Hörmətlə,
Əsgər MİRZƏYEV,
əmək veteranı, İmişli sakini
Pensiyaya çıxan adamın sağlamlıq du-
rumu yaxşılaşır
Şəfalı əllərin var olsun, həkim!
Azərbaycan Tibb Universiteti İordaniyada
beynəlxalq təhsil sərgisinə qatılıb
Azərbaycanda
2013-cü və 2014-
cü illərdə, eləcə
də 2015-ci ilin
ötən dövrü ərzində
yerli yoluxma
nəticəsində malya-
riya halları qeydə
alınmayıb. Yalnız
2013-cü ildə 4
nəfər, 2014-cü
ildə 2 nəfər, 2015-
ci ildə isə 1 nəfər
tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik
deyil. Bu ilin ötən dövrü ərzində də yerli yoluxma nəticəsində
malyariya hallarına rast gəlinməyib.
Bu faktları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə
müdiri Süleyman Məmmədov AZƏRTAC-a müsahibəsində acılayıb. Onun
sözlərinə görə, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin
başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya
hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu,
əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində
təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz
və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti
daha da ağırlaşdırmışdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epide-
miyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət
yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın
Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malya-
riyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin
görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılma-
sına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə
malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə ala-
raq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün
Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategi-
ya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respub-
likasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın
son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi.
Hazırda milli məqsədə nail olunub.
Qeyd edək ki, 25 aprel - Ümumdünya Malyariya Günüdür. Bu
əlamətdar gün Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə
nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya
insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad
sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş ve-
rir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən
xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya
müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon
insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı
438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Ha-
zırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bu-
nunla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.
Universitetimizin I daxili xəstəliklər və reanimatologiya kafedrası-
nın dosenti Nağdəli Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gələn
iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqra-
fiyası “Elm və təhsil” nəşriyyatının vəsatəti ilə Azərbaycan Respubli-
kası Dövlət Mükafatı Komissiyasına təqdim olunub.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun
ön söz yazdığı monoqrafiya 976 səhifədən, 31 fəsildən ibarətdir. Ulu
Öndərin nitqlərinin müxtəlif aspektlərinin kompleks şəkildə araşdırıl-
dığı monoqrafiya dilçilik, ədəbiyyat, jurnalistika, diplomatiya, tibb və
digər sahələrdə çalışan mütəxəssislər üçün dəyərli vəsaitdir.
“TƏBİB”
Bu il Azərbaycanda yerli yoluxma nəticəsində
malyariya halları qeydə alınmayıb
Əməkdaşımızın monoqrafiyası
Dövlət Mükafatına təqdim olunub
Allah rəh mət elə sin!
ATU-nun mətbuat xidməti