121. Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?
A) 39-400
B) 37-380
C) 36-36,50
D) 38-390
E) 410
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.
122. Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) İynə venaya düşən kimi turnanı açır
B) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur
C) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir
D) Xəstəyə əlini açıb-yummağı təklif edir
E) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25“ Çıraq” 2008.
123. Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?
A) Draje
B) Tablet
C) Məlhəm
D) Kapsul
E) Mikstura
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ”Bakı 1998.
124. Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?
A) Narkotik analgetiklər, trankvilizatorlar
B) Antibiotiklər
C) Zərdablar
D) Hipotenziv dərmanlar
E) Vaksinlər
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ”Bakı 1998.
125. Stasionarda xəstələrə dərman paylayarkən sadalananlardan hansı tibb bacısının səlahiyyətinə aid deyil?
A) Dərmanları yalnız xəstənin çarpayısının yanında vermək
B) Təyinat vərəqi ilə dərmanın etiketini tutuşdurmaq
C) Həkimin təyin etdiyi dərmanları özbaşına dəyişmək
D) “Acqarına”qəbul edilməli preparatları səhər yeməyindən 20-30 dəqiqə əvvəl
vermək.
E) Dərmanı xəstəyə mütləq öz yanında qəbul etdirmək.
Stasionarda dərman paylayarkən yuxarıda sadalananlardan bir cavab istisna olmaqla, digər bütün cavablar tibb bacısının səlahiyyətinə aiddir. Tibb bacısı özbaşına həkimin təyin etdiyi dərmanı dəyişə, ləğv edə və ya yeni dərmanla əvəz edə bilməz, əgər buna təcili zərurət varsa o mütləq həkimi xəbərdar etməlidir.
Ədəbiyyat: C.N. Əliyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 129 . “ Təhsil ”Bakı 1998.
Dostları ilə paylaş: |