BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə10/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

VARLIQLARIN TƏSİRİ


Dünyanın qayda-qanunlarından biri varlıqların bir-birinə təsir göstərməsi və təsirlənməsidir. Yəni bir sıra amillər bir varlığın müəyyən formaya düşməsinə təsir göstərir və o həmin amildən təsirlənir. Buna torpaq, günəş və su vasitəsilə bir ədəd toxumun bitki olmasını misal göstərmək olar. Belə ki, bitkinin dəyişməsi bu üç amilin necəliyinə bağlıdır.

Başqa bir misal: Fizioloji və bioloji xüsusiyyətlər uşağın cisminə birbaşa təsir göstərir. Belə ki, valideynin ruhi xüsusiyyətləri rüşeymə öz təsirini göstərir. Şəriətə uyğun olmayan yolla nütfənin bağlanmasında, eləcə də, belə bir övladın dünyaya gəlişində anaya hakim ruhiyyə səbəbindən, günahdan dünyaya gələn uşağın günaha meyli daha güclü olur. Bu, maddi aləmə uyğun qayda-qanunlardan təsirlənir. Bir sıra səbəb və amillər varlığa öz təsirini göstərir və həmin varlıq bu səbəb və amillərdən təsirlənir.

Yer üzündəki varlıqlar içərisində insan özünəməxsus xüsusiyyətə və formaya malikdir. Bu da, insanın həqiqi tərkibindən – cism və ruhdan aslıdır. İnsanın quruluşu elə tənzimlənmişdir ki, bu dünyada bir sıra səbəb və amillər müqabilində müqavimət göstərməyə, onlardan təsirlənməməyə, hətta onların təsirinin qarşısını almağa qadirdir.

İnsan elm, iradə və azadlığa malik olduğu üçün, – maddi və digər amillər nəticəsində birbaşa sıxıntıda olmasından əlavə – müqavimət göstərmək və onların təsiretmə qabiliyyətinin qarşısını almaq qüdrətinə malikdir.



ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN İXTİYARI


Zinadan dünyaya gələn şəxs elm və biliyini artırmaq, doğru yol seçərək ata-anasının yaratdığı cərəyanın əksinə hərəkət etmək gücündədir. Əlbəttə, bu təbii cərəyanla mübarizə aparmaq böyük müqavimət tələb edir və insanın çoxlu çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin Allah-taala həmin çətinliklərə görə, öz istəyinin əksinə hərəkət edib, saleh əməl yerinə yetirən şəxsin savabını iki qat verəcəkdir. Əgər zinadan dünyaya gələn şəxs öz ata-anasının yol verdiyi günahın təsirindən məcburi şəkildə günaha yönəlmişsə, onun cəzalanmasının səbəbi nədir? İlahi cəza və əzab insanın qarşısında yaxşı və pis yol olduqda və insan seçim apara bildikdə həyata keçir. Belə ki, yaxşı yol seçib saleh iş görərsə savab qazanar, yox əgər pis yol seçib günaha yol verərsə, ilahi əzaba düçar olar. Bu məsələ bütün insanlara, hətta zinadan dünyaya gələnlərə aiddir. İlahi cəzanın zinadan dünyaya gələn şəxs barəsində bəyan olunmasının səbəbi budur ki, o, ixtiyar və iradə sahibidir, öz yolunu və taleyini dəyişdirmək qüdrətinə malikdir.

Uşağın şəriətə uyğun gəlməyən çatışmazlıqları maddi aləmə hakim nizamın əksinə olmadığı üçün, ilahi ədalətin ziddinə də deyil. Digər tərəfdən, zinadan dünyaya gələn şəxsin elm, iradə və azadlığa malik olması insana hakim adət-ənənənin tələbinə görədir. Bu da, ilahi ədalətdən sayılır. Həmçinin, zinadan dünyaya gələn şəxs ixtiyar sahibi olduğu və öz yolunu dəyişməyə qadir olduğu halda, onu dəyişmədiyi üçün ilahi ədalət çərçivəsində cəzalanacaqdır.

***
ALLAHIN ƏDALƏTLİ OLMASININ SƏBƏBİ

SUAL 15:


Hansı əsasla Allahı ədalətli bilirik?

Allah-taala ən yüksək ixtiyara, yenilməz qüdrətə malik olduğu və heç bir qüvvənin təsiri altında olmadığı halda, mümkün olan hər işi yerinə yetirmir. O, qadir olduğu hər işi yox, istədiyi işi yerinə yetirir.

Məlum olduğu kimi, Onun istək və iradəsi səbəbsiz, ölçüsüz deyil. O kamal sifətlərinin tələb etdiyi işi görür. Əgər onun kamal sifətləri bir işin baş verməsini tələb etmirsə, həmin iş yerinə yetirilmir. Allah-taala mütləq kamal sahibi olduğundan Onun istəyi məxluqların kamal və xeyridir. Əgər bir məxluqun varlığı dünyada şər işlərin yaranmasına səbəb olursa, onun şər olmasının səbəbi ikinci dərəcəli məqsəddir. Yəni xeyir işlər bir-birindən çox ayrıldığı üçün onun ardınca əksəriyyət təşkil edən xeyir ilahi iradədə gerçəkləşəcək.

Beləliklə, Allahın kamal sifətlərinin tələbinə görə dünya ən çox kamala və xeyrə malik halda yaranmışdır. Bununla da, Allah-taalanın hikmət və müdriklik sifətinə malik olması isbat olunur.

Allahın iradəsi – Onun varlığı xeyir işlərin mənbəyi olduğundan – insanın yaranışını labüd edir. İnsanın əsas üstünlüklərindən biri onun ixtiyar sahibi və iradə azadlığına malik olmasıdır. Şübhəsiz, ixtiyar və (yaxşını pisdən) ayırd etmə qüvvəsinə malik olmaq varlığın kamallarındandır. Ona sahib varlıq ona sahib olmayandan üstün və kamil hesab olunur. Lakin insanın ixtiyar sahibi olduğundan həm yaxşı və saleh əməllər yerinə yetirib, əbədi və son kamala çata bilər, həm də çirkin və bəyənilməyən işlər görüb, əbədi bədbəxtliyə və uçuruma yuvarlana bilər. Əlbəttə, Allahın istəyi insanın təkamülə çatmasıdır. Lakin təkamülə çatmaq insanın ixtiyarına verildiyi üçün onun nəfsani və şeytani istəklərə uyaraq, azğınlığa və inhirafa yuvarlanması da mümkündür. İnsanın öz istək və ixtiyarı ilə belə bir azğınlığa düşməsi də ikinci dərəcəli olaraq ilahi iradə dairəsində qərar tutacaqdır.

Haqqa yönəlmək üçün, xeyir və şər yolları düzgün tanımaq lazımdır. Allah-taala insanı xeyrə və məsləhətli işlərə çağırmış, günaha və azğınlığa səbəb olacaq işlərdən çəkindirmişdir. Belə ki, onun təkamülə doğru hərəkəti üçün zəmin yaransın. Çünki ilahi təkliflər və göstərişlər insanın öz əməllərinin nəticəsinə çatması üçün qərar verilmişdir. Bunun Allah-taalaya heç bir faydası yoxdur. Məhz bu səbəbdən də, Allahın hikməti bu təkliflərin və göstərişlərin insanın qüdrətinə münasib olmasını tələb edir. Çünki itaəti mümkün olmayan təkliflər və göstərişlər yersizdir.

Beləliklə, ədalətin ilk mərhələsinin (təklif məqamındakı ədalətin) dəlili budur ki, əgər Allah-taala öz bəndələrinə onların qüdrəti çatmayan bir vəzifə təyin etsə, onların yerinə yetirilməsi mümkünsüz olacaq və həmin vəzifə yersiz sayılacaq.

İnsanlar arasında hökm edərkən ədaləti gözlədikdə (bu incəliyə diqqət yetirdikdə) bu işin insanların müxtəlif savab və ya cəzalara layiq olmasını müəyyən etmək məqsədilə yerinə yetirilməsi isbat olunur. Belə ki, ədalətin əksinə olarsa, məqsədin də əksinə olar.

Nəhayət, mükafat və cəza verərkən yaradılışın son məqsədinə diqqət yetirməklə ədalət təmin olunur. Belə ki, Allah-taala insanları yaxşı və pis əməllərin nəticələrinə çatmaq üçün yaratmışdır. Əgər tələblərin əksinə mükafat və cəza verilsə, məqsəd həyata keçməz. Beləcə ilahi ədalətin dəlili budur ki, Onun zati sifətləri hikmət və ədalətlə rəftar etməsinə səbəb olur. O, zülmə, haqsızlığa, puç və yersiz işlərə səbəb olacaq heç bir sifətə malik deyil.1

***
İLAHİ ƏDALƏT İNSANIN BAŞINA GƏLƏN MÜSİBƏTLƏR




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin