BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə3/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   2   3   4   5   6   7   8   9   ...   29

SUAL 4:


Qurani-kərimin müxtəlif ayələrində bəyan olunan küfr, şirk, nifaq və imanda məqsəd nədir? Hansı amillər onların yaranmasına səbəb olur? Özümüzü tanımaq məqsədilə insanları bu əsas üzərində necə tanıya bilərik? Mən şirk və ikiüzlülüyün bəzi əlamətləri ilə tanışam. Bu əlamətlər məndə də mövcuddur. Buna görə çox narahatam. Onları aradan qaldırmaq üçün mənə yol göstərin!
QURANDA İNSANLARIN QRUPLARA BÖLÜNMƏSİ
Qurani-kərimin ayələrinə diqqət yetirməklə insanları ilahi dinə münasibətdə üç qrupa bölmək olar:

1-Bəziləri dini həm batində, həm də zahirdə qəbul edirlər. Onlar möminlər və təqvalılardır. Baxmayaraq ki, bəzən çarəsizlik üzündən təqiyyə edir, öz batini imanını gizlədir, onu aşkarlamaq üçün heç bir zəminə tapa bilmir və ya çarəsizlik üzündən batini imanının əksinə olaraq kafir olduğunu elan edir.2

2-Bəziləri həm batində, həm də zahirdə Allahın dinini inkar edirlər. Onlar kafirlərdir.

3-Bəziləri yalnız batində kafirdirlər və zahirdə özlərini imanlı göstərirlər.

Bu qruplardan olan insanlar ya zahirdə və batində dini qəbul edib mömin olur, ya batində və zahirdə onu qəbul etməyib kafir olur, ya da onu batində inkar, zahirdə qəbul etməklə münafiq olur. Üçüncü qrupun əksini də (təqiyyəni) fərz etmək olar; insan bu halda zahirdə dini inkar etsə də, onu batində qəbul etmişdir. Bu qrup da möminlər sırasındadır.1

Biz burada Quran ayələrində bəyan olunan bu üç qrup barəsində qısa məlumat verməklə sizi kafirlərin, münafiqlərin və möminlərin əqidələri ilə tanış etməyə çalışacağıq:


1-QURANDA KÜFR
Quran baxımından kafirlərin küfrünün və Allahı inkar etmələrinin əsas səbəbi ya psixoloji çatışmamazlıq, ya da nadanlıqdır.

İmam Məhəmməd Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur: “İnkara səbəb olan hər şey küfrdür.”2 Quran ayələri də bu həqiqəti açıqlamışdır: kafirlərin yəqinliyi yoxdur,3 əql, sübut və məntiqə tabe olmurlar.4 Bir sıra ayələrdə kafirlərin nadanlığı5, bəzi ayələrdə isə şəkk-şübhəyə düçar olmaqları6 onların küfrlərinin əsas səbəbi kimi qeyd olunmuşdur. Bəzi ayələrdə də kafirlər “zənn və gümana” tabe olan qruplardan hesab edilmişdir.1 Lakin Qurani-kərim kafirlərin Allahı inkar etməsində təkəbbür və qüruru ən əsas psixoloji səbəb kimi açıqlamışdır.2

Quran baxımından, kafirlər dəlil və məntiqə tabe olmamaqla yanaşı əlavə, öz müddəalarının isbatı üçün heç bir dəlil də göstərmirlər.3

Qeyd etmək lazımdır ki, Qurani-kərimdə “küfr” sözü “fisq” (günah) mənasında da işlədilmişdir.4 Belə ki inkar bəzən əməl məqamında da küfr adlanır.5 Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quran baxımından kafirlərin Allahı inkar etməsinin əsas amili onların məadı inkar etməsidir. Bu da nübüvvəti, vəhyi və dini inkar etməklə nəticələnir.6 Quran ayələrinə əsasən, küfr həm güclənən, həm də zəifləyən sifətlərdəndir. Onun hər bir mərtəbəsinin xüsusi təsiri vardır.7

İmam Sadiq (ə) maraqlı bir rəvayətdə, Quran baxımından küfrün beş qismdən ibarət olduğunu bildirmişdir:

1. Allahın rübubiyyətini inkar etmək: İmam Sadiq (ə)-ın buyurduğuna əsasən, Allahı, behişti və cəhənnəmi qəbul etməyən bu qrup insan gümana tabedir. Allah-taala onları qorxutmağı faydasız hesab etmişdir.1

2. Həqiqəti bilə-bilə inkar etmək: Bu qism küfrün mənası insanın haqqı və həqiqəti tanıdığı halda onu inkar etməsidir. Aşağıdakı ayələrdə bu mənada küfrə işarə edilmişdir:

-----------------SƏh. 33

Qəlbləri (möcüzələrimizin) həqiqiliyinə yəqin etdikləri halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.”2

------------------

Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran ) göndərildiyi zaman (onu qəbul etmədilər.) Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün (“Tövratda adı çəkilən sonuncu peyğəmbər gəlib bizə yardım edəydi” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin!”3

3. İlahi nemətləri inkar etmək: Qurani-kərimdə buyurulur:

-------------------

(Süleyman) Taxtın onun yanında hazır olduğunu gördükdə dedi: “Bu, Rəbbimin lütf və mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız öz xeyrinə şükür edər; kim nankor olsa (ilahi nemətə şükür etməsə), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil və kərəm sahibidir!”1

4. Allahın əmrlərini tərk etmək: Bu barədə buyurulur:

------------------

Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayan!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz. (Ey yəhudilər!) Siz elə insanlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından çıxarırsınız. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?”2 Onların küfr və inkarlarının səbəbi Allah-taalanın əmrlərini tərk etmələri idi.

5.Üz çevirmək: Bu məsələ ilə əlaqədar Qurani-kərimdə buyurulur:

------------------

Biz sizi inkar edirik (Üz çeviririk). Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişəlik ədavət nifrət olacaq.”3

Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Quranda «küfr» bir mənada işlədilməmişdir. Bu mövzuda əlavə məlumat vermək məqsədilə aşağadakı incəliklərə diqqət yetiririk:

1-Qurani-kərimdə kafirlərin doğru yola yönəlməmələri ilə əlaqədar “xətəmə”4 (möhür vurmuşdur), “təbəə”5 (möhür vurmuşdur), “sərəfə”1 (döndərmişdir), “ğulfun”2 (örtülü və pərdəlidir), “ranə”3 (qələbə çalmışdır), “əqfalun” (kilidlər vurulmuşdur),4 “nuqəllibu”5 (tərsinə çevirərik), “qəsavət”6 və “mərəz” (xəstəlik)7 kimi ifadələr işlədilmişdir.

2-Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quranda qeyd olunan Əlləzinə kəfəru (kafir olan şəxslər) ifadəsində besətin əvvəllərində yaşayan Qüreyş kafirlərinin böyükləri ola bilər. Çünki bəzi hallarda – kafirləri qorxutmağın faydasız olması barəsində söhbətdə doğru yola yönəlməmək bütün kafirlərə aid edilərsə, onda hidayət qapısı qeyri-müsəlmanların üzünə bağlanar. Bu da Qurani-kərimin nazilolma hikməti və ayələrin zahiri ilə uyğun gəlmir.8

3-Quran baxımından, kafirlər fitrət sərmayəsini məhv etməklə iman adlı müvəffəqiyyətə nail ola bilmədilər.1

4-Kafirlər mürəkkəb (qatı) nadanlığa düçar olduqları üçün özlərini haqq bilirdilər. Lakin Qurani-kərim onların xata bataqlığında qərq olduqlarını açıqlayır.2 Onların işi susuz adamın düzənlikdə, sakit və aydın havada uzaqdan su kimi gördüyü ilğıma bənzəyir. Belə ki o həmin yerə çatdıqda, orada bulaq olmadığını görür.3

5-Məsumlardan nəql olunmuş rəvayətlərdə qəflət, şəkk-şübhə və günah küfrün əsaslarından sayılmışdır.4 Həmçinin, bu həqiqətə də işarə olunmuşdur ki, kafirlər nadan ikən sakit qalıb düşünsəydilər, inkar etməz, kafir olub doğru yoldan azmazdılar.5

Nəticə: Quranda küfr ifadəsi müxtəlif mənalarda işlədilmişdir. Onun bir mənası Allah-taalanı və dini məsələləri inkar etməkdir. Bu mövzuların inkarının əsas səbəbi həm mərifətin olmaması (cahillik, şəkk və zənn) həm də psixoloji çatışmamazlıqdır. (təkəbbür, qürur)
2-QURANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)
İmam Sadiq (ə) buyurmuşdur: “Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”6

Ümumiyyətlə, Quran baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də etiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:

1-Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir.1

2-Allahı başqa bir varlığa bənzətmək və oxşatmaq nadanlıqdan irəli gəlir; çünki Allaha şərik qoşub, Onu başqa bir varlığa bənzətmək elm və əqidəyə uyğun gəlmir.2 Bu səbəbdən də, Quran bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır.3

3-Şirkdə elmə yol yoxdur. Yəni şirk məlum ola bilməz, çünki zatən “yoxluqdur” (mövcud deyildir). Zatən “yox” olan (mövcud olmayan) hər hansı bir şeyə elm aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan (yox olan) şeylərə aid edilməsi qeyri-mümkündür. Allah-taala “Loğman” surəsinin 15-ci ayəsində buyurur: Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə.”4

4-Quranın bəzi ayələrində “şəkk” də Allaha şərik qoşmaq amillərindən hesab edilmişdir.5

5-Bir sıra ayələrdə müşriklərin mürəkkəb (qatı) nadanlıq içində olduğu da açıqlanmışdır; yəni nadan olduqları halda həqiqəti bildiklərini güman edirlər.6

6-Bəzi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:

a) Allaha münasibətdə – Allahın bənzəri, oxşarı və tayı-bərabəri olub-olmamasında nadanlıq.

b) İnsanın məqamı – Allahın bütün məxluqlarından üstün olması – barəsində nadanlığı.

c) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması barəsində nadanlıq.1

7-Qurani-kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:



a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi: Allah-taala müxtəlif ayələrdə bu müddəanı rədd edir.2

b) Kainatın idarə olunmasının kiçik tanrıların öhdəsinə qoyulması: Bunun da puç və rədd olması ilə əlaqədar bir neçə ayə nazil olmuşdur.3

8-Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, öz müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər.4

9-Quran nöqteyi-nəzərindən Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki Allaha şərik qoşmaqla ən mühüm haqq və ədalət (tovhidi ədalət) aradan qalxır.

10-Qurani-kərimin bəzi ayələrində müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilmişdir.

11-Müşriklərin Allaha şərik qoşmasında mərifətşünaslıqla bağlı amillərdən əlavə, psixoloji amillər var. Həsəd,1 günah,2 eləcə də Allah, peyğəmbər və dinlə düşmənçilik3... buna misal ola bilər.

12-Quran ayələrinə əsasən, “tovhid” yarpaqları və budaqları əxlaq və ibadətdən ibarət pak ağac, “şirk” isə kökü cəhənnəmdə, od yaradan, yarpaqları və budaqları günah olan çirkin bir ağaca bənzəyir. “Şirk” adlı bu çirkin ağac cəhənnəmdən baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Məhz bu səbəbdən deyirlər: Günah edən şəxsin tovhidə və Allahın birliyinə xalis inanması qeyri-mümkün olduğu kimi, Allaha itaət edən şəxsin müşrik olması da mümkün deyildir. Rəvayətlərdə buyurulur: “Mömin şəxs (heç vaxt) zina və oğurluq etməz.”4

13-Quran ayələri baxımından, şirkin xarici nümunələri Allahı yaddan çıxarmağa və namazın tərkinə zəmin yaradır.5 Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır.6

14-Bir nöqteyi-nəzərdən Quran ayələrində şirk iki növdür: 1-İtaətdə şirk. 2-İbadətdə şirk. İbadətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına ibadət etməsidir. İtaətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına – məsələn, Şeytana itaəti, onun əmrlərini icra etməsidir. “Yusif” surəsinin “Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!”1 – ayəsi itaətdə Allaha şərik qoşmaqdan danışır; yəni bəzi möminlər Allaha Ona qoşduqları şəriklər – bütlər və şeytanlarla birlikdə ibadət edərlər.2


ŞİRKİN DƏRƏCƏLƏRİ
Allaha şərik qoşmağın dərəcələri var. Çoxallahlılıq nəzəriyyəsi zahiri şirk nümunəsidir. Ondan aşağı və gizli şirk Qurana və xüsusi nübüvvətə iman gətirməyən kitab əhlinin şirki, ondan da aşağı və gizli şirk Allaha, tovhidə, onun vasitə və səbəblərinə iman gətirən şəxslərin müstəqil baxışlarıdır. Bu qəbil şəxslər Allahdan başqalarına qeyri-müstəqil şəkildə diqqət yetirmək əvəzinə, onlara müstəqil şəkildə etiqad bəsləyib, öz işlərində onlara istinad edir.3 Diqqət yetirmək lazımdır ki, gizli şəkildə Allaha şərik qoşmaq imanla yanaşı ola bilər.4
3-QURANDA NİFAQ İKİÜZLÜLÜK

Bu məsələ ilə əlaqədar Qurani-kərimdə bir çox incəliklər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1-Quranda “ikiüzlülük” küfrü gizlətmək və imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər zahirdə (Allaha peyğəmbərlərə) şəhadət verir, batində isə (onları) inkar edirlər.5

2-Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.6

3-Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkk-şübhə içində olmalarına işarə edilmişdir.1

4-İkiüzlülük sifətinin amillərindən biri də şəkdir.2

5-Quran nöqteyi-nəzərindən, münafiqlərin Allaha və Peyğəmbərə (ə) imanı inkar etmələrinin səbəbi budur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeyb aləminə və hiss olunmayan şeylərə (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.3 Münafiqlər maddi dünyagörüşləri və hissiyyata əsaslandıqlarından tovhidi, məadı və Peyğəmbərin (ə) risalətini qəbul edən mühacir və ənsar qrupunu axmaq hesab edir, onların əməllərini ağılsız və puç iş kimi qələmə verirdilər. Özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.4

6-Münafiqlərin şəkk-şübhə və tərəddüdləri onların qəlblərinin xəstə olması ilə əlaqələndirilir.5

7-Bəzi təfsirçilərin nəzərincə ikiüzlülük şirkin xarici nümunələrindəndir; insanın daxilində şirkdən heç bir əsər-əlamət görünməsə, ikiüzlülük fitnəsi də ondan heç vaxt baş verməz. Necə ki ikiüzlülüklə yanaşı əməl Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən də belə deyilir: İkiüzlülükdən irəli gələn riya Allaha şərik qoşmaqdan başqa meyvəsi olmayan ağacdır.”1

8-Qurani-kərim kafirlərin azğınlıq və çirkin əməllər içərisində qərq olduqlarını bəyan etdiyi kimi,2 münafiqlərin də günah və tüğyan bataqlığında boğulduğundan qəlblərinin kor olmasından söz açmışdır.3 Əgər əql və gümanın mübarizəsində, əql gümana məğlub olarsa, güman nəfsin idrak adlı səhnəsinə daxil olub, düzgün dərketmə yollarını bağlayar. Belə bir insan heç vaxt düzgün fikirləşə bilmir, nəfsi puç düşüncələrlə dolur. Nəticədə qəlb həqiqəti qəbul etmir, puç düşüncələr onu azğınlığa doğru aparar.4

9-Quranın bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir.5

10-Ayələrdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərik olmalarına işarə edilmişdir. Buna onların Allahın rəhmətindən məhrumluğunu misal göstərmək olar. Qurani-kərim müşriklər haqda belə buyurur: Allah onları Öz rəhmətinə daxil etməyəcəkdir.”6 Allahın rəhmətinə nail olmamaq münafiqlərə də aiddir. Belə ki, Allah-taala buyurur: Sən onların bağışlanmasını diləsən , diləməsən , fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.”1

Qurani-kərimin bəzi ayələrində münafiqlərin hətta kafirlərdən pis olduğu vurğulanır.2 Ayətullah Cəvadi Amuli bu barədə deyir: “Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi dini inkar etməklə yanaşı həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Lakin küfr içərisində olanlar belə nəfsani çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə bu qəbil çirkinliklərlə doludur.”3
4-QURANDA İMAN
Qurani-kərimdə qeyd olunan imanın bütün yönləri haqda çox danışmaq olar. Lakin biz bu bəhsin incə nöqtələrinə işarə etməklə kifayətlənirik:

1-Quran baxımından iman insanın ixtiyari işlərindən biridir. Məlum olduğu kimi, Allah tərəfindən hansısa bir əmr insanın qüdrətinə, nəticədə onun ixtiyari olmasına bağlıdır. Əgər iman insanın ixtiyar dairəsindən xaric bir məsələ olsaydı, onun yerinə yetirilməsini xahiş etmək Allahın hikmətinə zidd olardı.4

2-Quran baxımından “iman” Allah-taalaya baş əymək və təslim olmaqla yanaşı, yəqinlə birgə elm və mərifət deməkdir.5

3-Əməl imanın hissəsi deyil,1 lakin onu gərəkli edən bir şeydir; yəni əməl imanın zati xüsusiyyətlərindən (cins, fəsl) deyil. Amma o həmişə həqiqi imanla yanaşıdır. Belə ki, əməlin olmaması imanın təsirli və ixlaslı olmadığını göstərir.2

4-Qurani-kərimdə qeyb,3 Allah-taala,4 məad,5 risalət,6 peyğəmbərlər,7 səmavi kitablar,8 imamət9 və mələklər10 iman mövzusu sayılmışdır.

5-Quran baxımından, düz danışmaq,1 əxlaqi prinsiplər2 ruhi aramlıq3, maddi nemətlər4 və saleh əməllər imanın faydalarındandır.5

7-Quran baxımından, iman azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Mərifət azdan başlayıb tədricən çoxaldığı kimi, dini məsələlər və prinsiplər barədə düşüncəmiz də artır. Onlara qəlbən təslim olmaq da azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Beləliklə, insanın imanı həm çoxala, həm də azala bilər.6
MÖMİNLƏRİN MƏQAMLARI

Qurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. “Möminlərin dərəcələri” bu məqamlardandır. Bu məqamların geniş şəkildə izahı və onlara malik olmaq yolları barəsində söhbət etmək bizim bu kitabın həcminə uyğun gəlmədiyindən Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə etməklə kifayətlənirik:



1-Təslim məqamı: Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır.7 Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır.1

2-Əbrar məqamı:2 Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır.3 Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır.4 Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur.5

3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir.6 Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir:

a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir.

b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir.

v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir.7



4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır.2 Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur.3 Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır.4

***



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin