517. Su çiçəyi səpgilərini işləmək üçün hansı məhlul istifadə olunur?
A) yod
B) brilyant yaşılı abısı
C) dimedrol
D) furasilin
E) natrium xlor
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə müxtəlif formalı (ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın qarşısını almaq üçün bu səpgilər brilyant yaşılı abısı ilə işlənilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 501
518. Malyariyanın yoluxma mexanizmi necədir?
A) Transmissiv
B) Fekal - oral
C) Aerogen
D) Təmas
E) Torpaq
Malyariyanın yoluxma mexanizmi transmissiv yolladır.
İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 211
519. Şəkərli diabetlə xəstə uşaq insulin vurulduqdan neçə dəqiqə sonra yemək yeməlidir?
A) 40-50
B) 5-10
C) 15-20
D) 30-40
E) 50-60
İnsulinlə müalicə şəkərli diabetin əsas müalicə forması sayılır.Sidiklə ifraz olunan şəkərin miqdarı təyin edildikdən sonra şəkərli diabet xəstəliyi olan uşağa insulin təyin edilir.İnsulin vurulduqdan 15-20 dəqiqə sonra uşaq yeməlidir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 450
Dostları ilə paylaş: |