BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə14/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
    Bu səhifədəki naviqasiya:
  • SUAL 22

İNSANIN HƏQİQƏTİ


Əgər insan öz həqiqətinə, məqamına diqqət etsə, heç vaxt belə bədbinliyə yol verməz. Bu barədə çox danışmaq olar. Lakin insan üç incə nöqtəyə diqqət yetirərək düşünsə, bu bədbinlikdən uzaqlaşar və gözəl nəticə əldə edər.

1. İnsan varlıq aləminin gül-çiçəyi, tacı və bütün məxluqların ən şərəflisidir. Həqiqətdə bütün dünya məhz onun üçün yaradılmışdır.1

2. İnsanın mahiyyəti izaha ehtiyaclı bir kitabdır. Onu izah edən müəllifindən, yəni Allahdan başqa heç kəs ola bilməz. Çünki bu kitabın müəllifi Onun Özüdür. Bu mövzuda ayə və rəvayətlərə diqqət yetirmək zəruridir. Quran insanın yaradanı kimi Allah-taalanı tanıtdırır. İlahi kitab baxımından insanın Allaha qarşı mərifəti nə qədər artsa, həm dünyanı, həm də özünü bir o qədər yaxşı tanıyar. Çünki varlıq aləminin Xaliqi öz yaradılışında təcəlla edir. Bütün yaradılış Onun nişanəsi olduğundan Allahın xəlifəsi adını qazanan insan da Onun adlarının zahir olduğu ünvandır. Allahı və Onun böyük adlarını gözəl tanımaqla insanın məqamını daha da artıq başa düşmək olar.1

3. Qurani-kərim əllidən çox ayədə pis sifətlərə işarə etmiş və onlara malik olan insanı da məzəmmət etmişdir. Buna paxıllıq,2 zəiflik və süstlük,3 tələskənlik,4 zülm5 və nadanlıq kimi sifətləri misal göstərmək olar. Lakin bunların hamısı insanın təbiətindən qaynaqlanır və bu rəzil sifətlərin yaranmasının mənbəyi insanın təbii cazibələridir. Necə ki, fəzilətlərin və səciyyəvi xüsusiyyətlər ən üstün təbii cazibələrdən ərsəyə gəlir. Diqqət etmək lazımdır ki, ərş aləmində rəzil sifətlərin heç bir kökü yoxdur. “(Yerdə göydə) Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın; Lakin Biz ondan yalnız müəyyən (lazım olduğu) qədər göndəririk!”1 – ayəsində nəzərdə tutulmur. Əlbəttə, “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir!”2 – ayəsinə əsasən, bütün pisliklər və rəzil sifətlər insanın özündəndir.3

Bu həqiqəti unutmaq olmaz ki, batini nur insanın fitrətindən şölələnir. Əgər bu ilahi mənbə (fitrət) qəflət yuxusundan oyansa, nəfsani istəklər və çikinliklərlə örtülməsə, daha da işıqlanar. Amma o, günah pərdəsinin arxasında qalanda, günahkar insan öz mahiyyətini görmür, fitrətində nur olmadığı üçün, bir müddət sonra kimliyini tamamilə yaddan çıxarar. İnsanın fitrəti yalnız elm və məhəbbətlə şölələnir; çünki Allahı insana göstərən və insanı Ona çatdıran elmdir. Əgər qəflət yuxusundan oyanmaq, günahlardan və rəzil sifətlərdən uzaq olmaq istəyirsinizsə, elm ardınca getməli, sonra ona əməl etməlisiniz. Buna əsasən, elm və biliyə yiyələnmədən ilahi mərifət ardınca getmək nadanlıqdır. Eləcə də əməlsiz elm axtaran insanın ömrü dəyirman daşının öz oxu ətrafında fırlanaraq dayanmasına, nəticə də hərəkətsiz qalmasına bənzəyir.

İnsan özünü tanımaq üçün səy göstərməli, özünü ucuz qiymətə satmamalıdır.

4. Ümidvar olmağın əhəmiyyəti: Allah-taala Onun rəhmətindən ümidsizliyi olmağı böyük günahlardan biri, bəzən küfr saydığı üçün, həzrət Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurmuşdur: “(Ya Peyğəmbər! Bəndələrimə) De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Çünki Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan rəhm edəndir!”1 Allahın belə xitab etməsinin səbəbi budur ki, əgər bir şəxs Allahın rəhmətindən ümidsiz olsa, onun öz həyatında yaxşı və bəyənilən əməllər yerinə yetirməsi, yaxud çirkin əməllərdən, böyük və kiçik günahlardan çəkinməsi üçün daxili bir amil olmayacaq. Çünki insanın daxilən təhrik olunmasında iki amil rol oynayır: 1-Ümid və rəhmət. 2-İlahi əzabdan qurtuluş.

Ümumiyyətlə, diqqət etmək lazımdır ki, ilahi lütf və mərhəmət bəndələrin paklanmasına səbəb olur. Buna görə də, belə bir əhəmiyyətli məsələni unutmaq olmaz.

***
ALLAHIN RUHUNUN GENİŞLİYİ

SUAL 22:


Deyirlər ki, Allah mücərrəddir. Digər tərəfdən, mələklərin mücərrəd olduğunu bilirik. Bu, Allah mələklərin cinsinin bir olması mənasını ifadə etmirmi? Ümumiyyətlə, Allahın cinsi nədir? Allah Öz ruhunu insana üfürdü. Bəs heyvanların ruhu haradan gəldi? Bildiyimiz kimi, bütün insanların fitrətində Allah vardır. Buna görə Allaha pərəstiş istəyi fitridir. Hətta heyvanlar belə Allaha itaət edirlər. Görəsən, onların da ruhu Allahdandır? Bu barədə izahat verməyinizi xahiş edirik.

Düzgün cavab əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin