Arif MƏMMƏDLİ,
Fotolar Cənnətalı Çingizindir
BÖYÜK ELMİ ŞURADA
Aprelin 20-də konfransın təşkilat
komitəsinin üzvləri Azərbaycan Tibb
Universitetində
oldular,
universitet
rəhbərliyi ilə bu geniş tədbirə hazırlıq
işlərini müzakirə etdilər. Komitə üzvləri
ilə görüşdə Azərbaycan Tibb Universite-
tinin rektoru, professor Gəray Gəraybəyli
ölkəmizdə bu mövzuda elmi yığıncağın
təşkilinin böyük əhəmiyyət daşıdığını dedi:
“Belə bir tədbirin təşkili həm Azərbaycan
təbabəti, həm də tibb təhsili üçün çox
önəmlidir. Bu mövzu tibb sahəsində
yeniliklərlə bağlı olduğundan, bizim üçün
gələcəyə aparan bir yoldur”.
Tibb Universitetinin konfransın işində
fəal iştirak edəcəyini bildirən professor
G.Gəraybəyli qeyd etdi ki, ali məktəbin
professorları öz məqalələrini elmi toplantı-
ya təqdim edəcəklər. Rektor İKT sahəsində
biliklərin artırılmasına ehtiyac olduğunu da
söylədi:
“Etiraf edək ki, elektron təbabətin bir
çox imkanlarından hələlik istifadə etmirik.
Hazırda bizim ali məktəbdə elektron uni-
versitetin yaradılması üzrə işlər aparılır.
Gələcəkdə ATU əməkdaşları üçün elektron
təbabət üzrə təlimlərin keçirilməsi də istis-
na deyil”.
AMEA-nın akademik-katibi, AMEA İn-
formasiya Texnologiyaları İnstitutunun di-
rektoru Rasim Əliquliyev isə görüşün təşkili
üçün təşəkkürünü bildirərək konfransın
məqsədləri haqqında məlumat verdi. Onun
sözlərinə görə, ölkəmizdə İKT geniş tətbiq
olunur: “Artıq elektron Azərbaycan forma-
laşır və e-hökumətin ayrı-ayrı seqmentləri
ortaya çıxır. Bunlardan biri də elektron
səhiyyədir. Tibb fəaliyyətində ayrı-ayrı
sahələr üzrə virtual təbabətin geniş tətbiqi
imkanları var. Konfransın məqsədi elekt-
ron tibbin bütün komponentlərinə diqqət
cəlb etməkdən, bu sahədəki problemləri
müzakirə etməkdən ibarətdir”.
Daha sonra konfransın formatı, davam
etmə müddəti, çıxışçılar haqqında məlumat
verildi. Qeyd edək ki, görüşdə ATU-nun
prorektorları, kafedra və klinika rəhbərləri
iştirak edirdilər.
Dostları ilə paylaş: |