Bölmə I. Gəmi haqqında məlumat


Keçid rayonunun hidrometeoroloji içmalı



Yüklə 301,05 Kb.
səhifə3/6
tarix19.12.2023
ölçüsü301,05 Kb.
#185532
1   2   3   4   5   6
kurs işi demo (2)

3.Keçid rayonunun hidrometeoroloji içmalı.
Dənizin şimal və orta hissəsində qışda soyuq yayda isə ilıq hava olur. Dənizin cənub hissəsində isə ilıq qış və quru isti yay olur. Dənizin cənub hissəsinin cənub-qərb sahili müstəsnadır. Belə ki, bu ərazidə dənizin başqa hissələrinə nisbətən yağıntıların miqdarı xeyli coxdur. Qışda dənizin şimal və orta hissələrində havanın temperaturunun kəskin dəyişmələri, tez-tez istiqamətini dəyişəçək bəzən fırtınaya çevrilən küləklər müşahidə olunur. Dənizin cənub hissəsində ağ küləkli, buludlu hava, qərbdə yağışlı, şərqdə isə quru hava hakimdir. İlin bu vaxtlarında tez-tez dumanlar olur.Yayda rayonların əksəriyyətində sabit isti, quru hava, zəif küləklər və yaxşı görünüş olur. Orta hissənin ayrı-ayrı rayonlarında intensiv fırtınalar istisna deyil. Aşağı enliklərdə dənizdə havanın yüksək temperaturu müşahidə olunur. Bu istilik dənizdə yığılaraq ilin soyuq vaxtlarında rayonun temperatur rejiminin nəzərə çarpacaq dərəçədə sabitləşməsini tənzim edir. Xəzər dənizinə siklonlar adatən Qara dənizdən gəlir və çox zaman şimala, bəzəndə Qafkaz silsiləsindən cənuba doğru yayılır. Bundan başqa dənizin cənub hissəsində qışda yerli siklonlar də olur. Havanın temperaturu və nəmliyi: Xəzər dənizində havanın temperaturu böyük hədlərdə dəyişir. Qışda ayrı–ayrı illərdə –38–yə çatan ən aşağı temperatur dənizin cənub–şərq hissəsində 45–yə çatan ən yüksək temperatur isə yayda müşahidə olunur. Dənizin orta hissəsində orta aylıq temperatur iyul və avqust aylarında demək olar ki, bütün rayonlarda 24–26 olur və yalnız bəzi yerlərdə 28–yə çatır. Yayda ən yüksək temperatur cənub-şərq hissədə 43, şimal–şərq hissədə isə 38 qeyd olunur. İlin ən isti ayları olan iyul və avqust aylarında havanın orta temperaturu 25–27 şərq sahilinin ayrı–ayrı sahələrində isə 29–yə çatır. Müxtəlif illərdə ən yüksək temperatur qərb hissədə 35–38, cənub–qərb hissəsində isə 42–45–yə catır. Yayda bəzən temperatur 11–12–yə düşür.
Küləklər: Dənizin müxtəlif hissələrində külək rejimi müxtəlifdir. Dənizin orta hissəsinin qərb sahilinin acıq hissəsində bütün il boyu 2 bir-birinə əks istiqamətdə küləklər hakimdir. Bunlar şimal-qərb və cənub-şərq küləkləridir. Qış aylarında bunların təkrarlanması 60-65%, ilin qalan fəsillərində isə 40-50% olur. Apreldən avqusta qədər tez-tez şimal-qərb hissəsinin küləkləri müşahidə olunur ki, bunların da təkrarlanması 30-50 %–dir. Abşeron yarımadası rayonunda bütün il boyu təkrarlanması 25-50% olan şimal küləkləri əsir. Dənizin açıq hissəsində fırtınaların təkrarlanması 2-5%, ayrı-ayrı yerlərdə isə 12-16-ə çatır. Fırtınalı günlərin orta sayı ilə 18-20 gün şərq sahilində, 55 gün cənub-qərb hissədə, ayrı-ayrı yelərdə isə 90 günə çatır. Dənizin cənub hissəsinin açıq hissəsində bütün il boyu şimal küləkləri əsir. Martdan sentyabra qədər 40-70% təkrarlanma ilə şimal (şərq)-qərb hissəsinin küləkləri müşahidə olunur. Dənizin cənub sahilində bir qədər tez-tez qərb və şimal-şərq istiqamətində küləklər əsir. Cənub-qərb sahilində bütün il boyu 2 istiqamətdə küləklər hakimdir. Oktyabrdan fevrala qədər şimal-qərb, martdan sentyabra qədər isə cənub-şərq küləkləri hakimdir.
Axıntılar: Xəzər dənizində axıntılar çox çətin xarakterlidir. Axın recimini şərtləndirən faktorlar külək, suyun sıxlığının müxtəlifliyi, çay axını, dibin relyefi və s.-dir. Şimaldan dənizin orta hissəsinin şimal-qərb rayonuna daxil olan su kütləsi qərb sahili boyu SO-a doğru hərəkət edir. Bu axının əsas hissəsi dənizin jənubuna gedir, kiçik hissəsi isə Abşeron yarımadası paralelinə çatmayaraq tədrijən O-a tərəf dönür, dənizi kəsir və 0,2-0,5 uzel sürətlə şərq sahili boyu NW-ə doğru hərəkət edən axınla qarışır.Xəzər dənizinin orta hissəsinin şimal yarısının şərq sahillərində axın tədrijən W-ə dönərək yerindən qərb sahilindəki axınla qarışır və beləliklə, dənizin orta hissəsində saat əqrəbinin əksi istiqamətində böyük dairələr əmələ gətirir. Qərb sahillərində axınlar sabitdir və orta sürəti 0,5-0,7 uzeldir. Davamediji və güjlü küləklər axının sürətini və istiqamətini dəyişə bilər. Güclü şimal-şərq küləkləri S-də su axınını gücləndirir və bu halda Abşeron yarımadası yaxınlığında axıntının sürəti 25 uzelə çatır. Şərq sahillərində axıntılar zəifdir. Amma cənub və cənub-şərq küləklərində onun sürəti 1-2 uzelə çata bilər.
Dalğa: Xəzər dənizi təlatümlü dənizlərə aiddir. Burada nadir olmayan güjlü küləklər zamanı dalğa tez yayılır, düzgün xarakter daşımır. Bu isə üzgüçülüyü xeyli çətinləşdirir. 6 bal və daha hündür dalğa bütün dənizə yayılır xüsusilədə Noyabr-Mart aylarında daha intensiv olur. Dənizin cənub hissəsində dalğa bütün il boyu başqa rayonlara nisbətən çox nadir təkrarlanır. Dənizin sakit vaxtı may-iyul aylarında olur ki, bütün dənizdə tam sakitlik nadir hal olmur. Dənizin şimal və orta hissəsində 0-3 ballıq dalğalanma yaz və yayda 60-90% təkralanır. Dənizin cənub hissəsində 0-3 ballıq dalğa ilin bütün mövsümlərində 60-80% təkrarlanır. Nəzərə almaq lazımdır ki, bu dalğanın təkrarlanması açıq dənizdə azdır, nəinki sahil yaxınlığında, dənizin böyük hissəsində 4-5 ballıq dalğalanma bütün il boyu 15-35% təkrarlanır. Dənizin orta hissəsində 6 ballıq və daha artıq dalğalanma 12-15%, bəzi yerlərdə yaz və yayda 5-10% olur.


Yüklə 301,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin