BiRİNCİ HİSSƏ


EKSPERT QİYMƏTLƏNDİRMƏSİ METODU



Yüklə 454,05 Kb.
səhifə41/49
tarix16.05.2023
ölçüsü454,05 Kb.
#114538
1   ...   37   38   39   40   41   42   43   44   ...   49
referat 905

EKSPERT QİYMƏTLƏNDİRMƏSİ METODU
14.1. Ekspert qiymətləndirməsi metodunun mahiyyəti
Ekspert qiymətləndirməsi metodu sosioloji məlumatların ekspert sorğusu keçirmək yolu ilə alınmasından ibarətdir. Bu metodun mahiyyətini ekspertlər tərəfindən problemin, onu kəmiyyət və ya keyfiyyət etibarı ilə qiymətləndirərək təhlili və nəticələrin formal işlənməsi təşkil edir. Müasir ekspert qiymətləndirməsi metodunun onu ənənəvi, yaxşı məlum olan ekspertizadan fərqləndirən əsas xüsusiyyətləri bunlardır: ekspert sorğusunun bütün mərhələlərinin keçirilməsinin elmi əsaslar üzərində təşkil olunması (bu onun maksimal dərəcədə səmərəli olmasını təmin edir) və onun həm təşkilində, həm də ekspert rəylərinin qiymətləndirilməsində kəmiyyət metodlarının tətbiqi.
Ekspertiza keçirmək sahəsində toplanmış metodik təcrübə göstərir ki, ekspert qiymətləndirməsi metodunun sosial, siyasi, iqtisadi sahələrdə formalaşdırılmayan bir çox problemləri həll etmək üçün, sosial-iqtisadi inkişafın yönəldiyi məqsədlərin müəyyənləşdirilməsi üçün (burada həmin metod yeganə mümkün olan metoddur) tətbiq edilməsi daha çox səmərəlidir. Ekspert qiymətləndirməsi metodunun idarəetmədə istifadə olunması xüsusi əhəmiyyətə malikdir. Bu metod həmçinin sosioloji məlumatların etibarlılığını təmin edən vasitə kimi, ayrı-ayrı kateqoriyaların əməliyyatlaşdırılması və s. üçün də tətbiq edilir.
Ekspert qiymətləndirməsi metodunun əsasını ekspert sorğusunun keçirilməsi və sorğunun aparıldığı sahədən olan mütəxəssislərin ekspert rəylərinin alınması təşkil edir. Ekspert qiymətləndirməsi metodunun fərqləndirici xüsusiyyəti işin yüksək ixtisaslı mütəxəssislərlə aparılmasından ibarətdir. Buna görə də kütləvi sorğuların aparılmasında tətbiq olunan metodoloji və texniki üsulların bir çoxu ekspert rəylərinin alınması üçün qeyri-məqbuldur. Ekspert, adətən, tədqiqatın məqsəd və vəzifələrindən xəbəri olan iştirakçı kimi çıxış edir, bu isə sorğu keçirilərkən sual-qurğulardan, proyektiv texnikadan və s. istifadə olunmasını səmərəsiz edir.
Ekspert qiymətləndirməsi metodunun əsas mərhələləri bunlardır:

  1. ekspertlərin seçilməsi;

  2. sorğu keçirmə metodikasının hazırlanması və alınmış məlumatların işlənməsi metodunun seçilməsi;

  3. ekspertlərin sorğusunun təşkili və bilavasitə keçirilməsi;

  4. tədqiqat nəticələrinin işlənməsi və lazımi şəklə salınması.

Ekspertlərin sorğudan keçirilməsində ekspertlər qrupunun, yəni ekspertizanın obyekti ilə bilavasitə bağlı sahədə xüsusi bilik və təcrübəsi olan səriştəli adamlardan ibarət qrupun seçilməsi xüsusi əhəmiyyətə malikdir. Ekspertlərin səriştəliliyi dərəcəsinin göstəricilərinə onların tutduğu vəzifə, elmi dərəcə və ad, müəyyən fəaliyyət sahəsində elmi və əməli iş stajı aiddir. Ekspertlərin prinsipiallıq, obyektivlik, problemin təhlilinə birtərəfli yanaşmaq bacarığı kimi keyfiyyətlərə malik olmaları çox vacibdir. Ekspertlər qrupu üçün mütəxəssislər seçkisinin aşağıdakı növləri mövcuddur:

  1. sənədli (sosial-demoqrafik məlumatlar əsasında);

  2. eksperimental (test tətbiq etməklə, ekspertlərin əvvəlki ekspert fəaliyyətinin səmərəliliyinin yoxlanması əsasında);

  3. səsvermə (attestasiya əsasında);

  4. özünə qiymət vermə (ekspertiza sahəsində öz səriştəlilik dərəcəsinin qiymətləndirilməsi əsasında.

Ekspert qrupu üzvlərinin sayını müəyyənləşdirərkən konkret ekspertizanın, onun nəticələrinin işlənməsində istifadə olunan texnikanın özünəməxsusluğundan, statistik üsulların tətbiqi imkanlarından çıxış etmək lazımdır.
Ekspert sorğuları müxtəlif üsulların uzlaşdırılmasına əsaslanır. Onlar əyani (ekspertlər arasında fikir mübadiləsi şəxsi əlaqələr vasitəsilə yerinə yetirilir) və qiyabi (ekspertlərin sorğusu qarşılıqlı anonimlik şəraitində yerinə yetirilir) olur. Ekspert qiymətləndirməsi metodunun əsas növləri bunlardır: adi ranjirovka metodu, yük əmsallarının göstərilməsi metodu, qoşa müqayisə metodu və ardıcıl müqayisə metodu.
Təşkilati və iqtisadi cəhətdən ən sadə üsul birdəfəlik anonim sorğunun keçirilməsindən ibarətdir və bunun əsasını ekspertlərin anket sorğusu yolu ilə ekspert rəylərinin alınması təşkil edir. Rəylərin kollektiv müzakirəsini və yeni ideyaların irəli sürülməsini nəzərdə tutan destruktiv əlaqələndirilmiş qiymətləndirmə üsulu da geniş yayılmışdır. Ekspertiza obyekti qlobal fənlərarası səciyyə daşımaqla bu metod daha səmərəli olur.
"Ekspert qiymətləndirməsi metodunun digər bir variantını da göstərmək olar ki, bu ekspertlərin 3-4 mərhələli qiyabi sorğusunun keçirilməsini nəzərdə tutan “delfa” metodudur. Sorğu gedişində ikinci və sonrakı mərhələlərdə ekspertləri sorğunun əvvəlki mərhələlərindəki nəticələri ilə tanış edirlər. Bu metodun mühüm xüsusiyyəti ekspert qiymətlərinin ən az dağınıqlıqla alınmasından ibarətdir. Onu sosial proqnozlaşdırmada tətbiq edilməsi daha məqsədəuyğundur.
Ekspertizaya səriştəli mütəxəssislərin cəlb edilməsi, tədqiqatı, müxtəlif aspektlər üzrə uzlaşdırılmış ekspert rəylərinin alınması, sorğu nəticələrinin analitik və oyun modellərinin qurulmasında istifadə olunması, ekspert qiymətləndirilməsi metodunu nüfuzlu və perspektivli edir. Ekspert sorğusu gedişində peşəkar mütəxəssislərin bir neçə saat və hətta dəqiqə ərzində görəcəyi vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş modelləşdirici proqramların yaradılması xüsusi ilə perspektivlidir.

Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin