Qərbin elmini yanlış mədəniyyətindən ayırmağın zəruriliyi
Son məsələ budur ki, elmi inkişaf və elmi iqtibas - mən iqtibası lazım görürəm, yalnız tərcümə ilə kifayətlənməyi yox - lazımlı işdir. İslam da bizə bunu əmr edir. Hər halda, başqalarından elm öyrənmək onların mədəniyyətini öyrənməklə qarışdırılmamalıdır. Kiminsə, “qərblilərin elmi yaxşıdır, deməli onların mədəniyyətləri, həyat tərzləri və əxlaqları da yaxşıdır” – deyə düşünməsi çox kobud səhvdir. Xeyr! Bunlar arasında heç bir əlaqə yoxdur. Elmləri yaxşıdır, amma elm bu mədəniyyətin nəticəsi deyil, əksinə, bu mədəniyyət elmə də zərər vurur. Elmin özünəməxsus yaradıcı elementləri var. Onları tapmaq lazımdır.
Özbaşınalıq, dinsizlik, eqoistlik, pula və maddiyyata sitayiş və maddi dəyərlərin birinciliyi mədəniyyəti, Qərbin bugünkü yanlış mədəniyyətidir. Əgər o xalq imanlı, saleh, yaxşı işlər görən və dünyanın bərbəzəklərinə etinasız olsaydı, bu elm bütün dünyaya faydalı olardı. Necə ki, İslam mədəniyyətinin çiçəklənmə dövründə - hicrətin 4, 5 və 6-cı əsrlərində görkəmli elm adamları meydana çıxdı və elmi günün ən uca zirvəsinə çatdırdılar. Bu gün Qərbdə yayılan tüfeylilik, dinsizlik və sair bu tip ənənələr onlara hakim deyildi; ibn sinalar, məhəmməd ibn zəkəriyya razilər, xarəzmilər və digərləri belə deyildilər. Bunlar Qərb mədəniyyətinə oxşar mədəniyyət altında yetişmədilər. Heç Qərbin böyük alimləri, Qərb elminin əsasını qoyanlar da belə mədəniyyətlə böyüməmişlər. Odur ki, Qərbin elmi üstünlüyünü və tərəqqisini heç zaman onun mədəni üstünlüyü kimi başa düşmək lazım deyil.354
Dostları ilə paylaş: |