və Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid
olanların xatirəsinin 1
dəqiqəlik sükütla qeyd
olunması ilə başlayıb.
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün
beynəlxalq aləmdə ifşa
edilməsi ilə bağlı petisiya
layihəsinə həsr olunmuş
tədbiri giriş sözü ilə açan
universitetin rektoru,
professor Gəray Gəraybəyli
25 ildən çoxdur ki, Qarabağ
probleminin, ərazilərimizin
Ermənistan tərəfindən
işğalı və onun nəticələrinin
Azərbaycanın əsas problemi
olaraq qaldığını vurğulayıb:
“Bir milyona yaxın əhalimiz
öz yaşadığı yerlərdən
didərgin düşüb. Uzun illər
keçməsinə baxmayaraq,
Ermənistan tərəfindən
aparılan təcavüzkar siyasət
bu məsələnin hələ də həll
olunmamasına gətirib
çıxarıb. Ermənistanın
aqressiv siyasət aparan
rəhbərliyi nüfuzlu
beynəlxalq təşkilatlar
tərəfindən qəbul olunmuş
bəyannamələrin tələblərinə
məhəl qoymur”.
Rektor mötəbər təşkilatların
qərar
və
qətnamələrinə
Ermənistanın
cinayətkar
rəhbərliyinin etinasızlıqla ya-
naşdığını, mövcud vəziyyətin
isə Azərbaycan üçün ye-
ni-yeni humanitar və ekoloji
fəlakətlərə yol açdığını deyib:
“Azərbaycana məxsus mədəni
abidələr dağıdılır, bizə qarşı
ekoloji müharibə aparılır. Bi-
zim təbii sərvətlərimiz, su an-
barlarımız, meşələrimiz hələ
də düşmən tapdağı altındadır.
Məhz AVCİYA-nın apardığı
kampaniya çərçivəsində bü-
tün dünya Azərbaycana qarşı
aparılan ekoloji təcavüzdən
xəbər tutdu. Bu ilin yanvarında
təşkilatın sədri, millət vəkili El-
xan Süleymanovun təşəbbüsü
ilə AŞPA-nın sessiyasında 2085
saylı qətnamə qəbul olundu”.
Ermənistanın təcavüzünün
ağır nəticələri ilə bağlı
həqiqətlərin dünyaya çatdı-
rılmasında AVCİYA-nın prezi-
denti, millət vəkili Elxan Süley-
manovun fəaliyyətini yüksək
qiymətləndirən
universitet
rəhbəri onun bu istiqamətdə
böyük layihələr həyata keçir-
diyini və Ağ Evin rəsmi saytın-
da açılmış petisiya layihəsinin
də bunlardan biri olduğunu
diqqətə çatdırıb.
“Ədalətin Bərqərar Olunması
və Böyük Fəlakətin Qarşısının
Alınması naminə” adlı peti-
siyanın bu fəaliyyətin dava-
mı olduğunu söyləyən rektor
AVCİYA-nın həyata keçirdiyi
petisiyanın imzalanmasında
hər bir vətəndaşın, universitet
əməkdaşının yaxından işti-
rak etməsinin zəruriliyini önə
çəkib.
Tədbirdə çıxış edən Azərbay-
canda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiya-
sının sədri, millət vəkili Elxan
Süleymanov bildirib ki, peti-
siyanın ən böyük əhəmiyyəti
Azərbaycan
həqiqətlərinin
dünyaya çatdırmasında oy-
nadığı roldur: “Petisiyaya səs
verilməsi yalnız indiyədək
bu prosesdə fəal iştirak
edən Azərbaycan və Türkiyə
əhalisinin deyil, dünyanın bü-
tün sülhsevər və ədalətpərvər
insanlarının vicdan borcu ol-
malıdır. Ağ Ev Administarasi-
yasının internet səhifəsini hər
gün ziyarət edən yüz minlərlə
insan Azərbaycanın haqq
işi uğrunda mübarizəsindən
xəbər tutmalıdır”.
Bu günədək 194 minədək
insanın səs verdiyini söyləyən
Elxan Süleymanov qeyd edib
ki, bu rəqəm dəfələrlə çox
olmalıdır, çünki hər bir səs
işğalçı Ermənistanın iç üzü-
nü dünyaya açacaq. Natiq
ölkəmizin ərazisinin 20 faizi-
nin erməni silahlı birləşmələri
tərəfindən işğalı faktının yal-
nız Azərbaycan üçün deyil,
həm də Ermənistanın özü
üçün faciə olduğunu, bu ami-
lin Ermənistanın inkişafını
ləngitdiyini söyləyib.
Aprel ayının əvvəllərində
ordumuzun döyüş meyda-
nında düşmənə öz gücünü
göstərdiyini vurğulayan millət
vəkili bildirib ki, bu uğur-
ları həm də siyasi anlamda
möhkəmləndirmək tələb olu-
nur. O, müsəlmanlara qarşı
qəzəb və nifrət mühitinin hökm
sürdüyü AŞPA-da qətnamə
qəbul etdirməyin çətinliyinə
də toxunub: “Qətnamələrin
qəbul etdirilməsi üçün prose-
dur qaydası da mürəkkəbdir.
Lakin bununla belə, yanva-
rın sonlarında müqavimət
və maneələri aşaraq, qəzalı
vəziyyətdə olan Sərsəng su
anbarı ilə bağlı 2085 say-
lı qətnaməni qəbul etdirmək
mümkün oldu. Bu qətnamədə
ermənilərin sudan bir növ si-
lah kimi istifadə etmələri,
Azərbaycan ərazilərini işğal
altında saxlamaları, su anba-
rında baş verə biləcək qəza
nəticəsində humanitar fəlakətə
görə Ermənistanın məsuliyyəti
məsələsi qabardılır.”
Bu petisiyanın əsas məqsədi
47 ölkənin səs verdiyi
qətnaməyə ABŞ prezidentinin
münasibətini öyrənməkdir,-
deyən Elxan Süleymanov
tələbələri səsvermə prosesində
fəal olmağa çağırıb. O, eyni
zamanda ATU-nun da çoxsaylı
kollektivinin bu layihəyə qo-
şulmasından məmnunluğunu
dilə gətirib və hər kəsə bu
vətəndaşlıq mövqeyinin nüma-
yişinə görə təşəkkür edib.
AVCİYA-nın eksperti İradə
Yaqubova petisiyaya səsvermə
proseduru ilə tədbir iştirak-
çılarını
məlumatlandıraraq
bildirib ki, hər bir qurğudan
(kompüter, mobil telefon və
s.) yalnız bir dəfə səs vermək
mümkündür.
A.KAMRANOĞLU
Aprelin 26-da səhiyyə
naziri Oqtay Şirəliyev
Türkiyənin səhiyyə
naziri Məhmət
Müəzzinoğlunun
rəhbərlik etdiyi
nümayəndə heyətini
qəbul edib.
Nazirliyin mətbuat xid-
mətindən AZƏRTAC-a bildiri-
lib ki, Oqtay Şirəliyev iki ölkə
arasındakı dostluq və qar-
daşlıq münasibətlərinin dərin
tarixi köklərə malik olduğunu
bildirdi. Nazir qeyd etdi ki,
Azərbaycanla Türkiyə ara-
sında siyasi, iqtisadi, səhiyyə,
elm və təhsil, mədəni və
beləliklə də bütün sahələrdə
əlaqələr yüksələn xətlə inki-
şaf edir.
O.Şirəliyev
ölkələrimiz
arasında səhiyyə və tibb
elmi sahəsində əlaqələrin
müstəqilliyimizin ilk illərinə
təsadüf etdiyini xatırlatdı.
Qeyd olundu ki, ölkələrimiz
arasında səhiyyə və tibb elmi
sahəsində əməkdaşlıq Proto-
kolu 1994-cü ildə imzalanıb.
Sənədə əsasən hər iki ölkənin
tibb universitetləri, həkimləri,
təkmilləşdirmə institutları,
səhiyyə müəssisələri arasın-
da əlaqələr qurulmuş və Pro-
tokolun bütün müddəaları
layiqincə yerinə yetirilib.
Hazırda səhiyyəmizin elə
bir sahəsi yoxdur ki, ora-
da türkiyəli mütəxəssislərlə
əməkdaşlıq
qurulmasın.
Mütəxəssis mübadiləsi, bir-
gə elmi-təhqiqatlar, əcza çı-
lıq, icbari tibbi sığorta, sə-
hiy yənin maliyyələşməsi və
bu kimi bir çox sahələrin
tətbiqində Türkiyənin təc-
rü bəsinə böyük önəm veri-
lib. Nazir onu da vurğuladı
ki, bu gün imzalanacaq Sa-
ziş gələcəkdə əməkdaşlığın
genişləndirilməsinə
vəsilə
olacaq. Qeyd edib ki, hazırda
azərbaycanlı mütəxəssislər
türkiyəli həmkarları ilə ya-
naşı ölkəmizdə “Sağlamlıq
həftəsi” çərçivəsində birgə
əməliyyatlar həyata keçirirlər.
Bu da bir daha dostluq və
qardaşlıq münasibətlərinin
bariz nümunəsidir.
Nümayəndə heyəti adından
səmimi qəbula görə minnət-
darlığını bildirən türkiyəli
nazir Məhmət Müəzzinoğlu
özlərini sanki Vətənlərindəki
kimi hiss etdiklərini bildi-
rib. Türkiyəli nazir bu görü-
şün Bakıda yüksək səviyyədə
təşkil olunmuş BMT-nin Si-
vilizasiyalar Alyansının VII
Qlobal Foruma təsadüf etdi-
yini məmnunluqla qeyd etdi
və vurğuladı ki, Forumun
istər son dövrlərdə Türkiyədə
törədilmiş terror hadisələri,
istərsə də Dağlıq Qarabağ
münaqişəsinin gərginləşdiyi
bir zamanda keçirilməsi çox
önəmlidir. Belə qarşılıq-
lı görüşlər ölkələrimiz ara-
sındakı dostluq və qardaş-
lığın əbədi olacağının bariz
nümunəsidir.
Daha sonra türkiyəli na-
zir ölkəsinin tibb elmi sahə-
sindəki təcrübəsindən, ailə
həkimlərinin iş prinsi pindən,
“Türk Sağlıq bilimləri” Univer-
sitetinin fəaliyyətindən danış-
dı.
Görüşün sonunda nazir
Oqtay Şirəliyev və Türkiyə
Cümhuriyyətinin Səhiyyə na-
ziri Məhmət Müəzzinoğlu
Səhiyyə və Tibb Elmi Sahəsin-
də əməkdaşlığa dair Sazişi
imzaladılar.
Azərbaycanla Türkiyə arasında Səhiyyə və Tibb Elmi
Sahəsində əməkdaşlığa dair Saziş imzalandı
Dostları ilə paylaş: |