmək, göstərmək lazımi həddə deyil. Fars vilayətinin adamları söz adamı, danışan deyillər. İnsan bunu hiss edir.
Allaha şükür olsun ki, burada çoxları işgüzardır; sənaye və əkinçilikdə elmi, əməli fəaliyyət! Bu, təqdirəlayiqdir. Fars vilayətinin əhalisi danışmağı, səs salmağı, xalqın diqqətini cəlb etməyi sevmir. Bir yolla bu boşluğu aradan qaldırmaq lazımdır.580
Dostları ilə paylaş: |