719) Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır?
A) D vitamini
B) E vitamini
C) B vitamini
D) C vitamini
E) A vitamini
Vitamin orqanizmə qida vasitəsilə daxil olur, digər tərəfdən isə ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.
720) Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
A) Raxit
B) Diatezdə
C) Dəri xəstəlikləri
D) Bişməcə
E) Spazmofiliya
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəlir. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür uşaqda yüngül oyanıqlıq baş verir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15
Dostları ilə paylaş: |