Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Aşağıdakılardan hansı müştərək şüa müalicəsidir?



Yüklə 181,43 Kb.
səhifə37/295
tarix26.12.2016
ölçüsü181,43 Kb.
#3472
növüСправочник
1   ...   33   34   35   36   37   38   39   40   ...   295
90) Aşağıdakılardan hansı müştərək şüa müalicəsidir?
A) Proton və qamma şüalanmasından birlikdə istifadə edilməsi

B) Neytron terapiyası

C) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi

D) Radioaktiv yodla müalicəsi

E) Boşluq və toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p. 424
91) Şişin yerli yayılmış mərhələsində operasiyaönü şüa müalicəsi nə məqsədlə aparılır?
A) Xəstələrin subyektiv halının yaxşılaşması məqsədi daşıyır

B) Limfodisseksiya aparılmasına ehtiyyac azalır

C) Xəstələrdə operasiya zamanı qanaxma riskini azaldır

D) Şişin ölçülərinin kiçilməsi və operabel mərhələyə keçməsi, eyni zamanda orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsinə şərait yaradır

E) Ancaq orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsini məqsədi ilə aparılır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
92) Böyük fraksiyalı cərrahi əməliyyatönü radioterapiya hansı cəmi mənbə dozasında aparılır və operasiya şüa müalicəsindən necə gün sonra aparılır?
A) Birdəfəlik mənbə dozası 1.22-3Qr olmaqla, hər gün, 45-50gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

B) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, hər gün,CMD-35-40gr, 4-5 fraksiya 2-5 gündən sonra həyata keçirilir

C) Birdəfəlik mənbə dozası 1.4-5Qr olmaqla, gündə 2 dəfə,25-30gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

D) Birdəfəlik mənbə dozası 1.44-5Qr olmaqla, hər gün, 55-60gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

E) Birdəfəlik mənbə dozası 1.4-5Qr olmaqla, hər gün, 50-55gr, operasiya 10-14 həftədən sonra həyata keçirilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
93) İntraoperasion şüalanma aparılmasında məqsəd nədir və bu metod nə zaman həyata keçirilir?
A) Cərrahi əməliyyat vaxtı normal toxumaların zədələnməsini minimuma etdirməklə patoloji prosesi böyük dozada şüalandırmaq, residivlərin müalicəsində, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindən distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman

B) Qanaxma təhlükəsi olduqda operasiyanın həcmini azaltmaq məqsədi ilə

C) Ancaq şişin redisivi olduqda, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindəi distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman

D) Ancaq normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindən distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman, böyük dozada müalicə imkanı yaradır

E) Müalicə vaxtı və operasiyanın həcmini azaltmaq məqsədi ilə vəziyyəti ağır olan xəstələrdə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.86


Yüklə 181,43 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin