Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Doğum evində qonoblennoreyanın profilaktikası nə vaxt aparılır?



Yüklə 1,41 Mb.
səhifə319/469
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#43499
1   ...   315   316   317   318   319   320   321   322   ...   469
2013-05-13 12-51-04

683) Doğum evində qonoblennoreyanın profilaktikası nə vaxt aparılır?
A) Doğuşdan sonra ilk 1 saat ərzində

B) Doğuşdan 4 saat sonra

C) Doğuşdan 3 saat sonra

D) Doğuşdan 1 saat sonra

E) Doğuşdan 2 saat sonra
Qonoblennoreyanın profilaktikası doğuşdan sonra ilk 1 saat ərzində aparılır. Əsas məqsəd gələcəkdə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198. ”Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol”
684) Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?
A) Doğuş vaxtı narkoz vermə

B) Çox döllü hamiləlik

C) Hamiləlik vaxtı qanaxma

D) Vaxtı keçmiş hamiləlik

E) Preeklampsiya

Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antinatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil .


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71
685) Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya Apqar şkalasına görə neçə balla qiymətləndirilir?
A) 6-7 bal

B) 1-2 bal

C) 3-4 bal

D) 4-5 bal

E) 8-10 bal
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət- ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla (0- 1- 2 ) balla qiymətləndirilir.Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptom kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qan təchizatı pozulur. Apqar şkalasına görə 8-10 bal yaxşı qiymətləndirilir .Yenidoğulmuşun asfiksiyası 3 dərəcəyə bölünür. yüngül,orta ,ağır: 6-7 bal yüngül , 4-5 bal orta ağır asfiksiya,1-3 bal ağır asfiksiya sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145.
686) Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?
A) ATF

B) Vitamin C

C) Noşpa

D) Adrenalin

E) Kokarboksilaza
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   469




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin