BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix02.01.2022
ölçüsü10,7 Mb.
#2504
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Həkimlərimizin yeni uğuru


http://www.amu.edu.az

29 aprel  2016-cı il

6

Hər il  universitetimizin 



fakültələrində ənənəvi olaraq 

Tələbə Elmi Cəmiyyətinin konf-

ransları keçirilir. Bu məqsədlə 

aprelin 18- də Stomatologiya 

fakültəsində TEC-in   növbəti 

XXXXIII konfransı keçirilib.  

Xarici dillər bölməsi üzrə 

konfransı  açan  Fakültə 

TEC-in  elmi  rəhbəri, 

təşkilat 

komitəsinin 

sədr  müavini,  dosent 

Ə.Hacıyev ilk öncə erməni 

hərbi 


birləşmələrinin 

sərhədyanı 

bölgələrdə 

törət diyi  təxribata  to-

xunub.    Və  bu  qazanıl-

mış  qələbəni  xalqımızın 

böyük 

əhvali-ruhiyyə 



ilə  qarşıladığını  bil-

dirib.  Sonra  konfrans 

iştirakçıları    torpaq-

larımızın 

müdafiəsi 

zamanı 


qəhrəmancasına şəhid olan əsgər 

və  zabitlərimizin  xatirəsini  bir 

dəqiqəlik sükutla yad ediblər. 

Tədbirdə  kafedranın  müəllimi, 

şairə İradə Rzanın şəhid anaları-

na ithaf etdiyi şeir böyük coşquyla 

qarşılanıb. 

Sonra  söz  məruzəçi  tələbələrə 

verilib.  Konfransa  25  tələbənin 

məruzəsi  daxil  edilsə  də,  on-

lardan  23  tələbənin  20  ingi-

lis,1 fransız və 2 alman dili üzrə 

məruzəsi dinlənildi. 

Tələbələr  məruzələrini  sərbəst 

və səlist dildə etdilər. Diskussiya 

şəraitində keçən müzakirələr za-

manı  münsiflər  heyətinin  gəldiyi 

nəticələrə görə  ingilis dili üzrə I 

kurs  tələbələri  Cümşüd  Vəlizadə 

və Arzu Nəsibova, II kurs tələbələri 

Hafizə Abbaszadə və Afina Süley-

manova,  alman dili üzrə isə I kurs 

tələbəsi  Zaur  Vəlizadə  diploma 

layiq görülərək 2-ci turda iştirak 

etmək üçün  şans qazanıblar. Qa-

lan    iştirakçılara  isə  sertifikatlar 

təqdim edilib.

Konfransın  sonunda  Ə.Hacıyev 

xarici  dillər  kafed rasında  TEC-

in  işinin  yaxşı  təşkilinə  görə 

kafedranın  müdiri,    filologi-

ya  elmləri  doktoru,  professor 

Z.Məmmədovanın  və  TEC-in 

rəh bəri  dosent  R.Hüsey novanın 

zəhmətini yüksək qiy mətləndirib, 

məruzəçilərə  və  onların  elmi 

rəhbərlərinə  minnətdarlığını  bil-

dirib. 


* * *

Aprelin  19-da  isə  ATU–nun 

Stomatoloji  Klinikasınada  klini-

ki  bölmə  üzrə  fakültənin  Tələbə 

Elmi  Cəmiyyətinin  XXXXIII  konf-

ransı keçirildi. 

Konfransı stomatologiya fakül-

tə sinin  dekanı,  təşkilat  ko-

mitəsinin sədri, professor Zöh rab 

Qarayev açdı. Əvvəlcə torpaqları-

mızı azad etmək uğurunda şəhid 

olan qəhrəman oğullarımızın əziz 

xatirəsi bir dəqiqəlik sükutla yad 

edildi. 


Professor  Z.Qarayev    tələbə 

və gənc həkimlərin 1-ci və 2- ci 

Beynəlxalq  tibb  konqrenslərində 

stomatologiya  fakültəsi  tələ-

bələrinin  layiqli  yerlər  tutduq-

larını  vurğulayaraq,  bu  gün  ilk 

addımlarını  atan  gələcəyin  elmi 

tədqiqatçılarına uğurlar arzuladı. 

Kliniki  bölmədə  11  məruzə 

dinlənildi. Məruzələrin hamısı kli-

niki xüsusiyyətli olub stomatolo-

giyanın aktual problemlərinə həsr 

olunmuşdu.  Konfransda  

terapevtik   stomatologiya 

üzrə 3, ağız və üz- çənə 

cərrahiyəsi  üzrə  3,  uşaq 

stomatologiyası  üzrə  3, 

ortopedik  stomatalogiya 

üzrə 2 məruzə dinlənildi. 

Məruzəçi  tələbələr  ha-

zırlıqlı,  məsuliyyət  hissi 

ilə,  sərbəst  çıxış  edərək, 

kliniki materiallarını əya-

ni  surətdə  kompyuter 

görüntüləri  ilə  nümayiş 

etdirərək, verilən suallara 

düzgün cavab verdilər. 

Münsiflər  heyətinin  rəyinə 

əsasən  məruzəçilərdən  Aytac 

Qurbanova,  Aynur  Əhmədova, 

Günay 

Sadiqovanın 



çıxışla-

rı  fərqlənərək  diplomlara,  Leyla 

Paşayeva,  Rəhim  İsayev,  Əminə 

Aslanlı,  Zöhrab  Hacıyev,  Həsən 

Həsənli,  Fidan  Abbasova,  Nadir 

Bağırzadə,  Tuğra  Musayeva  isə 

sertifikatlara layiq görüldülər. 

Konfransda professor R.Əliyeva,  

professor  Ç.Rəhi mov,    t.ü.e.d. 

A.Səfərov,  professor  Ə.Talişinski 

və  başqaları  məruzəçi  tələbələrə 

müəyyən  iradlarını  bildirməklə 

bərabər,  lazımi  tövsiyə  və 

məsləhətlərini də verdilər. 

Sonda  sədr  münsiflər heyə tinə, 

elmi  rəhbərlərə  və  mə ruzəçilərə 

uğurlar 

diləyərək, 

böl mədə 

fərqlənən  məruzələrin  “Tələbə 

və  gənc  həkimlərin  növbəti  Bey-

nəlxalq Tibb konqresi”nə təqdim 

olunacağını vurğuladı. 


Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin