Bölmə VII
991.Peyvəndlər hansı preparatlar ilə aparılır?
A) Anatoksin,interferon, vaksin
B) Antibiotiklər,sulfanilamidlər,bakteriofaqlar
C) Vaksinlər,nitrofuran törəmələri
D) Vaksinlər,anatoksinlər
E) Vaksin,regidron,trisol
Peyvənd preparatlarına, vaksinlər,anatoksinlər aid olduğundan antibiotiklər, sulfanilamidlər,bakteriofaqlar bu məqsədlə istifadə olunmur.
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 33-35
992.Süni aktiv immunitet necə əmələ gəlir?
A) Yoluxucu xəstəlik keçirdikdən sonra
B) Tərkibində anticism olan zərdabların və qammaqlobulinlərin yeridilməsi nəticəsində
C) Ana südü ilə immunoqlobulinlərin alınması nəticəsində
D) Vaksinlərin yeridilməsi nəticəsində
E) Zərdablar yeridilməsi nəticəsində
Vaksinlər vasitəsilə zəiflədilmiş və öldürülmüş mikroorqanizmlər yeritməklə süni aktiv immunitet yaradılır və bu immunitet davamlı olur.
Ədəbiyyat: В.И.Покровский. К.М. Лова «Руководство по инфекционные болезням» 1986
Dostları ilə paylaş: |