782.Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
A) Kompres qoymaq
B) Soyuq və aseptik sarğı qoymaq
C) Masaj etmək
D) İsti qoymaq
E) Kəsik aparmaq
Yumşaq toxumaların zədələnməsində hematomanın yaranmaması üçün həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
783.Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı nə etməlidir?
A) İmalə etməli
B) Soyuq qoyub təcili yardım çağırmalı
C) İsitqac qoymalı
D) Ağrıkəsici yeritməli
E) Masaj etməli
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı dərhal soyuq qoymalı və xəstəni stasionara göndərməlidir.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh.209
784.Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
A) Dezo sarğısı
B) Tısbağavari sarğı
C) Səkkizvari sarğı
D) Sürünən sarğı
E) T-şəkilli sarğı
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
Dostları ilə paylaş: |