Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- İslamda və İslam inqilabında qadının mövqeyi



Yüklə 416,28 Kb.
səhifə39/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   35   36   37   38   39   40   41   42   ...   73
3- İslamda və İslam inqilabında qadının mövqeyi

Biz düşünürük ki, qadınlar hər bir sağlam cəmiyyətdə elmi və ictimai inkişaflarda, quruculuqda və dünyanın idarəsində üzərlərinə bacardıqları qədər məsuliyyət götürməyə qadirdilər və götürməlidirlər. Bu baxımdan kişi və qadın arasında heç bir fərq yoxdur.

Hər bir insanın yaradılmasında məqsəd ümumbəşəri yaradılışda olan məqsəddir: yəni insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Bu baxımdan, qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə Fatimeyi-Zəhra (ə) və sonra tarixin digər böyük qadınlarıdır. Fatimeyi-Zəhra (ə) bəşəriyyətin zirvəsində durur və bildiyimiz kimi, bu xanım bir müsəlman qadın olaraq özünu bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq olmamalıdır. Bəlkə də məhz buna görədir ki, Allah-Talala Qurani-kərimdə yaxşı və pis insanlara misal çəkmək istəyəndə onların hər birinə qadın nümunələr göstərir, birinə fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşlarını misal çəkir: "Allah iman gətirənlərə fironun zövcəsini misal çəkir". Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar uçun isə Nuhun və Lutun həyat yoldaşlarını misal göstərir. Burada bir sual ortaya çıxır ki, nə üçün həm kişi, həm də qadınlardan nümunə göstərilmir?

Bütün Quranın "Allah iman gətirənlərə ... misal çəkir", yaxud "Allah kafirlərə ... misal çəkir" deyiləndə hər iki misal qadındandır. Bu onun üçün deyil ki, biz bəşər tarixi boyu qadına qarşı yanlış və təəssüf ki, davamlı düşüncələrə İslamın baxışı ilə cavab verək?!

İslam tarix boyu qadın haqqında mövcud olan bu yanlış təsəvvür və düşüncənin qarşısını almaq istəyir. Mən təəccüb edirəm ki, istisnaları çıxmaq şərtilə bəşəriyyət nə üçün qadın və kişi məsələsində həmişə yanlış düşünüb? Peyğəmbərlərin (ə) təlimlərini çıxmaq şərtilə, bəşərin bütün düşüncə və təhlillərində qadın və kişiyə səhv mövqe tanınmışdır. Hətta qədim Roma, yaxud İran mədəniyyətləri kimi çox yüksək mədəniyyətlərə də qadına dair yanlış təsəvvür hakim olmuşdur. Mən bunun xırdalıqlarını açmaq istəmirəm, yəqin ki, özünüz bilirsiniz və baxa da bilərsiniz. Bu gün də qadını və onun insani mövqeyini müdafiə iddialarına və səs-küylərinə rəğmən, təəssüf ki, sözügedən yanlış təsəvvür mövcuddur. Avropalılar yuxudan çox gec oyandıqlarına görə, sanki zaman baxımından geriliklərini yalançı qalmaqal və ajiotajla ört-basdır etmək istəyirlər. Çünki bu əsrin ikinci onilliklərinə qədər Avropanın heç bir yerində, hətta demokratik cəmiyyətlərdə də heç bir qadın səsvermə hüququna, öz malından istifadə haqqına malik olmamışdır. İkinci onilliklərdən – 1916-1918-ci illərdən sonra Avropa ölkələrində yavaş-yavaş qərara gəldilər ki, qadına öz əmlakından istifadə hüququ və kişi ilə bərabər ictimai status versinlər. Düzdür, Avropa tarixində kraliça, yaxud aristokrat qadınlar olmuşdur. Lakin bir qadının, yaxud bir ailənin, bir tayfanın və bir təbəqənin qadınlarının vəziyyətinin ümumi qadınlara dəxli yoxdur. Bu ayrıseçkiliklər həmişə olmuşdur. Yüksək səviyyələrdə təmsil olunan, misal üçün, bir ölkənin kraliçası olan qadınlar da olmuşdur. Bu imtiyaz onlara ailə və irs yolu ilə verilmişdir. Ümumilikdə isə qadınlar belə olmamış, cəmiyyətdə dinlərin də tanıdığı hüquqlardan məhrum edilmişlər.

Deməli, özünün qadına dair çox məzəmmətli geriliyini düzəltmək istəyən Qərb sivilizasiyası bu gün də məsələyə başqa formada yanaşır. Mənim fikrimcə, onlar qadına dair insani məsələlərə siyasi, iqtisadi və media məsələlərinin kölgəsi altında yanaşırlar. Avropada əvvəldən qadınlara verilən hüquq bu yanlış əsaslara dayanırdı. Mən dünyada mövcud olan müxtəlif təfəkkürlər arasında İslamın görüşünə nəzər salanda aydın şəkildə başa düşürəm ki, bəşəriyyət yalnız İslamın baxışlarını azaldıb-artırmadan, ifrat və təfritə varmadan dərk etdikdə qadın məsələsinə, qadın-kişi münasibətlərinə dair sağlam və ideal yolu tapacaq. Qadın məsələlərinə dair bizim iddiamız budur. Biz bu gün maddi sivilizasiyalarda qadına qarşı mövcud olan fikirləri əsla qəbul etmirik, onları qadının və cəmiyyətin xeyrinə saymırıq.

İslam istəyir ki, qadınların elmi, ictimai, siyasi və düşüncə inkişafı, ilk növbədə dəyər və mənəviyyatı uca səviyyəyə çatsın, cəmiyyətin və bəşər ailəsinin bir üzvü kimi maksimum faydalı və səmərəli olsunlar. İslamın bütün təlimləri, o cümlədən hicab məsələsi bundan ötrüdür.362
İnqilabın böyük müəllimi həzrət İmam Xomeyni istər inqilabın baş verməsində, istərsə də davam etdirilməsində, həmçinin İslam cəmiyyətinin təkamülündə, xalqın İslam və inqilab yetkinliyində qadının rolunu çox böyük sayırdı. Doğrudan da belədir. İranlı və müsəlman qadın fəsad dolu Qərb mədəniyyətinin qurduğu tələlərdən qurtulmaq üçün möhkəm iradə ilə işini davam etdirməli, qadını özlərinin dağıdıcı və istismarçı siyasətlərinin icrasına alət etmək istəyənlərin hiylələrinə əsla uymamalıdır.

Qadının elmi, mədəni, ictimai, siyasi və incəsənət mövqeyi, şəxsiyyəti ilə onun siyasi və şəxsi məqsədlərə alət səviyyəsinə enməsi arasında fərq qoymaq üçün güclü zəriflik lazımdır. İslam ucalığı qadının qaçılmaz mövqeyi bilmiş, ona nail olmağı lazım saymış, dəyərləndirmələr, qayda və qanunlarla ona yol açmışdır. Qərb mədəniyyəti və onun təməl baxışı qadına bu məqamı versə də, - əlbbətə, maddi baxışda mənəvi baxış genişliyi yoxdur - dəyərsiz ləzzət, ehtiras və məşğuliyyətlərdən paklığı qadın şəxsiyyətindən ayırmaq iqtidarında deyil. O, digər cəmiyyət və etiqadlara dair mühakiməsində bunu prinsip və meyar seçir. Bu bir neçə ildə İranı qadın əleyhdarı kimi göstərməyə çalışan hegemon və sionist medianın yeganə bəhanəsi budur ki, İranda Qərbin muzdur rejiminin əli ilə düzəlmiş məcburi fəsad bu gün dayanmış, qadın və kişi arasındakı qeyri-sağlam münasibət və çılpaqlıq ənənəsi məhv edilmişdir. İranın bugünkü qadını elm, siyasət və incəsənət sahələrində, müxtəlif ictimai fəaliyyətlərdə keçmişdəkindən olduqca fəal iştirak edir. Lakin bunlar Qərb beyni və baxışı, eləcə də sionizmin və müstəmləkənin qayda və ənənələrinə görə ikinci dərəcəli sayılır. Onlar üçün birinci dərəcəli əhəmiyyət kəsb edən isə İranın qətiyyətlə rədd etdiyidir: qadın və kişi münasibətlərində məhdudiyyətsizlik, qadının hörmətinin tapdanması, onun ləzzət vasitəsinə və yaxud bəzəkli məhsulların istehlak amilinə çevrilməsi. İran xalqı bu gün inqilab sayəsində qadına və onun dəyərlərinə dair yeni nəzəriyyə irəli sürməyə, dəyərli və uca qadın haqda yeni örnək yaratmağa qadir olmuşdur. Bu böyük uğur, həmişəyaşar və öyrəniləsi bir hərəkətdir. Qərbin təşkilatları və mətbuatı tərəfindən yaradılan ajiotajlara rəğmən, dünyada bu hərəkətin təsirini və nüfuzunu görmək olar. 363


Qadınların inqilabdakı rolu sübut etdi ki, qadın iman və məlumat sayəsində və Qərb dünyasının onun üçün düzəltdiyi fəsad batlağından uzaq durmaqla tarixi və beynəlxalq hadisələrdə birinci dərəcəli rol ifa edə bilər; sübut etdi ki, qadının fəxri sionizmin çirkli əllərinin indiki azğın dünyada tədarük gördüklərində deyil. Qadın paklıq, iffət və məsuliyyət hissi sayəsində kişilərlə çiyin-çiyinə və bəzən onlardan da irəlidə addımlaya bilər.

İslam Respublikası quruluşunda qadınlar İslamın onlara verdiyi əzəmətin qədrini bilməlidirlər. Onlar gərək beynəlxalq soyğunçu oliqarxların dünyanın bugünkü qadınının ətrafına toxuduğu istehlakçılıq tələsindən çıxsınlar, Qərb mədəniyyətlərinin antidəyərlərinə – çılpaqlığa, kişilərlə bayağı münasibətlərə, inkişaf etmiş ölkələrdə və geriqalmış ölkələrin əksəriyyətində qadınların həyatına hakim olan müxtəlif fəsadlara bulaşmaya təhqir və niftər gözü ilə baxsınlar.364


Bu böyük inqilaba görə qadınlar çox inkişaf etdilər. İnqilabda və müharibədə qadınların rolu həlledici oldu, inşallah gələcəkdə də belə olacaq. Bu şərtlə ki, biz qadında olan bu dəyərli cəhətlərə riayət edək. Gələcəyi təmin edən amillər bunlardır. Allah sizə yardımçı olsun!365
Hegemon və sionist media bizi qadınların elmi və mədəni inkişafına əhəmiyyətsiz yanaşmaqda ittiham edirlər. Özləri də bunun yalan olduğunu bilirlər, amma təkrarlayırlar. Biz qadın və kişi arasında fərq qoymuruq, düşünürük ki, onların hər biri təkamül imkanına malik insandır; nə qədər çalışsalar, nə qədər zəhmət çəksələr, Allaha doğru nə qədər irəliləsələr, bir o qədər inkişaf edəcək və kamilləşəcəklər. Elmi və siyasi fəaliyyət yolu onların hər ikisinə açıqdır. Biz inqilabda və müharibədə gördük ki, xanımların rolu kişilərdən böyük olmasa da, kiçik deyil. Qadınlar qəhrəmanlıq marşı bəstələməsəydilər və müharibəni evlərdə dəyər saymasaydılar, kişilər cəbhəyə getməyə iradə və maraq göstərməzdilər. Onlarla amil əl-ələ verib könüllülərdən ibarət izdihamı cəbhəyə yola salırdı. Bu amilin ən mühümlərindən biri anaların, xanımların, qadınların əhval-ruhiyyəsidir. Mən bəzən əziz və hörmətli şəhid ailələri ilə görüşürəm. Bəlkə də iddia edə bilərəm ki, indiyədək ruhdan düşmüş şəhid anası görməmişəm. Düzdür, ailələr eyni deyil, eyni düşünmürlər; bəziləri daha güclü, bəziləri isə zəifdirlər; bəziləri məsələni tam aydın dərk etməyiblər, bəziləri isə çox yüksək səviyyədə dərk ediblər. Lakin biz görüşdüyümüz ailələrdə, ən azı onların əksərində qadının əhval-ruhiyyəsini kişidən yaxşı görmüşük.

Bizim cəmiyyətimizdə qadının vəziyyəti belədir, onlar isə təkcə qadını yox, hər iki cinsi fəsad bataqlığına sövq etdilər. Bizim xalqımız gözlərini və qulaqlarını açmalıdır. Bizim inqilabi və İslam cəmiyyətimizdə azğın və fəsad dolu Qərb mədəniyyətinə qayıdış qeyri-mümkün və yolverilməzdir. Belə bir şeyin baş tutması, bizim məmurlarımızın və xalqımızın cəmiyyətin yenidən azğın Qərb mədəniyyətinin bizi məcburən sürüklədiyi səmtə getməsinə icazə vermələri mümkün deyil. Bizim cəmiyyətimizdə mənfur Pəhləvi sülaləsi zamanı qadınların hicabsızlığının və çılpaqlığının tarixini oxuyanlar və ya yaşlarına görə həmin günləri görənlər bilirlər ki, ölkəmizdə xalqı necə zorla hicabsızlığa, qadın və kişinin bir-biri ilə məhdudiyyətsiz əlaqələrinə sürüklədilər. Bu, xalqın asanlıqla qəbul edəcəyi bir şey deyildi, onları buna məcbur elədilər.366


İnqilab qələbə çalanda ölkəmizin qadınlarının rəftarı və hərəkət istiqaməti 180 dərəcə dəyişdi, inqilabdan öncənin tam əksinə olaraq, işığa, inkişafa, elmə, əxlaqa, siyasi dərkə və həqiqətən cəmiyyətə fayda verəcək işlərə doğru apardı. Ehtiyatlı olun ki, bu yoldan dönməyəsiniz. Bizim ölkəmizin qadınları inqilabın bu mübarək yolunu itirməkdən ehtiyatlı olsunlar.

Bu gün iranlı və inqilabçı müsəlman qadın üçün bərbəzəyə aludə olmaq eyibdir; bu gün başı, sinəni və qolları qızıl-zinət əşyaları ilə doldurmaq, bəzənmək, mod və geyimi özünə büt seçmək iranlı və inqilabçı müsəlman qadına eyibdir. Belə məsələlərlə məşğul olan qadının dəyəri az olur. Qızıl qadına dəyər sayılmır, qızıla etinasızlıq dəyər sayılır. Mod qadına dəyər sayılmır, düşmənlərin pis niyyətlə yaratdığı modlara etinasızlıq dəyərdir. Öz şəxsiyyətini tapmış müsəlman qadın onu itirməkdən ehtiyatlı olmalıdır.367


Normal həddə olan dəbdəbəni İslam da rədd etməyib. Lakin qeyri-normal və yarış şəklində olan, qadında asılılıq yaradan rəqabət yanlış işlərdən və İslamın qadın üçün nəzərdə tutduğu məqsədin ziddinədir. Bizim inqilabımızda imam qadına dair bu baxış üzərində təkid göstərirdi. Hər halda, bu məsələ ciddi mübarizə tələb edən vacib işlərdən biridir. Biz bu məsələdə nəinki müdafiə olunmuruq, hətta hücuma da keçirik. Bir dəfə məndən soruşdular ki, filan məsələ haqda özünüzü necə mudafiə edə bilərsiniz? Dedim ki, mən nəinki müdafiə olunmuram, hətta hücuma keçir və Qərbdən tələb edirəm. Biz Qərbə deməliyik ki, sən qadını təhqir edirsən. Siz yalan deyirsiniz ki, biz iki cinsi bərabər bilirik. Bu, bir hiylə və mədəni-siyasi gedişdir. Siz bu yolla qadına xəyanət edirsiniz. Biz deyirik ki, qadın düzgün geyimlə və düzgün hicabla öz dəyərini qoruyur, özünü hər zaman və hər yerdə mövcud olan veyl kişilərin istədiyi səviyyədən uca tutur. Quran buyurur ki, yad kişilərlə yumşaq və əzilə-əzilə danışmayın368. Qadının kişi ilə rəftarı təvazökar olmamalıdır.

Kişi və qadın arasındakı instinktiv məsələlərin öz yeri var və bunun eybi yoxdur. Lakin qadının kişi qarşısında əyilməsi bu gün Qərbdə mövcuddur. Birinci qadına yol vermələri, onu önə keçirmələri məsələnin zahiri tərəfidir. Həqiqət isə tam başqadır.369


Mən natiq və təbliğatçılara dəfələrlə demişəm ki, qadın məsələsi barədə öz mövqeyini müdafiə etməli olan biz deyilik, süquta uğramış Qərb mədəniyyəti özünü müdafiə etməlidir. Bizim qadın haqda ortaya qoyduğumuz məsələlərin qadının xeyrinə olmasını heç bir insaflı, düşüncəli insan inkar edə bilməz.

Biz qadını iffətə, ismətə, hicaba, kişilərlə qeyd-şərtsiz qarışmamağa, insani hörmətini qorumağa, yad kişinin ləzzət alması üçün onun qarşısında bəzənməməyə dəvət edirik. Məgər bu pisdir?! Bu, müsəlman qadına hörmətdir. Qadını bəzənib küçə-bazardakı kişilərin baxışlarını cəlb etməyə və ehtiraslarını doyurmağa çağıranlar cavab verməlidirlər ki, nə üçün onu bu qədər aşağılayıb xar edirlər. Hətta Qərbdə də uca və mütəfəkkir insanlar bizim mədəniyyətimizi bəyənir və ona uyğun rəftar edirlər. Qərbdə də iffətli, ağır, mətanətli və özünə qiymət verən qadınlar özlərini yadların və şorgözlərin ehtiraslarını doyurmağa vasitə etmək istəmirlər. Azğın Qərb mədəniyyətində belə hallar çoxdur.370


İnqilabın sayəsində iranlı qadın çox yaxşı yola çıxmışdır. Bu gün iranlı qadın elmi işlərə qoşulur, elmi dərəcələr alır, eyni zamanda müsəlman qadına layiq dinini, iffətini, təqvasını, vüqarını, mətanətini, şəxsiyyətini və hörmətini də qoruyur. İndi sizin aranızda çoxlu hövzə tələbəsi, müəllim və alim var.

Həmçinin qadın dini elmlə də məşğul ola bilər və önündə heç bir maneə olmaz. İndi sizin aranızda dini tələbə və ya müəllim olan çoxları İslam fiqhi və dini elmlər üzrə təhsil alırlar. Böyük imamımız da bu məsələyə çox əhəmiyyətli yanaşırdı. Bu gün ölkəmizdə qadın öz mətanətini, vüqarını və İslam hiabını qorumaqla siyasi-ictimai fəaliyyətlərdə, cihadda, xalqa və inqilaba köməkdə və müxtəlif sahələrdə istedadını göstərə bilər.

Bütün Qərb dünyası, onun mediası, xüsusən də dünyanın böyük sionist və oliqarxlarının muzduru olan qələm sahibləri birləşib İslam Respublikasını ələ salır, bizi yolumuzdan döndərmək üçün hicaba qarşı təbliğat hücumları təşkil edirlər. Onların təbliğatına rəğmən, müsəlman İran və müsəlman qadın özünün hicaba, müsəlman heysiyyətinə və İslamın qadın təlimlərinə sadiqliyini qüdrət və qətiyyətlə, özünəinam və etimad hissi ilə qorudu. Bu gün Qərb dünyası tədricən İslam hicabına yönəlir. Görürsünüz ki, müxtəlif ölkələrdə - istər hicabdan əsər-əlamət olmayan və Qərb təlimlərinə qərq olmuş müsəlman ölkələrində, istərsə də hətta Avropa ölkələrində müsəlman və qeyri-müsəlman qadınlar hicaba üz tuturlar. Təbii ki, əvvəlcə müsəlmanlar rəğbət göstərdilər. Biz inqilabın qələbəsindən sonra Qərb və Avropa mədəniyyətinin təsiri altında olan ucqar ölkələrin qadınlarının siz İran qadınları kimi hicab bağladıqlarını gördük. Bu, sizin uğurunuzdur. Bizim cəmiyyətimizin mömin qadınları müsəlman iranlı qadının qədrini və dəyərini bilməyə çalışsınlar.

İranın müsəlman qadını kişilərlə münasibətdə şəriət qaydalarına riayət edir, özünü kişinin ləzzət almasına vasitə bilmir, bundan üstün hesab edir, özünü çılpaq olmaqdan, üzü, saçı və bədəni ilə baxanların diqqətini cəlb etməkdən, həvəsini doyurmaqdan uca sayır, özünü bəşər tarixinin ən böyük qadını olan Fatimeyi-Zəhranın (ə) durduğu zirvənin yamacında bilir. Belə bir qadın Qərb sivilizasiyasının hazırladığı oyuncaqlardan və onun təxribatlı üsullarından üz çevirməli, onlara etinasız yanaşmalıdır.371


Hicab qadını təcrid etmək deyil. Kimsə belə düşünsə, çox yanlış düşünmüşdür. Hicab cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Belə bir vəziyyət həm cəmiyyətə zərərlidir, həm də kişi və qadına. Bu, qadına daha çox zərərlidir. Hicab əsla siyasi, ictimai və elmi fəaliyyətlərə mane olmur. Bunun canlı sübutu sizlərsiniz. Bəlkə də bəziləri təəccüb edirdilər və hələ də təəccüb edirlər ki, hər bir fəndə özünü İslamın hökmləri, o cümlədən hicabla uyğunlaşdıran yüksək səviyyəli alim xanımlar ola bilər. Siz tibb sahəsində bu səviyyəyə yüksəlmisiniz. Bu bəziləri üçün inanılmaz idi, təsəvvür edə bilmirdilər. Tağut rejimi dövründə hicabı ələ salanların təlxək və veyil əməlləri ilə işimiz yoxdur. O zaman universitetlərdə hicabını qoruyan azsaylı xanım və qızlar məsxərə olunur, ələ salınırdı. Bu, qeyri-insani və yanlışdır ki, insan qəbul etmədiyi bir işi ələ salsın. Bu gün Qərb mediası eynilə bu işi görür. İndi belə ünsürlərdən danışmırıq. Lakin yelbeyin olmayan düşüncə və məntiq adamları, yerində danışan və yerində fikirləşən insanlar inanmırdılar ki, qadın İslam məsələlərinə, o cümlədən hicaba etiqad bəsləsin və eyni zamanda elmi dərəcələr alsın, alim olsun. Belə bir qadının siyasi və ictimai xadim olmasına da inanmırdılar, fəal inqilabçı olmasına da. İnqilab isə bu batil düşüncələrin hamısını darmadağın etdi. İnqilabda qadınlar ön xəttin əsgərləri idilər. Bu, sözün həqiqi mənasında belə idi, mən şişirtmirəm. Biz inqilabın gedişində qadının inqilabın ön xəttinin əsgəri olduğunu gördük. Əgər qadınlar inqilaba razı olmasaydılar, onu qəbul etməsəydilər, əmin olun ki, qələbə çalmazdı. Mən belə düşünürəm. Əvvəla onlar olmasaydılar, inqilabçıların yarısı meydanda olmayacaqdı. İkincisi isə, evdə övladları, həyat yoldaşları, qardaşları və ev adamları üzərində böyük təsirlərini nəzərə alaraq deyə bilərik ki, bu baş tutmazdı. Düşmənin fəqərə sütununu sındıran və mübarizəni sözün həqiqi mənasında sona qədər davam etdirən onların iştirakı idi. Sonra biz siyasi təhlil qabiliyyəti, nitq bacarığı və İslam quruluşunda məsuliyyət qəbul etməyə hazırlığı olan qadınları gördük və görürük. Bu, əlbəttə ki, artmaqdadır.372
İslam, inqilab və imam qadını bu ölkənin siyasi fəaliyyətlərinin mərkəzinə apardı, inqilabın bayrağını qadınlara tapşırdı, eyni zamanda qadın da öz hicabını, vüqarını, İslam mətanətini, iffətini, dinini və təqvasını qoruya bildi. Odur ki, iranlı və müsəlman qadının boynunda heç kimin bundan böyük haqqı yoxdur.373
Bizim hicab üzərində bu qədər təkid göstərməyimiz ondan ötrüdür ki, hicabı qorumaq qadının öz uca mənəvi məqamına çatmasına və qarşısında yaradılmış çox təhlükəli uçurumlara yuvarlanmamasına kömək edir. Bu mədəniyyətin tam əksi bugünkü Avropaya hakim olan Roma mədəniyyətidir. O, iki-üç məsələdən başqa hər şeylə razılaşır. Onların biri və bəlkə də ən əhəmiyyətlisi qadın və kişi arasında qanun-qaydalı münasibətin qorunması, başqa sözlə desək, Qərbdə cinsi azadlıq adlandırılan məsələnin əksi olan dözümlülükdür. Onlar buna qarşı çox kəskin mövqe seçirlər, başqa məsələlər önəmli deyil. Onlara görə bu amil üzərində dayanan şəxs mürtəcedir, bir ölkədə müəyyən qaydalarla qadınla kişi arasında pərdənin olması mədəniyyətə ziddir! Doğru deyirlər. Onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurduqları mədəniyyət bundan başqa bir şey deyil; dəyər baxımından yanlış, əksi isə düzgündür. Odur ki, biz qədim zamanlardan indiyə qədər qadını bu qədər təhqirə məruz qoyan Qərb dünyasına qarşı tələbkarıq.374
İslam nəinki qadınların işləməsi ilə müvafiqdir, hətta onun əsas peşəsi olan övlad tərbiyəsi və ailəni qorumaqla ziddiyyət təşkil etməsə, lazım da bilir. Bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bu iş qadının mənəvi və insani hörməti, dəyəri ilə ziddiyyətdə olmamalı, qadını aşağılamamalı, onu kiçilməyə vadar etməməlidir. Təkəbbürlülük hər bir halda qəbahət sayılır, qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü isə belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!”375 Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadın belə olmalıdır. Siz görün müsəlman qadın öz fitrətinə və əsl mahiyyətinə qayıtdıqda necə böyük möcüzə baş verir! Bu, Allahın lütfü ilə bizim İslam inqilabımızda və quruluşumuzda müşahidə olunub və bu gün də olunur.

Bu gün şəhid analarından gördüyümüz qüdrət və əzəməti biz harada qadınlardan görmüşdük?! Biz gənc qadınların müharibə dövründə gördüyümüz fədakarlığını harada görmüşdük?! Onlar sevimli həyat yoldaşlarını cəbhələrə göndərir və arxayınlıqla vuruşmaları üçün öz iffətlərini və onların əmanətlərini qoruyurdular.

İnqilab dövründə bizim inqilabçı qadınlarımızın simasında meydana çıxan və bu gün də Allahın lütfü ilə görünən bu amil İslamın əzəmətindəndir. Kimlərsə təbliğat aparmağa qalxmasınlar ki, qadınların hicab, iffət, evdarlıq və övlad tərbiyəsi ilə elm öyrənməsi mümkün deyil. Allaha şükür olsun ki, cəmiyyətimizdə müxtəlif sahələrdə alim qadınlarımız var. Çalışqan, istedadlı, dəyərli tələbələrimizin və müxtəlif fənlər üzrə yüksək səviyyəli məzunlarımızın böyük bir qismi qadınlardan ibarətdir.

Bu gün İslam Respublikasında qadınlarımız həm iffət və ismətlərini, qadın paklıqlarını qoruyurlar, həm hicaba tam riayət edirlər, həm İslamın dediyi formada övlad tərbiyə edirlər, həyat yoldaşlarına baxırlar, həm də elmi və siyasi sahələrdə fəaliyyət göstərirlər.376



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin