Bölmə I. Gəmi haqqında məlumat


BÖLMƏ I GƏMİ HAQQINDA MƏLUMAT



Yüklə 301,05 Kb.
səhifə2/6
tarix19.12.2023
ölçüsü301,05 Kb.
#185532
1   2   3   4   5   6
kurs işi demo (2)

BÖLMƏ I
GƏMİ HAQQINDA MƏLUMAT
§ 1.1 ÜMUMİ MƏLUMATLAR
BƏRDƏ” gəmisi Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır. Bu gəmi 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəminin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır.

  • Registr sinifi - KM * R1 AUT2

  • Çağırış nişanı – 4JOV

  • Maksimum uzunluğu – 154.50 m

  • Eni – 17 m

  • Bortun hündürlüyü – 7.50 m

  • Suya oturumu: Tam yüklə - 4.50 m

  • Dedveyt – 5991 ton

  • İstismar sürəti – 14 uzel

  • Dövlət bayrağı- Azərbaycan bayrağı

  • MMSI nömrəsi - 423367100

  • İMO nömrəsi – 9632351

§ 1.2 GƏMİ SÜRÜCÜLÜYÜNÜN TEXNİKİ VASİTƏLƏRİ (GSTV)

Sıra


Cihaz
Sistem

Tipi
Markası

Sayı

Təyinatı

Düzəlişinin təyini

1

AIS

FURUNO FA-109

1

Gəmilərin xarakteristikalarını avtomatik təyin etmək




2

Radar

FURUNO 1815

2

Effektli müşahidə aparmaq

Təyin olunub

3

Girokompas

NAVITEX-X MK 2

1

Gəminin istiqamətini təyin etmək

Təyin olunub

4

Maqnit kompası

UKP-M

1

Gəminin istiqamətini təyin etmək

Təyin olunub

5

GPS/ DGPS

J NAV 500

1

Gəminin koordinatlarını göstərmək

Təyin olunub

6

Exolot

NEL 5

1

Dərinliyi təyin etmək

Təyin olunub

7

Laq

MQL-50M

1

Gəminin sürətini və gedilən məsafəni hesablamaq

Təyin olunub

Radarın düzəlişin təyin etmək üçün biz yerimizi dəqiq müəyyən edərək hər hansı görünən sahil cismini xəritədə taparaq ona xəritədə pelenq çəkir, və bu pelenqi həqiqi pelenq qəbul edərək onun neçə dərəcə olduğunu müəyyən edirik. Daha sonra biz radar vasitəsilə həmin sahil çıxıntısına olan pelenqi müəyyən edib aralarındakı fərqə görə radarın düzəlişini müəyyən edirik.


3.Girokompasın düzəlişini limandan çıxarkən stvora görə təyin etmək daha uyğun üsuldur.Bunun üçün gəmi limana daxil olarkən və ya çıxarkən stvoru kəsən anda girokompas pelenqini ölçürlər. Eyni zamanda xəritədən həmi stvora görə həqiqi pelenqi götürürlər.Həqiqi pelenq ilə girokompas pelenqini fərqi bizə girokompasın düzəlişini verir. Burada biz həmçinin astronomik üsulla və ya düzəlişi məlum olan maqnit kompası ilə də girokompasın düzəlişini müəyyən edə bilərik.
∆GK =HP – GKP
4.Maqnit kompasının düzəlişini təyin etmək üçün deviasiya cədvəlindən istifadə edirik.Üzdüyümüz ərazi üçün meyilliyi tapir və işarəsinə uyğun deviasiya ilə topluyub maqnit kompasının düzəlişini tapırıq.Həmçinin düzəlişi müəyyən olunmuş girokompas vasitəsilə maqnit kompasinin düzəlişini müəyyən etmək mümkündür.
∆MK = δ + d
Maqnit kompasının deviasiya cədvəli
Cədvəl 1.2

Δ

Kompas kursları

δ

-1,5
-0,5
+0,0
+0,9
+1,6
+2,3
+2,6
+3,0
+3,2
+3,1
+2,8
+2,4
+2,0
+0,7
+0,1
-0,5
-1,0
-2,5
-1,5

00
100
200
300
400
500
600
700
800
900
1000
1100
1200
1300
1400
1500
1600
1700
1800

3600
3500
3400
3300
3200
3100
3000
2900
2800
2700
2600
2500
2400
2300
2200
2100
2000
1900
1800

-1,5
-0,5
+0,5
+1,1
+0,7
+0,7
0,0
-0,5
-1,1
-1,6
-2,0
-2,2
-2,5
-2,6
-2,7
-2,5
-2,3
-1,6
+2,5


II Bölmə.
Reysin naviqasiya işlənməsi
1. Kecid ücün xəritələrin, naviqasiya vəsaitlərinin komplektləşdirilməsi və korrekturası.
a) kecid xəritələri

Sıra №

Xəritənin nömrəsi

Xəritənin adı

Miqyas

Çap ili

Korrektura tarixi

1

38011

Aktau limanı

1:10000

2014

15. 03.2023

2

32011

Manqışlaq buxtasından Pesçanı burnuna qədər

1:200000

2010

15. 03.2023

3

32012

Pesçanı burnundan Adamtaş burnuna qədər

1:200000

2011

15. 03.2023

4

32013

Sənqirli burnundan Karasenqin burnuna qədər

1: 200000

2011

15. 03.2023

5

32015

Krasnovodsk körfəzinə yanaşma

1: 200000

2015

15. 03.2023

6

31004

Xəzər dənizinin orta hissəsi

1:750000

2009

15. 03.2023

7

32016

Çeleken limanından Okarem limanına

1: 200000

2011

15. 03.2023

8

32017

Mahmudabad şəhərindən Həsən-Kül yoluna qədər

1: 200000

2010

15. 03.2023

9

33048

Babolser reydindən Ferahabad reydinə qədər

1:100000

2005

15. 03.2023

10

31005

Xəzər dənizinin cənub hissəsi

1:750000

2009

15. 03.2023

b) rəhbər sənədlər və vəsaitlər



Sıra №

Kitabın nömrəsi

Kitabın adı

Çap ili

Korrektura tarixi

1

1003

Xəzər dənizinin lotsiyası

2016

15. 03.2023

2

4051

Xəzər dənizində gəmilərin naviqasiya rejimi

2005

15. 03.2023

3

7207

Xəritələr və kitablar kataloqu

2013

15. 03.2023

4

2003

Naviqasiya avadanlığı və naviqasiya xəbərdarlıqlarının və hidrometeoroloji xəbərlərin yayımı üçün qrafik

2010

15. 03.2023

5

9011

MT-75

1975

15. 03.2023

6

9005

BAC-58

1958

15. 03.2023

7

9002

MAE-2011

2011

15. 03.2023

8

7202

Xəritə və kitabların kataloqu

1988

15. 03.2023


2.Kecid rayonu üzrə naviqasiya - coğrafi məlumat
Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizinin suyu şordur, Volqanın çıxışına yaxın 0,05%-dən cənub-şərqdə 11-13%-ə qədərdir. Suyun səviyyəsi dalğalanmalara məruz qalır, 2009-cu ilin məlumatlarına görə o, Dünya Okeanının səviyyəsindən 27,16 m aşağı idi. Xəzər dənizinin sahəsi hazırda təqribən 390.000 km², maksimal dərinliyi 1025 m-dir. Xəzər dənizi Avropa ilə Asiyanın qovşağında yerləşir. Dənizin şimaldan cənuba uzunluğu təqribən 1200 kilometr (36°34'-47°13'), qərbdən şərqə 195-435 kilometr, orta hesabla 310-320 kilometr (46°-56° ).

Fiziki-coğrafi şəraitə görə Xəzər dənizi şərti olaraq üç hissəyə bölünür:



  • Şimali Xəzər (dəniz sahəsinin 25%-i),

  • Orta Xəzər (36%),

  • Cənubi Xəzər (39%).

Şimali və Orta Xəzər dənizi arasında şərti sərhəd Çeçenistan adası - Tyub-Qaraqan burnu, Orta və Cənubi Xəzər dənizi arasında - Çilov adası - Qan-Qulu burnu xətti ilə keçir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6500-6700 kilometr, adalarla isə 7000 kilometrə qədər qiymətləndirilir. Bankalar əsasən alçaq və hamardır. Şimal hissəsində sahil xətti su kanalları və Volqa və Ural deltalarının adaları ilə girintilidir, sahilləri alçaq və bataqlıqdır, bir çox yerlərdə suyun səthi kolluqlarla örtülmüşdür. Şərq sahilində yarımsəhra və səhralara bitişik əhəngdaşı sahilləri üstünlük təşkil edir. Abşeron yarımadasının qərb sahillərində, şərq sahillərində isə Qazax körfəzi və Qara-Boğaz-Göl bölgəsində ən çox dolanan sahillərdir. Xəzər dənizinin orta hissəsi dərindir və cökəkdir. Cənub – şərq istiqamətində uzanan cökək Dərbənd çökəkliyidir. Dənizin orta hissəsinin ən böyük dərinliyi 790 m–ə catır və dənizin qərb sahilində olan Xudat rayonu paralelində yerləşir. 20–dən az dərinliyi olan ərazi gözəcarpan deyil və ensiz xətlə hər iki sahil boyu uzanır. Yalnız Aqraxan yarımadası yanında 20 m–lik izobat sahildən 18 mil aralıdır. Dərbənd cökəkliyi dənizin daha dərin olan cənub hissəsindən sualtı qayalarla ayrılır. Bu sualtı daşlar baş Qafqaz silsiləsinin davamıdır. Dənizin cənub hissəsi daha dərindir. Curinsk kosasından şərqə tərəf cökəklik yerləşir. Hansı ki, dərinliyi 1020 m–dir. Bu dərinlik Xəzər dənizinin ən maksimum dərinliyi sayılır. Xəzərdə daha cox dərinlik cənub sahilindədir. Az dərinliklər yalnız sahil xətti yaxınlığında yeləşir. Qərb və şərq sahilləri daha az dərindir, hətta bəzi yerlərdə otmeldir. Xüsusilə Türkmən körfəzi rayonunda və ondan cənuba doğru şərq sahili daha dayazdır. Dənizin orta və cənub hissəsinin dibinin relyefi sahildən kənarda durur. Kifayət qədər böyük dərinliklərdə yerləşən və banka adlanan sualtı palçıq vulkanı istisna etmək olar. Sahil yaxınlığında, xüsusilə qərb sahilində Abşeron və Bakı arxipelaqı rayonlarında bankaların sayı kifayət qədər coxdur. Makarov,
Abşeron, Kornilov – Pavlov və s. bankaları dəmir bankalardır. Limanlar və lövbər dayanaçaqları: Xəzər dənizinin əsas limanları Bakı, Mahacqala, Həştarxan, Türkmənbaşı və Aktaudur. Bundan başqa Xəzər dənizindəbir neçə kiçik limanlar və liman məntəqələri də vardır. Limanlar Apşeron, Bautino, Bekdaş, Alaca liman məntəqələri isə Yeraliyeva, Okarem və Kiyanlıdır.İran sahilində dalğadan qorunan Ənzəli və Noşəhr limanı yerləşir. Onlarda Ənzəli limanı daha yaxşı təhçiz olunub.

Yüklə 301,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin