BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix02.01.2022
ölçüsü10,7 Mb.
#2504
1   ...   10   11   12   13   14   15   16   17   18
Hörmətlə,

  Əsgər MİRZƏYEV, 

əmək veteranı, İmişli sakini

Pensiyaya çıxan adamın sağlamlıq du-

rumu yaxşılaşır

Şəfalı əllərin var olsun, həkim!

Azərbaycan Tibb Universiteti İordaniyada 

beynəlxalq təhsil sərgisinə qatılıb

 

Azərbaycanda 



2013-cü və 2014-

cü illərdə, eləcə 

də 2015-ci ilin 

ötən dövrü ərzində 

yerli yoluxma 

nəticəsində malya-

riya halları qeydə 

alınmayıb. Yalnız 

2013-cü ildə 4 

nəfər, 2014-cü 

ildə 2 nəfər, 2015-

ci ildə isə 1 nəfər 

tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik 

deyil. Bu ilin ötən dövrü ərzində də yerli yoluxma nəticəsində 

malyariya hallarına rast gəlinməyib.

Bu  faktları  Respublika  Gigiyena  və  Epidemiologiya  Mərkəzinin  şöbə 

müdiri  Süleyman  Məmmədov  AZƏRTAC-a  müsahibəsində  acılayıb.  Onun 

sözlərinə  görə,  Azərbaycanda  malyariya  ilə  bağlı  vəziyyət  1990-cı  illərin 

başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya 

hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, 

əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində 

təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz 

və  Lənkəran  düzənliklərində  1997-ci  ildə  baş  vermiş  daşqınlar  vəziyyəti 

daha  da  ağırlaşdırmışdı.  1997-ci  ildən  başlayaraq  genişmiqyaslı  epide-

miyaya  nəzarət  işləri  nəticəsində  ölkəmizdə  malyariya  ilə  bağlı  vəziyyət 

yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın 

Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malya-

riyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin 

görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılma-

sına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə 

malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə ala-

raq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün 

Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategi-

ya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respub-

likasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın 

son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. 

Hazırda milli məqsədə nail olunub.

Qeyd  edək  ki,  25  aprel  -  Ümumdünya  Malyariya  Günüdür.  Bu 

əlamətdar  gün  Ümumdünya  Səhiyyə  Assambleyası  tərəfindən  xəstəliyə 

nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya 

insana  anofeles  cinsindən  olan  ağcaqanadlar  vasitəsilə  keçir.  Ağcaqanad 

sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş ve-

rir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən 

xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya 

müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon 

insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı 

438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Ha-

zırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bu-

nunla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.

Universitetimizin I daxili xəstəliklər və reanimatologiya kafedrası-

nın dosenti Nağdəli Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gələn 

iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqra-

fiyası “Elm və təhsil” nəşriyyatının vəsatəti ilə Azərbaycan  Respubli-

kası Dövlət Mükafatı Komissiyasına  təqdim olunub. 

Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun 

ön söz yazdığı monoqrafiya 976 səhifədən, 31 fəsildən ibarətdir.  Ulu 

Öndərin nitqlərinin müxtəlif aspektlərinin kompleks şəkildə araşdırıl-

dığı monoqrafiya dilçilik, ədəbiyyat, jurnalistika, diplomatiya, tibb və 

digər sahələrdə çalışan mütəxəssislər üçün dəyərli vəsaitdir.



“TƏBİB”

Bu il Azərbaycanda yerli yoluxma nəticəsində 

malyariya halları qeydə alınmayıb

Əməkdaşımızın monoqrafiyası 

Dövlət Mükafatına təqdim olunub

 Allah  rəh mət  elə sin!



ATU-nun mətbuat xidməti

Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin