BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə6/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   2   3   4   5   6   7   8   9   ...   29

SUAL 7:


Kamil iman yəqinlik dərəcələri nədir? Müasir dövrdə bu məqamlara nail olanlar varmı?

KAMİL İMAN VƏ YƏQİNİN (SEYRİ–SÜLUKUN) MƏRHƏLƏLƏRİ


Qeyd etdiyimiz suala cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:

1-Bəndənin Allah dərgahına yüksəlişi (seyri-süluku) üfüqi yox, şaquli bir seyrdir. Şaquli dedikdə, təbii müstəvidə yox, ilahi müstəvidəki məna nəzərdə tutulur. Yəni, üstün məkana yox, üstün məqama nail olmaq.

2-Batində Allaha çatma yollarını müxtəlif dərəcələrə bölmək olar. Bu yolu ötüb-keçənlər öz səfərnamələrini “Seyr-süluk risaləsi” adlandırmışlar.

3-Bu yolu birinci dəfə ötüb-keçənlər ona heç bir ad və əlamət vermir. Onun əlamətlərini özlərində görür, əldə etdiklərini başqaları üçün əlamət kimi qeyd edirlər. Peyğəmbərlər və övliyalar bəşər təlimi görmədən bu yolda qabaqcıllardır. Həmin yolu bəşərdən təlim almadan çətinliklə keçir, bağlı yolları açaraq, onlara əlamət qoyurlar. Ariflər onların şagirdləri sayılır.

4-Yəqinin ən yüksək dərəcəsi ayələr, rəvayətlər və əqli dəlillərə, ariflərin seyr etdikləri mərhələlərə əsasən, sonuncu yox, həmin mərhələlərdən biridir.

Qeyd etdiyimiz məsələlərə diqqət yetirdikdə (bizim məlumatımıza görə) görürük ki, yəqin və ondan yüksək mərhələyə nail olanların sayı çox azdır. Onların kimliyi vəfat etdikdən sonra bəlli olmuşdur. Çünki sirri gizli saxlamaq təkamül yolunun şərtlərindəndir. Müasir dövrün arifləri sırasında Seyyid Əli Qazi, Ənsari Həmədani, Əllamə Təbatəbai, İlahi (Əllamə Təbatəbainin qardaşı), İmam Xomeyni, Şeyx Cavad Məliki Təbrizi, Ayətullah Bəhcətin adını qeyd etmək olar. Onlar yəqin, bəlkə də, daha yüksək dərəcəyə nail olmuşlar.

Cavabın sonunda aşağıdakı hədisi qeyd edir, onun barəsində düşünməyə çağırırıq:

İmam Sadiq (ə) buyurmuşdur: Allah-taala imanı yeddi əsas üzərində qurdu: 1-Ehsan yaxşılıq. 2-Düz danışmaq. 3-Yəqin. 4-Razılıq. 5-Vəfalı olmaq. 6-Elm. 7-Səbir. Sonra onları camaat arasında bölüşdürdü. Bu yeddi qismin hamısına malik olan insan kamil iman mərhələsinə çatmışdır. Böyük Allah bəziləri (yeddi qismdən) bir, bəziləri iki, bəziləri isə üç pay əta etdi. Allah-taala bu minvalla bəzilərinə imanın bütün yeddi qismini bağışladı. İmanın yalnız bir payına malik olan şəxsdən iki payın, iki payına malik olan şəxsdən üç payın vəzifəsini istəməyin... Bu tələblə onların yükünü ağırlaşdırırsınız. Məhz bu səbəbdən , (insanlar) imanın yeddi payını qismini (kamil imanı) tədricən əldə etməlidirlər.”1

***
ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ

SUAL 8:


Allahın zatı haqqında izahat verin

Bəşər cəmiyyəti Allahın gözlə görünməyən zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən, heyrət və sərgərdanlıqdan, azğınlıqdan başqa bir şey qazanmaz.

“Qeybi huviyyət”, “qeybi zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bəzən də (“ünəqa” və “qeybül-qüyub” – “qeyblərin qeybi” kimi) başqa sözlərlə ifadə olunan ilahi zat mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O istər məfhumi, istərsə də xarici nümunə baxımından konkretləşmədən pakdır. Onun nə adı var, nə əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan məhdudlaşır; nə bir konkretləşmə ilə, nə də o konkretləşmə olmadan konkretləşir; hətta mütləqlik və konkretləşmənin olmaması ilə ona şərt qoyulmur. Çünki şərt və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır. Allahın zat məqamı onların hamısından pakdır. Lakin Onun bütün ad və sifətləri zat məqamından təsirlənib, təcəlla məqamında aşkarlanır.

Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər bu barədə fikirləşsələr, heyrət içində qalar, yaxud azğınlığa düşərlər. Nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini , gələcəyini bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.”1



ALLAHIN ZATI HAQQINDA FİKİRLƏŞMƏK


İnsan Allahın zatından başqa hər şeyi dərk edə bilər. Onun zatı hər şeydən üstündür və öz məxluqudur. Hətta “işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür–istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, konkretləşməyən zata neçə işarə etmək olar?

Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”1

Hətta əql və eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyrət və sərgərdan vəziyyətdə qalaraq, heç bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərinə etiraf edəcəklər.

Dua edən “dua”, ibadət edən “ibadət”, zikr edən “zikr”, arif “irfan” məqamında Allahın adları zahir olan zaman Onun həqiqi zatına üz tutur. Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.2




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin