Aşkar elmi uğurları inkar etməyə dair təəssüf
Mən təəssüf ki, bəzi yazı və fikirlərdə bu xalqın aşkar uğurlarının sual altına qoyulduğunu görürəm. Onlar bunu etməməlidirlər. Bu pisdir, xalqa təpik atmaqdır, yalandan xalqın ümidini sarsıtmaq və onu məyus etməkdir. Bizim bugünkü möhtəşəm elmi inkişaflarımızı kim inkar edə bilər?! Bu inkişaflar bir çox sahələrdə bizi azsaylı ölkələrin sırasına salmışdır. Bu azdır?!
Təxminən bir ay öncə bu hüseyniyyədə bir sərgi təşkil etdilər, yüzlərlə yeni elmi əsər arasından 51-52 elmi yeniliyi göstərdilər. Bəzisi dövlətə, bəzisi özəl sahələrə məxsus olan elmi layihələrin sahibləri məlumat verirdilər ki, bunların bəzisi ölkədə, bəzisi isə dünyada misilsizdir. Onların təxminən iki-üçü dünyada yeni idi. İnsan bunu inkar etməlidir?!
Tarixi dəqiq yadımda deyil; ya ötən il, ya da ondan bir qədər qabaq burada xüsusi bir mövzu barədə böyük elmi toplantı keçirildi. Mən indi onun xırdalıqlarını təkrarlamaq istəmirəm. Dünyanın bir neçə inkişaf etmiş ölkəsindən buraya gəlib bizim elmi, texnoloji və tədqiqat inkişaflarımızı gördülər. Onlar müsahibələrində deyirdilər ki, biz özümüz görməsəydik, İranın belə bir nailiyyət əldə etdiyinə inanmazdıq.
Belə nümunələr bir-iki deyil. Nüvə texnologiyası bir nümunədir; mən dəfələrlə demişəm ki, bu bir nümunədir. Bizim çoxlu belə nümunələrimiz var. Bunlar bizim elmi inkişaflarımızdır. Abadlıq işləri, xalqın məişətinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi və digər hansı inkişaf inkar oluna bilər?! Təəssüf ki, insan bəzi yazılarda əbəs yerə və dəyərsiz bəhanə ilə bu məsələlərin sual altına salındığını görür. İran xalqının bu böyük hərəkəti çox dəyərlidir.584
Dostları ilə paylaş: |