823) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?
A) Bud arteriyasnda
B) Yuxu arteriyasında
C) Mil arteriyasında
D) Sadalanan bütün arteriyalarda
E) Gicgah arteriyasında
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008.
824) Ödemli xəstəyə qulluq edərkən tibb bacısı hansı qaydalara əməl etməlidir?
A) Xəstənin ayağında ödem varsa isitqacı ayağa qoyarkən dəsmala bükməlidir
B) Nəzarət etməlidir ki, sutkalıq sidik ayaq yolunda qoyulmuş 3 litrlik balona yığılsın
C) Xəstənin yataqda vəziyyətini tez-tez dəyişməlidir
D) Ödemli xəstəni hər gün tərəzidə çəkməlidir
E) Sadalananların hamısına
Ödem su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarına və toxumalara suyun toplanmasıdır. Aydın görünən ödemlərdən əvvəl mayenin gizli ləngiməsi olur, bunu bilmək üçün tibb bacısı hər gün xəstəni tərəzidə çəkir. Ağır hallarda xəstənin ayaqları çox şişir, bu zaman dərinin hissiyyatı azalır, ona görə isitqac qoyarkən yanıqlar baş verməsin deyə tibb bacısı isitqacı dəsmala bükür, ödemli xəstədə yataq yaraları tez əmələ gəlir, ona görə tibb bacısı ödemli xəstənin vəziyyətini yataqda tez-tez dəyişməlidir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 72 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |