659) İnsan hüceyrəsində genetik informasiyanın daşıyıcısı aşağıdakı hansı sırada düzgün göstərilmişdir?
A) Mitoxondriya
B) ATF
C) Doğru cavab yoxdur
D) DNT
E) RNT
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
660) Aşağıda göstərilmiş maddələrdən hansı daha çox kanserogen aktivliyə malikdir?
A) A və B qrupu vitaminləri
B) Zülallar
C) Polisiklik aromatik karbohidrogenlər
D) Karbohidratlar
E) Piylər
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
661) İnsanda Berkitt limfomasının və burun - udlaq xərçənginin əmələ gəlməsini aşağıda göstərilmiş hansı virusla əlaqələndirirlər?
A) Herpes virusları qrupundan virus
B) Papova – virus
C) Epşteyn – Barr virusu (infeksion mononukleozun törədicisi)
D) Çiçək virusları qrupundan virus
E) Adenovirus
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
Dostları ilə paylaş: |