Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


İkinci hissə: Qadınların İslam mədəniyyətində mövqeyi və mədəni hücuma qarşı mübarizədə rolu



Yüklə 416,28 Kb.
səhifə37/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   33   34   35   36   37   38   39   40   ...   73
İkinci hissə: Qadınların İslam mədəniyyətində mövqeyi və mədəni hücuma qarşı mübarizədə rolu

1- Qərbin qadına baxışı

Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və onun ardınca Amerika mədəniyyətinə hakim olan adətlər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyarlar onlardan ibarətdir. O zaman da qadınlara yuxarı başda yer verib hörmət edir, müxtəlif zinət əşyaları ilə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi bir hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!351


Avropalılar yeni sənaye yaratdıqlarında, yəni Qərb milyonçularının böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyacları oldu. Bu zaman onlar qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətmək, öz ciblərini doldurmaq, qadını yüksək mövqeyindən endirmək üçün qadın azadlığı məsələsini qaldırdılar. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağılın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir.

Keçmişdə hər yerdə qadına zülm olunub, amma belə ümumi və əhatəli zülm son dövrə aiddir və məhz Qərb mədəniyyətindən qaynaqlanır. Qadını kişilərin kef çəkməsi üçün alət edib, adını Qadın azadlığı qoydular. Ancaq bu, əslində qadınların yox, qadınla ehtirasını doyuran kişilərin azadlığı idi.

Qərblilər təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər. Siz bu gün hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı?! Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri?! Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu eşq deyil, ehtiras və şəhvətdir. Onlar qadını belə yetişdirmək, buna alışdırmaq istədilər. Onlar qadını əli və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi sayırlar, İslam isə bunları qadına dəyər bilmir.352
Avropada və Qərb ölkələrində bir müddət öncəyə qədər qadınların müstəqil əmlak hüququ yox idi. Mən bir dəfə buna dair dəqiq statistika çıxardım və bir söhbətdə - deyəsən üç-dörd il bundan öncəki cümə namazında söylədim. Bu gün irəli sürülən bütün iddialara, Qərbdə günbəgün daha artıq müşahidə olunan maraqlı və qəribə hicab qadağasına, sonsuz və nəzarətsiz cinsi pozuntulara baxmayaraq, - onlar elə bilirlər ki, bu, qadına hörmət və dəyərdir - iyirminci əsrin əvvəllərinə qədər qərbli qadının özünə aid sərvətdən azad istifadə etmək haqqı olmamış, əri qarşısında öz şəxsi əmlakına sahib sayılmamışdır. Bir qadın ərə getdikdə onun sərvəti və bütün mülkü ərinin ixtiyarına keçirdi, ondan istifadə etməyə haqqı çatmırdı. Nəhayət, iyirminci əsrin əvvəllərində tədricən qadınlara mülkiyyət hüququ, iş hüququ verildi. Yəni o vaxta qədər qadın ən elementar insan haqlarından məhrum idi. Digər tərəfdən, İslamda da hörmət olunan sözügedən həqiqi dəyərlərin tam əksi üzərində daha çox təkid olundu. Bizim hicab barədə bu qədər təkidimizin səbəbi budur. Bizcə, qadın geyimi haqqında edilən söhbətlər də çox lazımlıdır.353
Qərbin qadına baxışının qaynağı Avropadır. Düzdür, sionistlər də qadınla rəftara və qadın hərəkatına dair bu yanlış mədəniyyəti təbliğ edirlər. Lakin onlar bu mədəniyyəti yaradanlar deyil, ondan istifadə edənlərdir.

Geriyə getdikcə, Avropanın daha qədim tarix, həmçinin mədəni-incəsənət kitablarında və Qərbin vəziyyətini göstərən romanlarda bu məsələ daha qabarıqdır, qadına qarşı rəftar İslamın rədd etdiyi şəkildədir. Avropada və Qərbdə kişi cinsi qadından hər bir formada ləzzət almağa haqlı sayılır və bu, qədim Roma mədəniyyətində müxtəlif formalarda mövcud olmuşdur. Qadın zadəgan olanda onunla bu rəftar bir səviyyədə olur, rəiyyət qadını, yoxsul və savadsız olanda başqa səviyyədə. Bəllidir ki, qadından belə sui-istifadə bəzən ona bir kompliment deməklə başlayır, lakin bu kompliment əsla həqiqi hörmət deyil, əslində təhqirdir. Bunun aydın nümunələri var. Mən misal çəkmək istəmirəm. Bunlar həqiqət olsa da, bir qədər ədəbdən kənar ola bilər. Mən xahiş edirəm xanımlar bu məsələ üzərində düşünsünlər və aydın misalları tapıb qadınlara başa salsınlar. Bəzən Qərb cəmiyyətində qadına hər hansı şəkildə hörmət olunursa, kino ulduzlarına, sənətkarlara və gözəllik müsabiqələrinin iştirakçılarına guya hörmət edirlərsə, bu, təhqir məqamında hörmət və hörmət formasında təhqirdir. İnsanların xüsusi həyatında buna aydın misallar var, onu tapmaq və nə demək olduğunu anlamaq olar. Hörmət formasında təhqir məsələnin problemlərindən biridir. Əgər qadın kişi ilə belə münasibətlərə qatılsa, zalım Pəhləvi rejimindəki kimi olar. O zaman qadın cəmiyyətdə çılpaqlığa, müxtəlif modlara, gözəlliyini nümayiş etdirməyə və normadan kənar dəbdəbəyə sövq edilirdi.354


Təəccüblü budur ki, Qərbdə qadın dəyəri haqda bütün iddialara, yalançı və zahiri işlərə rəğmən, ailədaxili münasibətlər təəssüfləndiricidir. Yaxud bizim çox geriqalmış və mürtəce ailələrimizdə olan ər-arvad münasibətləri, misal üçün, arvadı döymək, bədənini qaraltmaq, kiçik məsələlərdən ötrü öldürmək adəti təəssüf doğurur. Mən iki-üç il bundan öncə Amerika jurnallarının birində bir statistika gördüm. Belə məsələlərə görə ərlərindən şikayət edən qadınların sayı heyrətləndirici rəqəmi göstərirdi. Bu, yalançı Qərb dünyasında qadına qarşı mövcud reallıqlardan xəbər verir. Bu, tərəqqi və təkamülün maneələrindən biridir.355
Mənim bacılarım! Qərb dünyası qadını pozğunluğa sürüklədi. 60-70 il bundan öncəyə qədər bütün Avropa və Qərb ölkələrində qadın təkcə kişinin – ya öz kişisinin, ya zavod, tarla sahibi kimi başqa bir kişinin ixtiyarında ola bilərdi, sivil bir cəmiyyətdə olan əsas insan hüquqlarından heç birinə malik deyildi, səsvermə, mülkiyyət və alış-veriş haqqı yox idi. Sonra qadını ictimai fəaliyyətlərə çəkdilər, amma bu halda da onun azması üçün bütün vasitələri hazırladılar, onu cəmiyyətdə özbaşına və dayaqsız qoydular. Nəhəng oliqarxlar, xəbis və mənfur siyasətçilər və məxfi qurumların texnoloqları fikirləşdilər ki, siyasi və iqtisadi işlər üçün bu vəziyyətdən daha yaxşı istifadə edə, qadını pozğun işlərə sürükləyə bilərlər. Bəli, oralarda elm və siyasət də var. Qadınlar elm və siysətdə də inkişaf edirlər, amma nəyin hesabına?

İndinin özündə də Avropada, ABŞ-da və Qərb sivilizasiyasının digər qabaqcıl ölkələrində doktor, mütəxəssis, yazıçı, yaxud görkəmli şəxs olan azsaylı qadınları çıxmaq şərti ilə ümumi qadınlar ağır və acınacaqlı şəraitdə yaşayır, ictimailəşmək adı altında zülmə məruz qalır, ağır işlərə məcbur edilirlər, onlara düşünmək və qərar vermək imkanı yaradılmır.356


Bu əsrin ikinci onilliklərinə qədər Avropanın heç bir yerində, hətta demokratik cəmiyyətlərdə də heç bir qadın səsvermə hüququna, öz malından istifadə haqqına malik deyildi. İkinci onilliklərdən – 1916-1918-ci illərdən sonra Avropa ölkələrində yavaş-yavaş qərara gəldilər ki, qadına öz əmlakından istifadə hüququ və kişi ilə bərabər ictimai status versinlər. Düzdür, Avropa tarixində kraliça, yaxud aristokrat qadınlar olmuşdur. Lakin bir qadının, yaxud bir ailənin, bir tayfanın və bir təbəqənin qadınlarının vəziyyətinin ümumi qadınlara dəxli yoxdur. Bu ayrıseçkiliklər həmişə olmuşdur. Yüksək səviyyələrdə təmsil olunan, misal üçün, bir ölkənin kraliçası olan qadınlar da olmuşdur. Bu imtiyaz onlara ailə və irs yolu ilə verilmişdir. Ümumilikdə isə qadınlar belə olmamış, cəmiyyətdə dinlərin də tanıdığı hüquqlardan məhrum edilmişlər.

Deməli, özünün qadına dair çox məzəmmətli geriliyini düzəltmək istəyən Qərb sivilizasiyası bu gün də məsələyə başqa formada yanaşır. Mənim fikrimcə, onlar qadına dair insani məsələlərə siyasi, iqtisadi və media məsələlərinin kölgəsi altında yanaşırlar. Avropada əvvəldən qadınlara verilən hüquq bu yanlış əsaslara dayanırdı.357



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin