723) Ilk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan bir həftə sonra
B) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində
C) Doğum evindən evə yazılandan 10 gün sonra
D) Doğulan kimi
E) Doğum evindən evə yazılandan bir ay sonra
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
724) Hipoksiyanın dölə təsirindən nəbaş verə bilər?
A) Quru xırıltılar
B) Apnoe
C) Taxipnoe
D) Taxikardiya
E) Yaş xırıltılar
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az gəlir və O2 aclığı baş verir- bunun təsirindən dölün ürək döyüntüləri artır yəni taxikardiya əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
Dostları ilə paylaş: |