Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Üçüncü hissə: İslam mədəniyyətinin təbliğində və mədəni hücuma qarşı mübarizədə elm hövzələrinin və din alimlərinin vəzifələri



Yüklə 416,28 Kb.
səhifə41/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   37   38   39   40   41   42   43   44   ...   73
Üçüncü hissə: İslam mədəniyyətinin təbliğində və mədəni hücuma qarşı mübarizədə elm hövzələrinin və din alimlərinin vəzifələri

1- İslamı müasir dünya üçün hərtərəfli izah etmək

Elm hövzəsi dini elm mərkəzi olaraq İslam qanunlarını, İslamın dəyər sistemini və ümumi əxlaqı istədiyimiz, heç bir problemsiz və şəriətin qəti məsələlərinə əsaslanmış şəkildə tənzimini hələ üzərinə götürməmiş və İslam həyatına dair örnək təqdim etməmişdir. Daim bizə deyirlər ki, nümunəvi İslam həyatını təsvir edin. Bu iş harada görülməlidir? Bu, hövzənin işidir. Hövzənin çoxlu tədqiqat mərkəzləri olmalı və bütün sahələrdə bir istehsal müəssisəsi kimi daim çalışıb məhsul verməlidir. Hökumətin qarşısına hər hansı məsələdə sual çıxsa, hövzədən şəriətə və qanuna əsasən tam cavab almalıdır. Məsələn, torpaq, musiqi, yaxud daha geniş olan iqtisadi sistem, xarici əlaqələr, digər xalqlarla münasibətlər, ölkənin valyuta məsələləri, hökumət məmurlarının dəyərləndirilməsi və həmişə hər bir orqanın əsas baxımından üzləşdiyi yüzlərlə belə məsələ haqda sual yaranır ki, biz nəyin əsasında qanun qəbul etməliyik? Biz idarə qaydalarını nəyə əsasən tənzim etməliyik? Biz hansı əsasla çalışmalıyıq ki, kim bir sualla üzləşsə, bu suala cavab verəcək bir mərkəzin olduğunu bilsin? Bu, ideoloji bir tədqiqat mərkəzi deməkdir - Qum Elm Hövzəsinin ideoloqlar mərkəzi. İdeal hövzə belə bir şeydir. Qeyd etdiyim kimi, indəyədək hövzə bu rolu birbaşa üzərinə götürməyib. Böyük imamımız bu ölkədə hər şeyin əsası rolunu oynadı və bu faydaların hamısında əsas səbəbkar oldu. Onun özü və digərləri hövzənin məzunları olsalar da, bu iş dolayısı ilə hövzəyə qayıdır. Hövzə bu məsələlərlə birbaşa məşğul olmalıdır.388


İnqilab dövrünün vəziyyəti və İslam ölkəsinin sərhədləri xaricində İslama günbəgün artan diqqət səbəbindən din alimləri din bilgilərinin tükənməz ehtiyatından istifadə edərək tamamilə yeni baxışla, canlı və dinamik ictihadla və klassik fiqh metodikası ilə İslam cəmiyyətinin inkişafına yol açmalıdırlar. Elm hövzələri əsaslı dəyişikliklə özlərini dünyanın bugünkü ehtiyacına uyğunlaşdırmalı, yeniliyi öz proqramlarına istiqamət seçməli, lazımi vaxt qoymaqla, fəqihliyin prinsip və əsaslarını qabartmaqla yanlış və eklektik fikirlərin yolunu bağlamalıdırlar.389
Dünyanın yeni siyasi vəziyyətinə əsasən, İslamı həyata keçirdiyinə iddialı bir yer və İslamın mərkəzi kimi, İslam Respublikasının daxildə və xaricdə yaranan bütün bu ehtiyac və suallar qarşısında təqdim etməyə nəyi var? Bütün bu aclıqlar qarşısında hansı qidanı hazırlayıb? Sözsüz ki, bizim təqdim etməyə çox şeyimiz var. Biz bu xammalı, yataqlardan çıxan qızılı - yəni əlimizdə olan Quran ayələrini və hədisləri dünyaya versək, çox dəyərli olar. Bizdə bunlardan az deyil. Lakin söhbət bundan gedir ki, İslam fəqihlərinin minillik təcrübələrinə - fəqihlərin bəzi tədqiqatları zəriflik və dərinlik baxımından həqiqətən heyrətamizdir - və həmçinin İslam, xüsusən də Şiə fiqhinin zənginliyinə əsasən, bizdən hər bir məsələyə dair hansı cavabımızın olduğunu soruşsalar, heç birimiz cavab verə bilməyəcəyik. Yəni bu gün mövcud olan ehtiyac və suallara hazır cavabımız və bazarda xərcləməli xırda pulumuz yoxdur. Nə üçün?

Bizim ixtiyarımızda böyük, zəngin və əksərən qiymətli mədənlər var, amma bazarda xərcləməli, ona-buna verməli pulumuz yoxdur. Mənim sözüm budur. Kim bu işləri görmək istəyir?



Başqa bir sual budur ki, elm hövzələrinin mövcud vəziyyəti bu ehtiyaclara cavab vermək üçün kifayət edirmi? Cavab budur ki, kifayət etmir. Odur ki, bu suallara cavab hazırlamaq üçün elm hövzələrinin güclü fundamentindən, potensialından, böyük elmi və mənəvi imkanlarından vasitələr istehsal etmək və boşluqları aradan qaldıracaq insanlar yetişdmək lazımdır.390
Elm hövzəsi böyük bir istehsal qurumu və insani zavoddur, daim istehsal etməlidir: kitab, insan, alim, dindar, düşüncə və yeni söz istehsal etməlidir. Yeni söz bitməmişdir. Bizim böyüklərimiz deyirlər ki, nə zaman Qurana müraciət edir və üzərində fikirləşiriksə, əvvəllər dərk etmədiyimizi dərk edirik. Çox gözəl, bu, yeni sözdür. Bəziləri deməsinlər ki, nə qədər yeni söz varsa, hamısı dindədir, daha hansı yeni söz istəyirsiniz?! Bəli, biz həmin dini düzgün tanımamışıq. Biz dinin yeni sözlərini çıxarmalıyıq: "Yarın zülfü haqda bir ömür danışmaq olar". Belə deyil ki, dinin bütün sözləri mənim və sizin minbərlərdə, elmi kitablarda, təbliğatda və risaləmizdə dediyimiz üç-dörd kəlmə sözdür. Xeyr, bunlardan çoxdur. Siz irəliləyin, Allah sizə yeni söz anladacaq. Bu qədər yeni söz var. Elmi məsələlərdə də yolun bağlı olduğunu demirik. Bütün fəqihlərin əsrlərdir incələdiyi bir məsələdə müctəhid olan siz yeni bir söz tapırsınız; yəni buna ümidiniz var. Siz daha icma məsələlərini - bütün fəqihlərin qəbul etməsi mənasında olan icmanı nəzərdə tuturam, höccət və mötəbər icmanı yox - mütaliə etmirsiniz, deyirsiniz ki, bunları deyiblər. Xeyr, axtarın, bəlkə deyilənlərdən əlavə nəsə tapdınız. Siz hermenevtik mövzularda yeni söz tapmaq məqsədi ilə düşünür, araşdırırsınız, halbuki dinin ümumi mövzularında və geniş mənada olan fiqhdə də belə sözlər çoxdur. Bizim bilmədiyimiz çoxlu məsələlər var. Biz iqtisadi, hərbi məsələləri, xarici siyasətə dair məsələləri və əxlaq münasibətlərimizi dindən öyrənməliyik. Burada komplimentə ehtiyac yoxdur, biz bir çox fərdi məsələlərimizə yenidən baxmalıyıq. 391
Bizim çox güclü və əsaslı fiqh üslubumuz var. Bu üsluba fəqahət deyirik. Hökmləri əsaslandırmanın, ilahi hökm və təlimlərin tədqiqat metodunun, hökmləri kitab və sünnədən necə və hansı qaydalarla anlama yolunun adı fəqahətdir. Bu çox səlis bir metoddur. Bizim əlimizdə olan zəngin qaynaqlar - Quran, sünnə və keçmiş alimlərin elmi nailiyyətləri sözügedən metodla və bəlli qaydalarla yolunu azmış bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək xammaldır. Bu gün bizim bu metoddan əlverişli istifadə etməyə çox ehtiyacımız var. Təbii ki, yüksək elmi bacarığı olanlar bu metodu təkmilləşdirməlidirlər. Təkmilləşməsi mümkün olmayan heç bir şey yoxdur. Bu dünyada hər şey təkamülə doğru gedir. Hətta müqəddəs məsumlar da günbəgün kamilləşirdilər. Bizim üçün təsəvvürolunmaz əzəmətə malik olan və böyüklük baxımından dərk edə bilməyəcəyimiz şəkildə bir günəşə bənzəyən müqəddəs məsumların bu günləri dünənlərindən daha kamil olur. Görürsünüz ki, bütün mərhələlərdə, hər şeydə və hər bir metodda təkamül var.

Hər halda, fəqahət metodunu təkmilləşdirək, sonra isə kitab və sünnəni açıb bu metodla onlardan istifadə edək.

Qardaşlar! Çoxlu görülməmiş işlər və cavabsız suallar var. Bu inqilabın qələbə çaldığı zamandan haraya getdiksə və kim buraya gəldisə, bizə "Siz nə deyirsiniz? Bu haqda sizin fikriniz nədir?" – dedilər.

Bu gün dünyada müxtəlif sahələrdə, zehni və ictimai məsələlərdə, tarix və iqtisadiyyatda müxtəlif düşüncə, fikir və fəlsəfələr var. Arabir dünyada bir nəfər meydana çıxıb bir kitab yazır, sonra da kitabını tərcümə və təbliğ edirlər. Biz nə etməliyik? Burada Feyziyyə mədrəsəsində, Qum hövzəsində, yaxud filan şəhərdə məscidimizdə oturub gözləməliyik ki, xaricdən hansı fikir gələcək, onun harasında dini məsələlərə dair bir işarə, yaxud təhrif olacaq və ondan sonra həmin təhrifi düzəltməyə çalışacağıq?! Bu düzgündür?! Yəni kimlərsə onu oxuyandan, başa salandan, biri də peyda olub tərcümə edəndən və uzun müddət ötəndən sonra o tərcümə mən ruhaninin əlinə çatsın, hələ indi bilim ki, bəli, 10, 20 və ya 40 il öncə Avropada bir alim, mütəfəkkir, filosof və ya fəlsəfəpərdaz mənim filan əqidəmə hücum edib və mən ona cavab verməliyəm?! Bu, düzgün üsuldur?! Hövzə dünyanın elmi hadisələrinin içində olmalıdır. Bu gün siz bilməlisiniz ki, misal üçün, sosiologiyada dünyada hansı nəzəriyyə və fikirlər var, hansı düşüncələr irəli sürülür. Bəzən bu fikirlərdə yaxşı məqamlar olur, onları götürün; xoşagəlməz nöqtələr də var, onlar gəlməzdən öncə münasib müdafiəni hazırlayıb cəmiyyətin zehnini vaksinləyin. Gələndən, bir qrup oxuyandan və tərəfdarına çevriləndən sonra deməyək ki, bəli, filankəs filan məsələ barədə belə deyib və bu söz filan-filan dəlillərə görə düzgün deyil. Bu, mübarizə yolu deyil. Deməli, tədqiqat, araşdırma, dünya həqiqətlərindən, bilgilərindən və elmi vəziyyətindən xəbərdar olmaq elm hövzəsinə zəruri işlərdəndir. Elm hövzəsi dünyanın elmi hadisə və yeniliklərindən kənarda qalmamalı, onların içində olmalıdır. Əlbəttə, bu o demək deyil ki, sabah Qumdakı tələbələrin hər biri desin: "Çox gözəl. Biz dünyanın elmi hadisələrinin içində olmaq istəyirik, deməli, dərslərimizi kənara qoyaq, əvvəlcə bir qədər xarici dil öyrənək, sonra gələrik". Xeyr! Hövzə belə olmalıdır, tələbələrin hər biri yox. Ümumilikdə hövzə dünyanın elm və düşüncə cərəyanlarından ayrı düşmüş bir hovuz kimi olmamalıdır; bəzi axınların töküldüyü və bəzi axınların ayrıldığı əzəmətli bir dərya olmalıdır; bəzi düşüncələr ona daxil olmalı və bəzi düşüncələr ondan xaric olmalıdır. Siz dünyanı doyurmalısınız. Hövzə kənarda qala bilməz. Bunlar Qum Elm hövzəsi barədə bizi düşündürən məsələlərdir.392


Həyatın bütün sahələrində İslam qanunlarını həyata keçirməyə iddialı bir İslam quruluşu yaratmaq elm hövzələrinin üzərinə müstəsna və analoqsuz bir vəzifə qoyur. Bu vəzifə bütün fiqh mövzularını araşdırmaq, İslam quruluşunun hər bir idarəsinə lazım olan İslam qanunlarını yazmaqdır. İslam fiqhi bütün genişiliyinə, mürəkkəbliyinə və rəngarəngliyinə rəğmən, fərdin və cəmiyyətin idarəsini üzərinə götürəndə yeni mövzular və xüsusi forma kəsb edir. Bu, ehtiyaclı olduğu qanun və istiqamətlər baxımından İslam quruluşunu təmin etdiyi kimi, fiqh hövzəsinə də universallıq və zənginlik bəxş edir. Siyasi fiqhlə məşğul olmaq, bir hökumətin bütün sahələrinə dair ilahi hökmləri əldə etmək və bütün fiqh hökmlərinə siyasi baxışla nəzər salmaq - yəni nümunəvi cəmiyyət və gözəl İslam həyatı qurmaqda hər bir hökmü nəzərə almaq bu gün İslam fiqhi mərkəzində ən vacib işlərdən biridir. Hövzənin elmi səviyyəsi bunu təmin etməyə ümid verir.393
Hövzə tələbələri dövrlərinin bilgiləri ilə tanış olmalı və günün elmlərini öyrənməlidirlər. Əlbəttə, bu o demək deyil ki, onlar öz dərslərini buraxmalıdırlar. Əslində hövzə proqramları əhatəli olmalıdır. Sonuncu məqam budur ki, hövzə tələbələri təbliğat məsələsində həmişə quruluşun könüllüləri olmuşlar. Allaha şükür ki, quruluşa, məmurlara, hökumətə və bütün vücudu ilə xidmət göstərən qüvvələrə kömək etmək hissi hövzə tələbələrində həmişə olmuşdur və indi də olmalıdır.394

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin